MİRYƏHYA
MİRZAĞA
OBASTAN VİKİ
Miryusif Mirbabayev
Yusif Mirbabayev — Azərbaycanlı alim. Miri Yusif — Azərbaycanlı müğənni və repçi.
Miryusif Mirnəsiroğlu
Miryusif Mirnəsiroğlu (5 mart 1938, Hacıqabul rayonu – 29 yanvar 2012) — Azərbaycan yazıçısı və şairi. == Həyatı == Miryusif Mirnəsiroğlu 1938-ci il mart ayının 5-də Sabirabad rayonu (indiki Hacıqabul rayonu) Qarasu kəndində məşhur dindar, islamın təbliği yolunda əzab-əziyyətlərlə üzləşmiş Mirnəsirullah Ağanın ailəsində dünyaya gəlmişdir. Miryusif Mirnəsiroğlunun ilk eşitdiyi La-İlahə-İlləallah kəlməsi olmuşdur. O, ibtidai sinfi Qarasuda, səkkiz illiyi Hacıqabulda, orta təhsilini isə Bakının 132 saylı orta məktəbində başa vurmuşdur. Hələ orta məktəbdə oxuyarkən bədii qiraətçi kimi Azərbaycan Gənclərinin ilk festivalinın laureatı adını almışdır. Teatr sənətinin tilsiminə düşmüş Miryusif Mirnəsiroğlu poeziya ailəmindən ayrılmadan Sankt-Peterburq Ali Həmkarlar Akademiyasının Mədəni-maarif fakütəsinə daxil olur. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. O, bir müddət Quba Dövlət Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında işləyib. Sonra Hacıqabul rayonu Qarasu orta məktəbində müəllim, direktor, Şirvan Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, Musiqi məktəbinin direktoru, Pedaqoji məktəbinin dil-ədəbiyyat müəllimi kimi çalışmışdır. == Ailəsi == M. Mirnəsiroğlunun 6 övladı, 16 nəvəsi, 8 nəticəsi var.