Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sandra Bullock
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Cucumis melo var. bullock
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Jackson Pollock
Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur. Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu. Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.
Sandra Bullok
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Kristian Müllek
Kristian Müllek — Fransız meteoroloq, ornitoloq, fotoqraf və eko-aktivist. 1960-cı ildə Fransanın Loryan şəhərində anadan olmuşdur. == Məşhurluğu == 1995-ci ildə Müllek köçəri quşların miqrasiya yollarına insanın təsiri probleminə ictimaiyyətin diqqətini çəkir. Xüsusilə o, qeyd edir ki, ağ alınqazlar artan hava uçuşlarına görə illik uçuşlarını Almaniyadan İsveçə etməkdə getdikcə çətinlik çəkirlər. Avstriyalı zooloq Konrad Lorenzlə məsləhətləşdikdən sonra Mullek qazları əhliləşdirməyi və onları çox yüngül olan deltaplanda müşayiət etməyi öyrəndir, sürünü təhlükəsiz marşrutla idarə edir. Müllek nəsli kəsilməkdə olan kiçik ağqaşlı qazların (lat. Anser erythropus) qorunmasında da fəal iştirak edir. Kristian Müllekin hekayəsi fransız rejissoru Nikolas Vanerin “Qanadlarını aç” filminin əsasını təşkil edib. Filmin premyerası 25 oktyabr 2019-cu ildə Fransada baş tutmuşdur.