DİLƏMƏK

f. Arzu etmək, istəmək.
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər. M.Ə.Sabir.
Sitarənin könlü daha əyləncələr diləməzdi, fikrindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Çəmənzəminli.

// Tələb etmək, xahiş etmək. Bir vermə, bir də dilər; Yatmağa yer də dilər. ( Ata. sözü ).
Canı canan diləmiş, verməmək olmaz, ey dil! Füzuli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİLƏMƏK diləmək bax arzulamaq, istəmək 1
  • DİLƏMƏK istəmək — arzulamaq
DİLƏMƏ
DİLƏNÇİ

Digər lüğətlərdə