Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mikroklin
Mikroklin — mineral. Cavan (kaynozoy) süxurların arqon üsulu ilə, qədimlərin – stronsium üsulu ilə izotop yaşını təyin etmək üçün istifadə edilir. == Mikroklinləşmə == Mikroklinləşmə metasomatozun ilk qələvi mərhələsində aktiv qranitoid intruziyalarının avtometasomatoz nəticəsində kvars-çölşpatı metasomatitlərinin əmələgəlmə prosesidir. Qələvi qranitoidlərdə metasomatik yolla mikroklin, kvars və muskovitlə yanaşı, ribekit və egirin əmələ gəlir. Metasomatik mikroklinləşmə əsasən mikroklin metasomatitlərini əmələ gətirir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Mikrolit
Mikrolit — porfir süxurların əsas kütləsini təşkil edən və ya afir süxurların tərkibinə daxil olan lövhəvari, iynəvari, prizmatik və ya izometrik formalı mikroskopik kristallar. Mikrolit təşkil edən mineral adi optik üsullarla təyin olunur. Bu göstəricisinə və aydın formasına görə mikrolit kristallitlərdən fərqlənir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.