NƏVAZİŞ

is. [ fars. ]
1. Oxşama, əzizləmə, mehribanlıq etmə, riqqət göstərmə; mehribanlıq, riqqət.
Qəhrəman həqiqətən anası Gülüşgəlindən də böyük nəvazişlər görmüşdür. S.Rəhimov.

□ Nəvaziş etmək (göstərmək) – oxşamaq, əzizləmək, riqqət göstərmək.
Ərinin sözünə əhəmiyyət verməyən Şölə xanım ona yaxınlıq və nəvaziş göstərmək istədi. Ə.Abasov.

2. Nəvazişlə şəklində zərf – oxşayaraq, məhəbbətlə, mehribanlıqla, riqqətlə.
Sonra nəvazişlə mənə söylədi: – De, səni göndərsin atan məktəbə. A.Səhhət.
Sonra birdən ağ saçlarını xatırlayaraq [Ulduz] qüssə ilə gülümsündü və nəvazişlə yaralının üzərinə əyildi. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NƏVAZİŞ NƏVAZİŞ [Rəhim:] Qara gözlərinə isə, həsrət qalmışdım. Nəvaziş axtardım (M.Hüseyn); OXŞAMA İçindən oxşama səsi ucaldı
  • NƏVAZİŞ oxşama — əzizləmə

Etimologiya

  • NƏVAZİŞ Farsca nəvaxtən (əzizləmək) məsdəri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
NƏVAZƏNDƏ
NƏVAZİŞKAR

Digər lüğətlərdə