MİRZƏHÜSEYN
MİRZƏKİŞİ
OBASTAN VİKİ
Mirzəxan
Mirzəxan — Kişi adı. Tanınmış şəxslərMirzəxan Mənsimov — Coğrafiya elmləri namizədi.Yaşayış məntəqələriMirzəxan Qaraqoyunlu — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Mirzəxan Qaraqoyunlu bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində bələdiyyə.
Mirzəxan Qaraqoyunlu
Mirzəxan Qaraqoyunlu — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Mirzəxanlı adı XVIII-XIX əsrlərdə yaşamış Qaraqoyunlu sakini Mirzəxan ağanın adı ilə bağlıdır.Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1842, 1848 illərin siyahıya alınması sənədlərinə əsasən Çar Rusiyası dövründə Qaraqoyunlu Mirzəxanlı Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır. Mirzəxanlı adı Qaraqoyunlu sakini Mirzəxan ağanın adı ilə bağlıdır. Qaraqoyunlu Mirzəxanlıda 1848 ildə ayrıca aparılmış bəylərin siyahıya alınmasına istinadən bu kənddə Əhməd ağa (1783-1848), Mustafa ağa (1788-1848), Əli ağa (1798-1848), İsmayıl ağa (1808-1848), Vəli ağa (1813-1848) adlı beş qardaş yaşamışdır. Bu beş qardaş Mirzəxan ağanın oğludur. Əhməd ağanın 5, Mustafa ağanın 4, Əli ağanın 2, İsmayıl ağanın 1, Vəli ağanın 1 oğlu olmuşdur.1886 ildə Qaraqoyunlu Mirzəxanlıda aparılmış bəylərin siyahıya alınmasına istinadən bu kənddə beş bəy ailəsi yaşamışdır. Abdulla ağa Əhməd ağa oğlu (1826-...), oğlu Şükür bəy (1861-...), Muradxan bəy Əli ağa oğlu (1848-...), oğlu Adil bəy (1880-...), Süleyman ağa Əli ağa oğlu (1836-...), oğlanları Əhməd ağa (1868-...), Əlipaşa ağa (Ələşrəf ağa) (1870-...), Ziyad bəy Vəli ağa oğlu (1849-...), oğlu Misir bəy (1871-...), Mehdi bəy İsmayıl ağa oğlu (1841-...), oğlu İsmayıl bəy (1866-...), qardaşı Məmməd bəy (1856-...), onun oğlu Dadaş bəy (1878-...), Səfər ağa (Teymur ağa) İbrahim ağa oğlu (1858-...) Qaraqoyunlu Mirzəxanlı kəndinin bəylərindən olmuş, Mirzəxan ağanın nəslinin övladlarıdırlar.XVIII-XIX əsrlərdə Qaraqoyunlu Mirzəxanlıda Hacı Musa Əfəndi Mirzə Məmməd oğlu (1803-1848), Molla Allahverdi Hacı Məmməd Əfəndi oğlu (1800-1848), Səməd Əfəndi Molla Mustafa oğlu (1811-...), qardaşları Molla Mahmud (1808-1848), Molla Əbdürrəhim (1831-1848), Əhməd Əfəndi Məmməd Əfəndi oğlu (1788-1848) adlı din xadimləri və onların ailə üzvləri yaşamışlar.1848 ilin siyahıya alınmasında Qaraqoyunlu Mirzəxanlı kəndinin əhalisi Məmməd ağanın rəiyyətləri kimi siyahıya alınmışlar. Qaraqoyunlu Mirzəxanlı 1863 ilin siyahıya alınmasında Cavanşir qəzasının, 1873 ilin siyahıya alınmasında Gəncə qəzasının, 1886 ilin siyahıya alınmasında Cavanşir qəzasının kəndi kimi göstərilmişdir.Qaraqoyunlu Mirzəxanlı 1842 ildə 83 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 377 nəfərdən ibarət Qaraqoyunlu Mirzəxanlıda 222 kişi, 155 qadın yaşamışdır. 1848 ildə isə yalnız kişilərin siyahıya alınması aparılmışdır.
Mirzəxan Qaraqoyunlu bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mirzəxanlı (Tarım)
Mirzəxanlı (az.-əbcəd میرزه‌خانلێ‎, fars. میرزاخانلو‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 167 nəfər yaşayır (55 ailə).
Məryəm Mirzəxani
Məryəm Mirzəxani (fars. مریم میرزاخانی‎; d. 3 may 1977, Tehran - ö. 14 iyul 2017, Stenford) — İran riyaziyyatçısı, ABŞ Riyaziyyat Cəmiyyətinin Satter Mükafatının (2013) və Filds medalı laureatı (2014). Filds Medalı almış ilk qadın. == Erkən Həyatı və Təhsili == Məryəm 1977-ci ildə 3 may tarixində Tehranda anadan olmuşdur. Atası Əhməd elektrik mühəndisi idi. O Nadir İstedadlıların İnkişafı üçün Milli Təşkilatın tərkibində olan Fərzanegan Məktəbində oxuyub. 1994-cü ildə Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanan ilk iranlı qadın tələbə oldu. 1995-ci ildə Beynəlxalq Riyaziyyat Olimpiadasıda yüksək xal toplamışdır.