Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mezosfer
Mezosfer (yun. μεσο — "orta" və σφαῖρα — "sfera") — atmosferin stratosfer ilə ionosfer arasındakı təbəqəsi. Təqribən 50 km-dən 80–85 km-dək yüksəklikdə yerləşir.
Ekzosfer
Ekzosfer (q.yun. ἐκτός — "xarici", "kənar" və σφαῖρα — "sfera") — Yer səthindən 600–1000 km hündürlükdə başlayan və 10 000 km hündürlüyədək uzanan atmosfer təbəqəsi. Atmosferin ən üst təbəqəsidir. Ekzosferin aşağı və orta hissələrində oksigen və azot atomlarının, yuxarı hissələrində isə yüngül qazların, əsasən də ionlaşmış hidrogen atomlarının nisbi miqdarı artır.
Pedosfer
Pedosfer (yun. πέδον "torpaq" + σφαίρα "kürə") — Yer kürəsinin torpaq örtüyü, torpaq, onun altında yerləşən torpaqəmələgətirən süxur və aşınma (canlı orqanizmlərin yaşayış mühiti hesab olunan), yerin torpaqəmələgəlmə prosesi gedən qatı, digər qatlara — geosferlərə (litosfer, hidrosfer, atmosfer) bənzər qat, litosfer, hidrosfer və yerin canlı qabığının birbirilə əlaqəli olan zonası.
Rizosfer
Rizosfer - bilavasitə bitki köklərinə yapışmış və yüksək miqdarda mikroorqanizmlərə malik olan qatı (2-3 mm). Rizosferin mikroflorasının tərkibi torpaq tipindən, bitkinin növü və yaşından asılıdır. == Rizosferin mikroorqanizmlərə təsiri müxtəlifdir: == Onlar torpaqda bitki tərəfindən çətin mənimsənilən birləşmələəri asan mənimsənilən hala çevirir Bioloji aktiv maddələrin sintez edir, bitkilərlə simbioza girir, toksinlər ayırır, denitrifikasitada iştirak edir və s. == Xarici keçid == Rizosfer nedir?
Geosfer
Geosfer (yun. γῆ — "Yer" və σφαῖρα — "kürə") — Yer kürəsini əmələ gətirən sferik qatların (bütöv və ya fasiləli) ümumi adı. Geosfer qatları bir-birindən kimyəvi tərkibinə, aqreqat vəziyyətinə və fiziki xüsusiyyətinə görə fərqlənir. Kənardan Yerin mərkəzinə doğru maqnitosfer, atmosfer, hidrosfer, litosfer (yer qabığı və substrat), mantiya və Yerin ayrılır. Həmçinin xüsusi təbəqələr — biosfer və coğrafi təbəqə ayrılır.