Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Duayen
Duayen (fr. doyen — usta, ağsaqqal) — diplomatik korpusun rəhbəri, diplomatik təsnifata və konkret ölkədə akkreditə olunduğu müddətə görə daha yüksək olan diplomatik nümayəndə. Bir çox katolik ölkələrində diplomatik korpusun duayeni Papanın diplomatik nümayəndəsi, Afrikanın bir sıra keçmiş koloniyalarında isə keçmiş metropoliyanın səfiridir. Duayen yalnız yüksək təsnifatdan olan diplomatik nümayəndə ola bilər — səfir və ya Papa nunsisi (bəzi katolik ölkələrində — akkreditasiya vaxtından asılı olmayaraq yalnız bir nunsi, Toqoda — yalnız Almaniyanın səfiri, Burkina Fasoda — yalnız Afrika ölkələrinin səfirlərindən biri). Duayenin fəaliyyətinə, məsələn, həmkarlarına yerli diplomatik adət-ənənələrlə bağlı təlimatlandırma daxildir. Diplomatik korpusda eyni təsnifatdan olan nümayəndəlik rəhbərlərinin daha üstün olması onların öz funksiyalarını yerinə yetirməyə daxil olma tarixi və saatı ilə müəyyən edilir (müasir təcrübədə bu an etimadnamələrin təqdim edilməsi vaxtından hesablanır).
Mayenn (rayon)
Mayenn (fr. Mayenne) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mayen. Suprefektura — Mayenn. Rayon əhalisi 2006-cı ildə 88 701 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 42 nəf / km². Rayon sahəsi — 2094 km².
Laval (Mayen)
Laval — Fransanın qərbində şəhər və kommuna, Mayen departamentinin prefekturası. == Coğrafiya == Şəhər Mayen çayının sahillərində, Bretan, Normandiya və Anju tarixi ərazilərinin qovşağında yerləşir. Ərazi sahəsi 54 km². Laval, Fransız sənətçi Anri Russo və yazıçı Alfred Jarrinin məmləkətidir.
Mayen (departament)
Mayen (fr. Mayenne, bret. Mayenne) — Fransa qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 53. İnzibati mərkəzi — Laval. Əhalisi -—317,006 nəfər (departamentlər arasında 74-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi 5175 km². Departamentin ərazisində Mayen çayı axır. Departamentə 3 rayon, 32 kanton və 261 kommun daxildir. == Tarixi == Mayen — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.
Yan Mayen
Yan Myen (norv. Jan Mayen) — Qrenland dənizi ilə Norveç dənizi arasında yerləşən ada. Ada Qrenlandiyadan 600 km, İslandiyadan 500 km, Norveçdən isə 1000 km məsafədə yerləşir. == Coğrafiya == Coğrafi koordinatlar: 71°00′ş. e., 8°00′q. u. Torpaq sərhədlərinin uzunluğu: 0 km. Şahil xəttinin uzunluğu: 124,1 km. Dəniz hüququ: ərazi suları:4 dəniz mili bitişik zona: 10 dəniz mili iqtisadi zona: 200 dəniz mili materik şelfi: 200 metr dərinliyi və ya inkişaf dərinliyi zonası İqlimi: dümanla müşahidə edilən qütb dəniz iqlimi. Relyef: vulkanik mənşəlli ada.
Şpisbergen və Yan-Mayen
Svalbard və Yan Mayen - Şpisbergen və Yan-Mayen ( norv. Svalbard og Jan Mayen ) — iki uzaq yurisdiksiyasının məcmu qruplaşdırılması üçün müəyyən edilmiş statistik təyinatdır: Svalbard və Jan Mayen. İkisi Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) kateqoriyasının məqsədləri üçün birləşdirilsə də, inzibati cəhətdən əlaqəli deyillər. Svalbard Norveçin suverenliyi altında Şimal Buzlu Okeanında yerləşən arxipelaqdır, lakin Svalbard Müqaviləsi ilə verilən xüsusi statusa tabedir. Jan Mayen Şimal Buzlu Okeanında uzaq bir adadır; Onun daimi əhalisi yoxdur və Nordland qubernatoru tərəfindən idarə olunur. Svalbard və Yan Mayenin ortaq cəhəti odur ki, onlar Norveçin mahallara bölünməyən yeganə inteqrasiya olunmuş hissələridir. Rəsmi dili norveç dilidir. == Tərkibləri == === Svalbard === Svalbard Arktikada materik Norveç və Şimal Qütbün ortasında yerləşən arxipelaqdır. Sahəsi 61,022 kv. metkilor (23,561 kv.
Hamar güyənə
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Polygonatum mischtschenkoanum Greuter Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov Polygonatum ovatum Miscz. ex Tamanian Polygonatum pruinosum Boiss. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. == Yarpaq == Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. == Çiçək == Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.