Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muxlis Hacıyev
Muxlis Əhməd oğlu Hacıyev — texniki elmlər doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının inşaat və maşınqayırma üzrə ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat konstruksiyaları kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimidir. == Həyatı == Hacıyev Muxlis Qəbələ rayonunun Tüntül kəndində anadan olmuşdur. 20 kitab və 150-yə yaxın elmi məqalə müəllifidir. 10 elmlər namizədi yetişdirmişdir. Hazırda 6 fəlsəfə doktoru və 2 elmlər doktoru dissertasiyası üzrə elmi rəhbərdir. Dəfələrlə Rusiya, Qazaxıstan və Türkiyədə elmi konfranslarda iştirak etmisdir.
Müxalifət (qəzet)
Müxalifət — Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. "Müxalifət" qəzetini 15 oktyabr 1991-ci ildə mərhum jurnalist Ağamalı Sadiq Əfəndi yaradıb. Qəzetə müxtəlif vaxtlarda Mehman Cavadoğlu, Vaqif Hacıbəyli, Süleyman Osmanoğlu və Nəsir Əhmədli rəhbərlik edib. Hazırda çapında fasilə yaranmış qəzetin baş redaktoru Rövşən Kəbirli və redaksiyanın aparıcı əməkdaşı Yaşar Ağazadənin 2007-ci ildə həbs edilməsi "Müxalifət"in fəaliyyətinə təsir göstərmişdir. R.Kəbirli və Y.Ağazadə 2007-ci il mayın 16-da akademik Cəlal Əliyevin iddiası əsasında həbs olunublar. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən jurnalistlər 7 ay 14 gün sonra prezident İlham Əliyevin əfv fərmanı ilə 2007-ci il dekabrın 29-da azadlığa buraxılıblar.
Müxalifət qəzeti

Müxlis Cənizadə
Müxlis Mirsabir oğlu Cənizadə (26 noyabr 1928 – 10 dekabr 1972) — Azərbaycanın teatr, kino və dublyaj aktyoru, bədii qiraətçi, Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Müxlis Cənizadə 26 noyabr 1928-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu bitirib (Kazım Ziyanın kursu). 1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. SSRİ kinematoqrafçılarının istehsalı olan “Sonuncu qum təpəsi” (Последний дюйм, Lenfilm / Rusiya, 1958, rejissor: Teodor Vulfoviç, Nikita Kurixin), “Namus uğrunda” (Из-за чести, rejissor: Artaşes Ayrtyan, Ermənistanfilm, 1956) filmlərində çəkilib.