Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müsküri
Müsküri — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Yusif Müsküri Şihabuddin b. Abdulhalim əl-Müskürinin Şərhul Fəraiz adlı əsəri Yazılma tarixi 1083/1672.
Müşkür
Müskür sancağı
Səhra müşğülü
Yusif Müsküri
Yusif Müsküri – mənşəcə Azərbaycan türklərindən olan xəlvəti şeyxlərindən biri, sufi şairi. == Həyatı == Yusif Müskürinin tam adı Yusif ibn Əli əl-Fazil əl-Hüseyni, künyəsi Əbül-Füyuzat, ləqəbi Ziyaəddindir. Qarabağdan Şirvana köç etmiş ailədə dünyaya göz açmışdır. Atası Şirvanın tanınmış alimlərindən biri olmuşdur. Elmi təhsilini əvvəlcə atasından almış, 9 yaşında qiraəti-səba və aşərə ilə Quranı hifz etmiş, həddi-büluğa yetişəndə dərs deməyə başlamışdır. Daha sonra həccə gedərək Misir, Qüds, İskəndəriyyə, Şam və Bağdadda olmuşdur. Buradakı alimlərdən hədis, təfsir və fiqh elmlərini təhsil etmiş, əqli və nəqli elmlərdə dövrün önəmli alimi olmuşdur. Daha sonra Şirvanın mərkəzi Şamaxıya dönüb elm tədrisi ilə məşğul olmuşdur. Yusif Ziyaəddin Məxdum Azərbaycan mənbələrində Yusif Müsküri olaraq qeyd edilir. Bakıda (Əlyazmalar fondunda) qorunan və ona aid edilən "Bəyanül əsrar lit-talibin" və "Silsilətül-uyun" adlı əlyazma əsərlərində adı Yusif əl-Şirvaniəl Müsküri kimi qeyd edilib.
Müşkür (Xaçmaz)
Müşkür (əvvəlki adı: Pavlovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Pavlovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pavlovka kəndi Müşkür kəndi, Pavlovka kənd inzibati-ərazi vahidi Müşkür kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Müşkür bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müşkür düzü
Müşkür düzü — Quba və Xaçmaz inzibati rayonlarının ərazisindəki yerin adı, etnonimik oronim. Bu coğrafi ad eramızın əvvəllərində Qafqaz Albaniyasının şimal-şərqində yaşamış maskut xalq adının təhrif formasıdır. Sonuncu dəfə bu oroqrafik obyekt adı "Maskut" yazılış formasında XVI əsr ingilis səyyahı, taciri və diplomatı Antoni Cenkinsonun Azərbaycanda olması haqda yazdığı yol qeydlərində rast gəlinirYalnız XVII əsrin ortalarında Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streys "müşkür" oronimini "muskar" kimi yazmışdır. Deməli, təxminən bir əsr müddətində "muskat" sözü "müskür" və "müşkür" formasına çevrilmişdir. XVII əsrin sonlarında isə toponimin adı artıq "muskur" kimi çəkilir. Çox qəribədir ki, "maskut" etnonimi özünün ilkin formasında müasir Xaçmaz və Quba inzibati rayonları arasında mövcud olan "Maskatar düzü" oronimində indiyədək saxlanmışdır. Oronim "maskut" (Maskat) və ləzgi dilindəki "ar" şəkilçisindən ibarət olub "Maskut düzü" mənasını daşıyır.
Müşkür mahalı
Müskir mahalı — Quba xanlığında mahal. İndiki Xaçmaz Dərbənd mahalından cənubda Müşkür mahalı yerləşirdi. Bu mahal Xəzər sahilində Samurçay və Vəlvələçay arasındakı ərazini əhatə edirdi. Müşkür mahalının naibi Yəhya bəy olmuşdur.
Boz müşgül
Boz müşgül (lat. Falco ardosiaceus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.