Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İslam həndəsi naxışları
Fiqurativ təsvirlərdən yayınan İslam incəsənətində əsrlər boyu həndəsi naxışların təsvirindən istifadə edilmiş, bu incəsənət növü geniş yayılmış və inkişaf etmişdir. İslam incəsənətində həndəsi dizaynlar tez-tez təkrarlanan kvadratlar və dairələrin birləşmələri, islimilər, müxtəlif naxışlar və tessaliyaların təsvirindən ibarətdir. Bu təsvirlərdən bütün dekorasiyanı tərtib etmək, çiçək və ya xətt bəzəkləri üçün çərçivə və ya digər motivlər üçün arxa plan yaratmaq məqsədilə istifadə edilə bilər. İstifadə edilən bəzəklərin qarışıqlığı və müxtəlifliyi, IX əsrdə olan sadə ulduzlara və paxlava şəkilli təsvirlərə, XIII əsrdə 6 və 13 guşəli ulduzların, XVI əsrdə isə 14 və 16 guşəli ulduzların əlavə edilməsi nəticəsində yaradılmışdır. Həndəsi naxışlar İslam incəsənətində və memarlığında kilim xalçalar, İran girih və Mərakeş zillic işləri, muqarna dekorativ tağları, cali oyulmuş daş lövhələri, keramikalar,dəri, rəngli şüşələr, ağac və metal işləri ilə əhatələnmişdir. XX əsrdə qərbdə, aralarında M.K.Eşerin də olduğu ustalar, rəssamlar və 2007-ci ildə İsfahandakı Darbe-İmam məqbərəsində olan yarı-dövri funksiyaları və penroz bəzəklərini də bu üsluba daxil edən riyaziyyatçılar və fiziklər (Peter J. Lu və Paul Steynhardın aralarında olduğu) arasında İslam həndəsi nümunələrinə olan maraq artmaqda idi. == Arxa plan == === İslam dekorasiyası === İslam incəsənəti əsasən ibadət obyekti ola biləcəyini önləmək üçün təsvirlərdə fiqurativ simvollardan yayınmışdır. İslam həndəsi nümunələri qədim mədəniyyətlərdə istifadə edilən daha sadə dizayn nümunələrindən təsirlənmişdir. Bunlara yunan, roma və sasani mədəniyyətlərini nümunə kimi göstərmək olar. Bunlar İslam incəsənət nümunələrinin üç əsas formalarından biridir: digərləri isə, əyilmiş və budaqlı bitki təsvirləri ilə formalaşdırılan islimi və İslam xəttatlığıdır.
Canlı Naxışlar (1987)
Nağılvari Naxışlar (1972)
== Məzmun == Film Azərbaycan ornamentlərinin yaranması haqqındadır.
Beynəlxalq Kitab Bağışlama Günü
Beynəlxalq Kitab Bağışlama Günü — 14 fevral 2012-ci ildə ABŞ-də məşhur Delightful Children’s Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoor tərəfindən yaradılıb. == Tarixi == 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “Uşaqlara Kitab Vermə Günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral Dövlətlərarası Kitab Bağışlama Günü olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb. == Haqqında == Uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Uşaqlarda ömür boyu oxumağa sevgi aşılamaq və ehtiyacı olan uşaqların kitab əldə etməsini təmin etmək üçün çalışan Kitab Bağışlama Günü könüllüləri dəyərli kitablarını gənc oxucularla bölüşməyə çağırır.
Canlı naxışlar (film, 1987)
Nağılvari naxışlar (film, 1972)
== Məzmun == Film Azərbaycan ornamentlərinin yaranması haqqındadır.
Sehrli naxışlar (film, 1984)
== Məzmun == Film haqq-ədalətin gec də olsa öz yerini tapması haqqındadır. == Film haqqında == Applikasiya filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ağanağı Axundov Ssenari müəllifi: Vidadi Paşayev Quruluşçu rəssam: Rasim Babayev Operator: Ramiz Ağayev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Vladimir Savin Cizgi rəssamı: Vaqif Məmmədov, Arifə Hatəmi Fon rəssamı: Hüseyn Cavid İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.