Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ailəmiz (film, 2013)
Ailəmiz bədii serialı rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Premier Cinema Prodakşnda istehsal edilmişdir. Serialda ailədə heç bir yerdə işləməyən kişi və oğlu gün ərzində kimi isə aldatmaqla gəlir əldə etmək istəyirlər və hər dəfə də bu cəhdləri boşa çıxır. Evin xanımı isə bütün günü gözəllik salonunda işləyərək evin bütün təlabatlarını ödəməklə məşğuldur. Serialda əsas rolları Əmrulla Nurullayev, Aynur Hacıyeva, Elvir Yunis, Aytən Rəsulzadə, Arzu Rzayev, Günay Əhməd, Rövşən Təhməzli və Sevinc Ağayeva ifa edirlər. == Məzmun == Bu gün cəmiyyətimizdə və ailələrimizdə sosial problemlərin olması və bundan sui-istifadə edən bəzi insanlar danılmazdır. Bu cür insanların hərəkətləri ətrafdakılara pis nümunə olmaqla yanaşı, ailələrində olan uşaqlarında tərbiyəsinə mənfi təsirini göstərir.Serialda ailədə heç bir yerdə işləməyən kişi (Əmrulla Nurullayev) və oğlu (Elvir Yunis) gün ərzində kimi isə aldatmaqla gəlir əldə etmək istəyirlər və hər dəfə də bu cəhdləri boşa çıxır. Evin xanımı (Aynur Hacıyeva) isə bütün günü gözəllik salonunda işləyərək evin bütün təlabatlarını ödəməklə məşğuldur.Film günün aktual problemlərini komediya janrında öz yozumu ilə tamaşaçılara çatdıraraq tənbəl, asan pul qazanmaq və qadınların hesabına yaşamaq istəyən kişiləri gülüş hədəfinə çevirir. == Film haqqında == Film 50 seriya çəkilməliydi, lakin 18 seriya ilə yarımçıq qaldı.
Fales (Miletli)
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Iris milesii
Iris milesii (lat. Iris milesii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Miletli Aspasiya
Aspaziya ya da Miletli Aspaziya (yun. Ἀσπασία; e.ə. 470, Milet – e.ə. 400, Afina) — Afinalı dövlət xadimi Perikllə olan əlaqəsi ilə tanınmış Miletli qadın. Həyatı haqqında çox az məlumat vardır. Yetkinlik dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə və Afina siyasətinə təsir etməsi mümkündür. Platon, Aristofan, Ksenofont ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir. Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və fahişə olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli alçaltmağa çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir. Hətta, bəzi tədqiqatçılar Aspaziyanın hetera ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikllə evlənmiş ola biləcəyini də irəli sürməkdədir.
Miletli Fales
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Miletli Hekatey
Miletli Hekatey (q.yun. Ἑκαταῖος, lat. Hecataeus Hecataeus, təxm. e.ə. 550—490) — qədim yunan tarixçisi və coğrafiyaşünası, Herodotun ən yaxın sələflərindən və istinad etdiyi ədəbi qaynaqlardan biri. == Həyatı == Bizans lüğəti - Sudada Hekatey haqda deyilir: "Hekatey, Miletli Gegesandrın oğlu. Kambisdən sonra hakimiyyətdə olan Daranın dövründə, Miletli Dionisi ilə eyni vaxtda, 65-ci olimpiadada [qeyd: e.ə. 520-516-cı illər] yaşamışdır. Tarixçidir. Ondan sonra yaşamış Halikarnaslı Herodot ona istinad edir.
Mixeil Cavaxişvili
Mixeil Cavaxişvili (gürc. მიხეილ ჯავახიშვილი; 8 (20) noyabr 1880, Serakvi[d], Tiflis quberniyası, Rusiya imperiyası – 30 sentyabr 1937, Tbilisi) — gürcü yazıçısı, publisisti. Onun "Günahsız Abdulla" hekayəsi çox şöhrətli hekayədir. Sovet vaxtı Azərbaycanda da bu hekayəni ekranlaşdırılıb. M.Cavaxişvili Staliin repressiyalarında güllələnmiş, yaradıcılığı 20 il qadağan olunub. == Həyatı == Böyük gürcü yazıçısı Mixeil Cavaxişvili 1880-ci ildə Borçalı qəzasının (indiki Marneuli rayonunun) Serakvi kəndində anadan olmuşdur. Bu barədə yazıçının böyük qızı Ketevan Cavaxişvili «Atam barədə xatirələr» kitabında yazır: «Atamın doğulduğu və uşaqlıq illərini keçirdiyi Serakvi kəndi o vaxtlar Borçalı qəzasında yeganə gürcü kəndi idi. İkinci gürcü kəndini babam Saba sonralar Serakvi kəndi yaxınlığında salmış və adını da Sioni qoymuşdur». Ketevan Cavaxişvili daha sonra babası Sabanın azərbaycanlı və yunanlarla dostluq etməsindən, Azərbaycan dilində sərbəst danışmasından söhbət açır. O, başqa bir yerdə isə Mixeil Cavaxişvili anadan olanda Sabanın bu xəbəri Sadaxlıda eşitməsindən, qulluqçusu Abdulla ilə atı dördnala çaparaq evə tələsməsindən, yolda Abdullanın Azərbaycan mahnıları oxumasından sevə-sevə söhbət açır.
Mixeil Kobaxidze
Mixeil Germanes dze Kobaxidze (gürc. მიხეილ კობახიძე; 5 aprel 1939, Tbilisi, Gürcüstan SSR — 13 oktyabr, 2019) — Gürcüstan kinorejissoru, ssenari müəllifi, aktyor və bəstəkar. == Həyatı == Mixeil Kobaxidze 1939-cu ildə Tbilisidə anadan olmuşdur. 1959-cu ildən ÜDKİ-nin aktyorluq və rejissorluq fakültələrində təhsil almışdır. 1965-ci ildə həmin institutda fəaliyyət göstərən Sergey Gerasimov və Tamara Makarovanın yaradıcılıq emalatxanasını bitirmişdir. İlk çəkilişinə hələ ÜDKİ-nin ikinci kursunda oxuyarkən başlamışdır. 1961-ci ildən başlayaraq, "Gürcüstanfilm" kinostudiyası ilə əməkdaşlıq etmişdir. Kobaxidze qısametrajlı və animasiya filmləri üzrə ixtisaslaşmışdı. Onun qısametrajlı filmlərindən biri olan "Çətir" Krakov kinofestivalında mükafata layiq görülmüşdü. Ümumi çətinliklərdən Kobaxidze rejissor kimi Gürcüstanda cəmi 5 ağ-qara qısametrajlı film çəkə bildi.
Mixeil Saakaşvili
Mixail Saakaşvili və ya Mixeil Saakaşvili (gürc. მიხეილ ნიკოლოზის ძე სააკაშვილი Mixeil Nikolozis dze Saakaşvili; 21 dekabr 1967, Tbilisi) — Gürcü siyasətçisi və Gürcüstan Respublikasının 3-cü Prezidenti (25 yanvar 2004–25 noyabr 2007 və 20 yanvar 2008–17 noyabr 2013). 2003-cü ilin oktyabrında Gürcüstan Respublikasında baş vermiş qızılgül inqilabının əsas ideya müəllifi olmuş və 15 yanvar 2004-cü ildə prezident seçkilərinin nəticələrinə əsasən Gürcüstan Respublikasının 3-cü Prezidenti seçilmişdir. 5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanmışdır. 2013-cü ildə Gürcüstan Respublikasının Prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət Avropa və ABŞ-də hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanmışdır. 2014–2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixail Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilmişdir. == Həyatı == Mixail Saakaşvili 1967-ci il dekabrın 21-də Tiflisdə doğulub. Atası Nikoloz Saakaşvili həkimdir. Anası Giuli Alasania Tbilisi Dövlət Universitetinin tarix kafedrasında professoru və Gürcüstan Elmlər Akademiyasında şöbə müdiri vəzifəsində çalışır. Saakaşvili Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasını bitirmişdir.
Müqəddəs Mixeyil kilsəsi
Müqəddəs Mixeyil kilsəsi — Qaxın Meşəbaş kəndində yerləşən pravoslav kilsəsi. == Tarixi == Müqəddəs Mixeyil ingiloy kilsəsi Qaxın Meşəbaş kəndində yerləşir. Kilsə 1892-1894-cü illərdə Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti tərəfindən maliyyələşdirilərək inşa edilib. Kilsənin sahəsi 0.03 hektardır. 1992-1993-cü illərdə yenidən təmir olunub. Kilsə Mədəniyyət Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur. Kilsə binasının vəziyyətini orta qiymətləndirilir.