Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirzəxan
Mirzəxan — Kişi adı. Tanınmış şəxslər Mirzəxan Mənsimov — Coğrafiya elmləri namizədi. Yaşayış məntəqələri Mirzəxan Qaraqoyunlu — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Mirzəxan Qaraqoyunlu bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində bələdiyyə.
Mirzəxan Qaraqoyunlu
Mirzəxan Qaraqoyunlu — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Mirzəxanlı adı XVIII-XIX əsrlərdə yaşamış Qaraqoyunlu sakini Mirzəxan ağanın adı ilə bağlıdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1842, 1848 illərin siyahıya alınması sənədlərinə əsasən Çar Rusiyası dövründə Qaraqoyunlu Mirzəxanlı Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır. Mirzəxanlı adı Qaraqoyunlu sakini Mirzəxan ağanın adı ilə bağlıdır. Qaraqoyunlu Mirzəxanlıda 1848 ildə ayrıca aparılmış bəylərin siyahıya alınmasına istinadən bu kənddə Əhməd ağa (1783-1848), Mustafa ağa (1788-1848), Əli ağa (1798-1848), İsmayıl ağa (1808-1848), Vəli ağa (1813-1848) adlı beş qardaş yaşamışdır. Bu beş qardaş Mirzəxan ağanın oğludur. Əhməd ağanın 5, Mustafa ağanın 4, Əli ağanın 2, İsmayıl ağanın 1, Vəli ağanın 1 oğlu olmuşdur. 1886 ildə Qaraqoyunlu Mirzəxanlıda aparılmış bəylərin siyahıya alınmasına istinadən bu kənddə beş bəy ailəsi yaşamışdır. Abdulla ağa Əhməd ağa oğlu (1826-...), oğlu Şükür bəy (1861-...), Muradxan bəy Əli ağa oğlu (1848-...), oğlu Adil bəy (1880-...), Süleyman ağa Əli ağa oğlu (1836-...), oğlanları Əhməd ağa (1868-...), Əlipaşa ağa (Ələşrəf ağa) (1870-...), Ziyad bəy Vəli ağa oğlu (1849-...), oğlu Misir bəy (1871-...), Mehdi bəy İsmayıl ağa oğlu (1841-...), oğlu İsmayıl bəy (1866-...), qardaşı Məmməd bəy (1856-...), onun oğlu Dadaş bəy (1878-...), Səfər ağa (Teymur ağa) İbrahim ağa oğlu (1858-...) Qaraqoyunlu Mirzəxanlı kəndinin bəylərindən olmuş, Mirzəxan ağanın nəslinin övladlarıdırlar. XVIII-XIX əsrlərdə Qaraqoyunlu Mirzəxanlıda Hacı Musa Əfəndi Mirzə Məmməd oğlu (1803-1848), Molla Allahverdi Hacı Məmməd Əfəndi oğlu (1800-1848), Səməd Əfəndi Molla Mustafa oğlu (1811-...), qardaşları Molla Mahmud (1808-1848), Molla Əbdürrəhim (1831-1848), Əhməd Əfəndi Məmməd Əfəndi oğlu (1788-1848) adlı din xadimləri və onların ailə üzvləri yaşamışlar.
Mirzəxan Qaraqoyunlu bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.