Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moment
Moment — mexanikada tətbiq nöqtələri və istiqamətləri eyni oxdan meyillənən eyni qiymətli qüvvələr tərəfindən yaradılan fırlanma təsiridir. Qüvvələrin istiqamət xətləri arasındakı məsafəyə qüvvə qolu deyilir. Momentin qiyməti qüvvə ilə onun qolunun hasilinə bərabərdir. Momentin xüsusi halı olan dönmə momenti fırlana bilən cismə təsir edir. Bunu düzxətli hərəkət edə bilən cismə qüvvə təsiri ilə də müqayisə etmək olar. Bu zaman qüvvənin təsirindən cism fırlanma oxu ətrafında dönərək təcillənir. Dönmə momentinin vahidi N . m {\displaystyle N.m} -dir. O bu düsturla tapılır: M → = r → × F → {\displaystyle {\vec {M}}={\vec {r}}\times {\vec {F}}} – Moment vektoru Moment = Qol x QüvvəDömnə momentinin istiqaməti təsir edən qüvvəyə perpendikulyar olub sağ əl qaydası ilə tapılır. Əgər sağ əl ilə qüvvə vektorunu tutsaq və yuxarıya qaldırılmış baş barmaq bununla üst-üstə düşərsə onda dolanmış barmaqlar momentin istiqamətini göstərmiş olarlar.
Monument (London)
Monument (ing. The Monument) — İngiltərənin paytaxtı Londonda 1666-cı ildə baş verən Böyük London yanğınına həsr olunmuş abidə. 1671-ci ildə tikintisinə başlanmış, 1677-ci ildə tamamlanmışdır. == Haqqında == Abidə 1671-ci ildə İngiltərə kralı II Karl Stüartın istəyi ilə Kristofer Ren və Robert Huk tərəfindən dizayn edilmiş və fəlakətin başlanğıcı olan Paddinq küçəsinin 60 m uzaqlığında yerləşdirilmişdir. 61 metr hündürlüyündə olan bu abidə Londonun ən görməli və ən çox ziyarətçi ilə turist cəlb edən tarixi abidələrindəndir. Qısaca sadəcə Monument adlandırılan abidənin adı yaxınlıqda yerləşən bir metro stansiyasına verilmişdir. Abidənin tikintisində həmçinin "... Papanın xainliyi və fəsadlığı üzündən şəhərin ən böyük yanğını başlamışdır..." kimi sözlərlə də katoliklər ağır ittiham olunurdu. II Ceymsin kral olduğu 1685-1689-cı illər istisna olmaqla bu yazılar 1830-cu ilə qədər abidənin üzərində olmuşdur.Abidənin təpəsinə çıxan pilləkən 311 pillədən ibarətdir. 1788-1842-ci illərdə 6 nəfər özünü bu abidənin eyvanından atdığından XIX əsrin ortalarında bura qəfəs yerləşdirilmişdir.
Grab the Moment
Grab the Moment (azərb. Anı tut‎) — Norveçin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Norveçli duet JOWST və Aleksandar Valmann "Grab the Moment" mahnısı ilə Norveçi Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi və sözləri Yoakim Uid Stin (JOWST) və Conas MakDonnell tərəfindən bəstələnmişdir.
In This Moment
In This Moment — Amerikan Alternativ metal qrupu. == Tarixi == 2005-ci ildə Maria Brink və gitarist Chris Howorth tərəfindən yaradılmışdır. Daha sonra qrupa zərb alətləri üçün Jeff Fabb, gitarist Blake Bunzel ilə bas gitarist Josh Newell qrupa qatıldı. Qrup ilk demo sinqllarını MySpace, musiqi şəbəkəsin də yaymağa başladı. In This Moment-in ilk studio albomu "Beautiful Tragedy" 2007-ci ildə bıraxıldı. Bir sonrakı il isə qrupun ikinci studio albomu "The Dream" adlı albom diskləri ABŞ-də geniş şəkildə satılmağa başladı. 2010-ci ildə isə "A Star-Crossed Wasteland" adlı albomları çıxdı. Bu albomdan sonra In This Moment 2012-ci il avqustun 14-də "Blood" adlı albomları bıraxıldı.
Moment maqnitud şkalası
Moment maqnitud şkalası (ing. Moment magnitude scale) — zəlzələ əsnasında yaranan enerjini ölçməyə yarayan sistem. Bu şkala 1979-cu ildə Thomas C. Hanks və Hiroo Kanamori tərəfindən yaradılıb və Rixter şkalasının yerini alıb . Moment maqnitud ( M w {\displaystyle M_{\mathrm {w} }} ) ölçüsüz bir rəqəmdir və riyazi formulu aşağıdakı kimidir: M w = 2 3 ( log 10 ⁡ M 0 N ⋅ m − 9.1 ) = 2 3 ( log 10 ⁡ M 0 d y n ⋅ c m − 16.1 ) {\displaystyle M_{\mathrm {w} }={2 \over 3}\left(\log _{10}{\frac {M_{0}}{\mathrm {N} \cdot \mathrm {m} }}-9.1\right)={2 \over 3}\left(\log _{10}{\frac {M_{0}}{\mathrm {dyn} \cdot \mathrm {cm} }}-16.1\right)} Düsturdakı M 0 {\displaystyle M_{0}} seysmik momentdir və istinad moment olaraq nyuton metr ([N · m]) istifadə edilir. [mənbə göstərin]Loqarifm bir miqyas olan moment maqnitud şkalasında ​1 vahid artım, alınan enerjinin 101.5 = 31.6 dəfə artmasına bərabərdir. Eynilə, 2 vahid artım, alınan enerjinin 103 = 1000 qat artması deməkdir. Yuxarıda göstərilən düsturdakı sabitlər elə seçilmişdir ki moment maqnitud şkalasının Rixter şkalası (Richter), ML kimi digər şkalalarla yaxın dəyərlər verir.
Sword Art Online: Infinity Moment
Sword Art Online: Infinity Moment (ソードアート・オンライン -インフィニティ・モーメント-, Sōdo Āto Onrain: Infiniti Mōmento) — Sword Art Online ranobe seriyasına əsaslanan 2013-cü il istehsalı videooyun. Videooyun Yaponiyada PlayStation Portable platforması üçün 14 mart 2013-cü ildə həm məhdud, həm standart nəşrdə buraxılmışdır. Sikvel oyunu "Sword Art Online: Hollow Fragment" (PlayStation Vita) oyununa bu oyunun bütün məzmunu daxildir. == Geympley == Geympleyin MMORPG oyunlarınkına çox bənzərdir, lakin oyun onlayn deyil. Oyunda silahlar almaq və inkişaf etdirmək, missiyalara getmək, digər personajlarla qrup şəklində döyüşmək mümkündür. Baş qəhrəman Kirito qılınclar və baltalar kimi 10 cür silah gəzdirə bilər. == Məzmun == Oyunun məzmunu orijinal hekayənin birinci arkından sonra baş verən alternativ hekayə haqqındadır. Hitklifi məğlub etmələrinə baxmayaraq Kirito və digər personajlar Sword Art Online oyununun içərisində qalırlar və digər VMMORPG oyunçuları (ikinci və üçüncü arkların personajları Lifa və Sinon kimi) özləri bu oyuna daxil olurlar. == İstehsal == Oyun 14 mart 2013-cü ildə Yaponiyada PlayStation Portable platforması üçün buraxılmışdır. 2014-cü ilin iyununda Bandai Namco Games oyuna yeni oyun modu əlavə etmişdir.