Merostomlar
Bu sinfə qılıncquyruqlular (Xiphosura) və xərçəngəqrəblər (Eurypterida) dəstələri daxildir. Hal-hazırda qılıncquyruqluların 4 növü təsvir edilmişdir (Limulus polyphemus).
Xərçəngəqrəblərin isə yalnız qazıntı növləri tapılmışdır (Jaekelopterus rhenaniae).
Qılıncquyruqlular Cənub-Şərqi Asiyanın tropik dənizlərinin dayaz sularında və Atlantik okeanının Şimali Amerika sahillərində yaşayır
Müasir qılıncquyruqların uzunluğu 60 sm-ə çatır. Prosoma 6 seqmentdən ibarət olub ətrafları təşkil edir: bir cüt qısa xeliser və 5 cüt hərəhət ayaqları. Xeliser və ilk 4 cüt ayaqlar qısqaclıdır. Erkək fərdin ilk cüt ayağı qısqacsız olub cütləşmə vaxtı dişi fərdi tutmaq üçündür. Opistosomdan 7 cüt ətraf çıxır. Burada cinsiyyət qapağı, cinsiyyət dəlikləri və tənəffüs orqanları yerləşir.
Qılıncquyruqlar ömrünün əksər hissəsini dənizin 10–40 m dərinliklərində keçirir.