Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təmizləmə
Təmizləmə – çirkləndiriciləri kənar etmək məqsədilə aparılan texnoloji proseslər. == Təmizləmə növləri == === Biokimyəvi təmizləmə === Çirkab suların təmizləmə xüsusi bakteriya, ibtidailər və bəzi ali bitkilərin köməyilə aparılır. === Hidro – qum – şırnaq təmizləmə === Metal məmulatları və tikinti materiallarının səthi xüsusi cihazla sulu kvars qumunu sıxılmış havanın şırnaqla verilməsi ilə aparılır. === Qravitasiya t əmizləmə === Çökdürmə yolu ilə tozların tutulması. === Turşu təmizləmə === Neft məhsulları bu üsulla təmizlənir. === Yaş təmizləmə === Qazların maye ilə təmasda olarkən bu üsuldan istifadə olunur. === Yaşayış yerlərinin təmizləmə === Yaşayış yerlərində toplanan tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə görülən kompleks tədbirlər. === Qum – şırnaq təmizləmə === Metal məmulatları və tikinti obyektlərinin səthi xüsusi cihazla sıxılmış havanı şırnaqla verməklə təmizlənir. === Neft məhsullarının sulfat turşusu ilə təmizləmə === Neft məhsullarının və yağ fraksiyalarının kükürd birləşmələrindən, asfalt-qatran maddələrindən sulfat turşusu ilə təmizlənməsi. === Termik təmizləmə === Oksigen-asetilen lampasının alovu ilə metalların səthinin təmizlənməsi.
Bioloji təmizləmə
Bioloji təmizləmə — çirklənmiş ətraf mühitin canlı orqanizmlərin köməyi ilə təmizlənməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Böyük təmizləmə
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. == Başlanğıc == Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Boru təmizləmə qurğusu
Boru təmizləmə qurğusu (ing. Pipeline Inspection Gauge) — həm də “pigs” kimi tanınan qurğu borularda müxtəlif istismar əməliyyatları yerinə yetirmək üçün istifadə olunan təhcizatlara aiddir. Bu qurğudan boruda axan məhsulu dayandırmadan istifadə edilir. Bu qurğunun funksiyaları yalnız boruda təmizləmə və yoxlama ilə məhdudlaşmır. Onunla həm də boruda axının təzyiqi və sürəti barədə də məlumat almaq olar. Pigging uzun illər neft sənayesində böyük diametrli boru kəmərlərinin təmizlənməsi üçün istifadə olunmuşdur. Pigging nəqletmə prosesinin, demək olar ki, istənilən bölməsində üçün istifadə edilə bilər. Məsələn, doldurma və ya saxlama kimi sistemlərdə. Pigging sistemləri artıq kosmetologiya və ərzaq məhsulları tullantısı, sürtkü yağı, boya, kimya kimi müxtəlif emal sənayesində quraşdırılır. Piglər həmçinin boruların təmizlənməsi üçün neft və qaz kəmərlərində istifadə olunur.
Abxaziyada gürcülərə qarşı etnik təmizləmə
Abxaziyada gürcülərə qarşı etnik təmizləmə, Abxaziyada gürcü qırğını və ya Abxaziyada gürcülərə qarşı soyqırımı (gürc. ქართველთა გენოციდი აფხაზეთში) (əsasən gürcü mənbələrində) — 1992–1993-cü illərdə Gürcü-abxaz münaqişəsi zamanı və 1998-ci ildə Abxaz separatçıları və onların tərəfdarları (ehtimal edilir ki, Rusiyadan olan könüllülər) tərəfindən Abxaziya ərazisində yaşayan gürcülərə qarşı törədilmiş etnik təmizləmə, qırğın və məcburi köçürmə prosesi. Hadisələr zamanı ermənilər, yunanlar, ruslar və mötədil abxazlar da öldürülmüşdür. Prosesin nəticəsi olaraq 200.000–250.000 arası mülki gürcü əhali məcburi köçkün vəziyyətinə düşmüşdür.Gürcülərə qarşı etnik təmizləmə və qırğınlar törədilməsi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 1994, 1996 və 1997-ci illərdə Budapeşt, Lissabon və İstanbul şəhərlərində keçirilmiş sammitlərində rəsmi olaraq təsdiqlənmiş, münaqişə zamanı hərbi cinayətlərin törədilməsi qeyd edilmişdir. 15 may 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş A/RES/62/249 qətnaməsində "etnik təmizləmə qurbanları da daxil olmaqla Gürcüstanın Abxaziya bölgəsindən olan bütün qaçqınlar və məcburi köçkünlərin öz torpaqlarına geri dönmə haqqının qorunması" xüsusi qeyd edilir, həmçinin "bütün BMT-yə üzv dövlətlər öz vətəndaşlarını Gürcüstanın Abxaziya bölgəsində mülk əldə etməkdən çəkindirməyə" çağırılır. BMT Təhlükəsizlik Şurası ərazidə atəşkəsə çağıran bir neçə qətnamə qəbul etmişdir. == Arxa plan == 1992–93-cü illər Abxaziya müharibəsindən əvvəl ərazidə əhalinin təxminən yarısını gürcülər, beşdə birini isə abxazlar təşkil edirdilər. Bunun əksinə 1926-cı ildə iki xalq təxminən balanslaşdırılmış saya malik idi, yerdə qalan əhali isə ruslar, ermənilər və yunanlardan təşkil olunmuşdu. Genişmiqyaslı gürcü və erməni köçləri tədricən bu xalqların sayının dəfələrlə artmasına səbəb olsa da, 1989-cu ilin nəticələrinə görə abxaz əhalinin sayı heç iki dəfə də artmamışdı: gürcü əhalinin sayı dörd dəfə artaraq 67,494-dən 239,872-ə çatmış, erməni əhalinin sayı iki dəfə artmış, rus əhalinin sayı isə altı dəfə artmışdı. === Abxaziyada hərbi münaqişə === 1992-ci ildə Abxaziyada siyasi vəziyyət Gürcüstan hökuməti və Abxaz separatçıları arasında hərbu münaqişə səviyyəsinə çatdı.