Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miryusif Mirbabayev
Yusif Mirbabayev — Azərbaycanlı alim. Miri Yusif — Azərbaycanlı müğənni və repçi.
Miryusif Mirnəsiroğlu
Miryusif Mirnəsiroğlu (5 mart 1938, Hacıqabul rayonu – 29 yanvar 2012) — Azərbaycan yazıçısı və şairi. == Həyatı == Miryusif Mirnəsiroğlu 1938-ci il mart ayının 5-də Sabirabad rayonu (indiki Hacıqabul rayonu) Qarasu kəndində məşhur dindar, islamın təbliği yolunda əzab-əziyyətlərlə üzləşmiş Mirnəsirullah Ağanın ailəsində dünyaya gəlmişdir. Miryusif Mirnəsiroğlunun ilk eşitdiyi La-İlahə-İlləallah kəlməsi olmuşdur. O, ibtidai sinfi Qarasuda, səkkiz illiyi Hacıqabulda, orta təhsilini isə Bakının 132 saylı orta məktəbində başa vurmuşdur. Hələ orta məktəbdə oxuyarkən bədii qiraətçi kimi Azərbaycan Gənclərinin ilk festivalinın laureatı adını almışdır. Teatr sənətinin tilsiminə düşmüş Miryusif Mirnəsiroğlu poeziya ailəmindən ayrılmadan Sankt-Peterburq Ali Həmkarlar Akademiyasının Mədəni-maarif fakütəsinə daxil olur. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. O, bir müddət Quba Dövlət Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında işləyib. Sonra Hacıqabul rayonu Qarasu orta məktəbində müəllim, direktor, Şirvan Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, Musiqi məktəbinin direktoru, Pedaqoji məktəbinin dil-ədəbiyyat müəllimi kimi çalışmışdır. == Ailəsi == M. Mirnəsiroğlunun 6 övladı, 16 nəvəsi, 8 nəticəsi var.
Miryasin Seyidov
Miryasin Mirqafar oğlu Seyidov (23 dekabr 1998, Əbrəqunis, Naxçıvan Muxtar Respublikası – 24 oktyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Miryasin Seyidov 23 dekabr 1998-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açmışdır. 2005–2016-cı illərdə Culfa rayon Əbrəqunus kənd tam orta məktəbində orta təhsil almışdır. Sonra müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Miryasin Seyidov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Hadrutun azad edilməsi gedişatında Qırmızı Bazar qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 24 oktyabr 2020-ci ildə hərbi əməliyyatlarda döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Miryasin Seyidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Miryasin Seyidov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Miryasin Seyidov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Miryasin Seyidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Miryasin Seyidov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Miryasin Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.