Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəvai (Xoy)
Nəvai (fars. نوايي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəvai Məmmədoğlu
Nəvai Məmmədoğlu (Nəvai Məmməd oğlu İbrahimov) — rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azəbaycan Rəsim Komitəsinin başkanı. == Həyatı == Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. Əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir. 1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində ali təhsil alıb. 1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir.
Nəvai vilayəti
Nəvai vilayəti — Özbəkistanda vilayət.
Əlişir Nəvai
Əlişir Nəvai (9 fevral 1441, Herat – 3 yanvar 1501, Herat) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin] == Həyatı == Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur.
Nəval əs-Sədavi
Nəval əs-Sədavi (ərəb. نوال السعداوي‎; 27 oktyabr 1931[…] – 21 mart 2021, Qahirə) — Misirli feminist yazıçı, aktivist və psixiatr. 2012-ci il Şon Makbrayd Sülh Mükafatı laureatı.
Fərhad və Şirin (Nəvai)
Fərhad və Şirin (özb. Farhod va Shirin) - özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan ikinci əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin “Xosrov və Şirin” poemasına nəzirə yazılmışdır və vəzni də Nizamidə olduğu kimi həzəc bəhridir. Lakin, Nəvainin “Fərhad və Şirin”i həm də, özündən əvvəlki bütün eyni məzmunlu əsərlərdən fərqlənən yeni bir əsərdir. Bu əsəri fərqləndirən birinci xüsusiyyət budur ki, Nəvai özündən əvvəlki bütün şairlər kimi, əsəri fars dilində yox, öz dilində - özbək dilində yazmışdır. Digər yenilik isə, əsərdə özbək xalqının, türkdilli xalqların adət-ənənə, istək və arzularının tərənnüm edilməsidir. Əsərdə surətlər, hadisələr, məqsəd və hədəf tamamilə başqadır. Burada yeni tipli şəxslər təsvir olunmuş, əsərin məzmunu, həm də qəhrəmanı Nizami əsərindən tamamilə fərqlidir. == Məzmunu == Fərhad Çin xaqanının oğludur.
Leyli və Məcnun (Nəvai)
"Leyli və Məcnun" — özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan üçüncü əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin “eyni adlı” poemasına nəzirə yazılmışdır. == Məzmunu == Nəvai də əsəri Nizami kimi başlayır. Burada Qeysin doğulması, əzizliklə böyüdülməsi, məktəbə gedib Leylini görməsi və gənclərin sevişmələri təsvir olunur. Qeys məktəbi buraxıb hər gün Leylinin qəbiləsinə gedir. Tezliklə Qeys Məcnun adı ilə məşhurlaşır. Hadisədən Leylinin atası xəbərdar olur, Məcnunun atasına qasid göndərir: Atası Məcnunu zəncirə vurur. Məcnun iztirab çəkir. Leyli gülşəndənqayıdanda İbn Salama rast gəlir.
Neofil
Neofil (ing. Neophile və ya Neophiliac) — yazıçı Robert Anton Wilson tərəfindən populyarlaşan - bir müddət yeniliyə güclü bağlılığı ilə səciyyələnən bir şəxsiyyət növüdür. Termin əvvəllər Kristofer Booker tərəfindən "Neophiliacs" (1969) kitabında və J. D. Salinger tərəfindən 1924-cü il 16 aprel tarixli "Hapworth" qısa hekayəsində istifadə edilmişdir.
Əhməd Zevail
Əhməd Zevayl (ərəb. أحمد حسن زويل‎, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). == Həyatı == === Uşaqlıq illəri === Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı.
Anna Nevil
Anna Nevil (ing. Anne Neville) (d. 11 iyun 1456 – ö. 16 mart 1485) — İngiltərə kralı III Riçardın xanımı, İngiltərə kraliçası. İngiltərə taxt-tacı uğrunda Lankaster və York ailələri arasında çıxan Gül müharibəsində mühüm rol oynamış Nevil ailəsinin üzvü olan Anna Nevilin ilk evliliyi atasının planı əsasında baş tutdu. IV Eduarda qarşı üsyan çıxaran atası Riçard Nevil Lankasterləri dəstəkləməyə başladı və yeni müttəfiqlərinin taxt namizədi olan VI Henrinin yeganə oğlu Vestminsterli Eduardla qızını evləndirdi. Bu nikah səbəbilə Uels şahzadəsi ünvanı alan Anna Nevilin ilk evliliyi çox çəkmədi. Vestminsterli Eduard 1471-ci ilin mayında döyüş meydanında həlak oldu. York kralı IV Eduardın səltənətini yenidən bərpa etməsinin ardından Anna Nevil bağışlanaraq Londona geri çağırıldı və kralın kiçik qardaşı olan Qloçester hersoqu Riçardla evləndi. Üstəlik bacısı İzabella Nevil də kralın digər qardaşı Klarens hersoqu Corcla evli idi.
Sesilya Nevil
Sesilya Nevil (ing. Cecily Neville) (d. 3 may 1415 - ö. 31 may 1495) — 3. York hersoqu Yorklu Riçard xanımı, İngiltərə kralları olan IV Eduard və III Riçardın anasıdır. Durham bölgəsindəki Rabi qalasında dünyaya gəlmiş, bu səbəblə "Rabinin Gülü" olaraq adlandırılmışdır. Əri olan Yorklu Riçard York sülaləsinin İngiltərə taxtındakı ən güclü namizədi və 1460-cı ildəki vəfatına qədər Gül müharibəsinin önəmli obrazlarından idi. Ərinin vəfatının ardından mübarizəni davam etdirən oğlu Eduard 1461-ci ildə VI Henrinin taxtdan endirilməsi ilə krallığı əlinə aldı. Beləcə, Sesilya Nevil İngiltərə kraliçası olmaq yerinə dul York hersoqinası olaraq qaldı.