Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moralizm
Moralizm - 19-cu əsrdə yaranan və cəmiyyəti bir sıra əxlaqi prinsiplər, adətən ənənəvi davranışlar, həmçinin, "ədalət, azadlıq və bərabərlik" şüarı ilə ruhlandırmağa çalışan fəlsəfi cərəyan. Ailə birliyi və cinsi əxlaq kimi şəxsi məsələlər də daxil olmaqla, temperans hərəkatı kimi ictimai məsələlərlə əlaqəli olaraq Şimali Amerika və ingilis mədəniyyətinə təsir etdi. Moralizmin köklərini araşdıran sosioloq Malkolm Votersə görə "moralizm orta-sinif protestantlar ilə protestant qruplar arasındakı bərabərləkçi, antiillektual evangelist qruplar arasındakı mübahisədən yaranmışdır". 19-cu əsrdə abolisionizm və temperans moralizmin "əkiz sütunları"-na çevrilmişdir. Bu "əkiz sütunlar" ABŞ-dəki həm protestant, həm də katolik kilsəsində məşhurlaşmışdı. Kvakerlər kimi bəzi xristian məzhəblər tərəfindən önə çəkilən moralizm abolisionizmə dəstək kimi təzahür etdi. Moralizm qadınlara seçki hüququnun verilməsi, antiabort hərəkatlarının fəlsəfi əsasına çevrilmişdi.
Robert Mobili
Robert Baqratoviç Mobili (20 avqust 1954, Nic, Qutqaşen rayonu) — Alban-udi xristian icması sədri, geoloq. Robert Mobili 20 avqust 1954-cü ildə Qəbələ rayonunun Nic kəndində anadan olub. 1971-ci ildə Nic kənd orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin 1980-ci ilin məzunu. Milliyyətcə Udindir. 1973-1989-ci illərdə METDKİ (Mərkəzi Elmi-Tədqiqat Dağ Kəşfiyyat İnstitutu) Cənub Filialında işləyib, Naxçıvanın sərbəst misin və polimetal yataqlarının geoloji qiymətləndirilməsi, Kiçik Qafqazda, Türkmənistanda və Tacikistanda səpinti qızılın axtarışı və qiymətləndirilməsi üzrə elmi işi aparmışdır. 1989-ci ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Səpinti qızılın proqnozu, axtarışı və qiymətləndirilməsi" ETL-da elmi işçi vəzifəsində çalışır. Müxtəlif illərdə Kiçik Qafqazın və Kür depressiyanın molaslarda, Abşeronun neft-qaz yataqlarında səpinti qızılın qanunauyğunlar üzrə elmi araşdırmalar aparıb. Bakı, Moskva, Leninqrad, Bişkek, Aşqabad, Sankt Peterburq, Dallas, Qüds və Oslo şəhərlərində keçirilən beynalxalq seminarlarda və konfranslarda məruzə ilə iştirak etmişdir. 4-18 avqust 2008-çi ildə Osloda keçirilən XXXIII Beynəlxalq Geoloji Konqresidə məruzə ilə çıxış etmişdir.