Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Naziyyə Şəmsəddinskaya
Naziyyə Şəmsəddinskaya (Naziyyə Musa qızı Şəmsəddinskaya; 8 avqust 1926, Bakı – 26 avqust 2020) — Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, “Şöhrət” ordeni laureatı. == Həyatı == N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1949). Əmək fəaliyyətinə Ordubad şəhərində başlamışdır. 1955-1957 illərdə Krupskaya adına 2 saylı şəhər xəstəxanasında mama-ginekoloq, 1960-63 illərdə Azərbaycan Tibb İnstitutunun 1-ci mamalıq-ginekoloqiya kafedrasında baş laborant, 1963-64 illərdə Azərbaycan Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, 1964 ildən Azərbaycan Tibb İnstitunun 1-ci mamalıq-ginekologiya kafedrasında asisstent, 1966 ildən dosent olmuş, 1970 ildən II mamalıq-ginekologiya kafedrasının müdiridir. Tədqiqatı qadınlarda hamiləliyin gedişinə, bətndaxili infeksiyaların etiologiyasına və s. həsr edilmişdir. Dəfələrlə Beynəlxalq konqreslərdə, forum və seminarlarda iştirak etmişdir. 170 elmi məqalənin, bir neçə kitabın müəllifidir. == Mükafatları == 20 sentyabr 2010-cu ildə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Naziyyə Şəmsəddinskaya "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Nazilə Səfərli
Nazilə Səfərli-Cəlilova (25 yanvar 1979, Dmanisi) — Azərbaycan şairəsi, AYİ-nın üzvü, == Həyatı == Nazilə Cəfərova (Səfərli) 1979-cu il 25 yanvar Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Orta məktəbə Bolnisi rayon Kazreti qəsəbəsi 2№-li orta məktəbdə qədəm qoyub. 1993-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşüb. Suraxanı rayonunda məskunlaşıb. 9-cu sinfi 270№-li orta məktəbdə davam etdirib. 10-11-ci sinifləri isə Xətai rayonunda 269 saylı orta məktəbdə başa vurub. Ali məktəbi Rusiyada oxuyub. Vladimir şəhər Aviamexanika institutunun hüqüq fakültəsini bitirib. Evlidir. 2 oğlu var (Nurlan və Turan).
Nazilə İsgəndərova
Nazilə Telman qızı İsgəndərova (20 sentyabr 1975, Sumqayıt) — psixoterapiya və ilahiyyat elmləri doktoru, professor, yazıçı və ictimai xadim. == Həyatı == Nazilə Telman qızı İsgəndərova 1975-ci il sentyabrın 20-də Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Ailəsi əslən Qərbi Azərbaycandandır. 1992-ci ildə Sumqayıt şəhəri 35 nömrəli orta məktəbi bitirmişdir. 1992–1997-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 2000-ci ildə din və psixoterapiya üzrə doktorantura təhsilinə Türkiyənin Mərmərə Universitetində başlamış, sonra 2011-ci ildə Kanadada Vilfrid Laurier Universitetində (Wilfrid Laurier University) davam etdirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1994-cü ildə "Millət" qəzetində jurnalist kimi başlamışdır. 2011-ci ildən Toronto Universitetinin nəzdindəki Emmaneul Kollecinin professordur. Nazilə İsgəndərova müsəlman qadınlara qarşı məişət zorakılığı mövzusunda apardığı araşdırmaya görə nüfuzlu İlahiyyat Tədqiqatları Forumu (Forum for Theological Exploration) tərəfindən mükafatlandırılmışdır. Eyni zamanda digər araşdırmalarına görə Kanada Mənəvi Danışmanlıq Assosiyasiyası (Canadian Association for Spiritual Care) və Pastoral Terapiya Cəmiyyəti (Society for Pastoral Counselling) professional və tədqiqat mərkəzlərinin mükafatlarına layiq görülmüşdür.
Nazimə Sultan
Nazimə Sultan (14 fevral 1866, Konstantinopol – 9 noyabr 1947, Beyrut) — 32. Osmanlı padşahı Əbdüləzizin ikinci qızı. == Həyatı == Nazimə Sultan 1866-cı ildə Dolmabağça sarayında dünyaya gəlmışdır. Atası Sultan Əbdüləziz, anası isə onun dördüncü xanımı Heyranıdil xanım idi. 1890-cı ildə Sultan Əbdülhəmid onu digər bacıları Əminə Sultan və Saliha Sultanla birlikdə Ulduz sarayında evləndirdi. Əri isə İbrahim Dərviş Paşanın oğlu Əli Xalid bəy oldu. Cütlüyə sonrakı illərdə Nazimə Sultan sarayı adlanacaq yeni bir saray təsis edildi. Övladı olmayan Nazimə Sultanın Şövkət adlı bir övladlığı vardı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra əriylə birlikdə Beyruta köçdü. Nazimə Sultan 1947-ci ildə burada vəfat etdi və Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olundu.
Nazik Amiryan
Nazik Amiryan (tam adı: Nazik Hovanessi Amiryan, erm. Նազիկ Հովհաննեսի Ամիրյան; 14 mart 1967, İrəvan) — Qarabağ müharibəsi iştirakçısı, Ermənistan Silahlı Qüvvələri polkovniki (1999), Ermənistan Arxivləşdirmə Federasiyanın Prezidenti (1999-cu ildən). O, Manvel Qriqoryanın həyat yoldaşıdır. == Bioqrafiya == Nazir Hovanessi Amiryan 14 mart 1967-ci ildə SSRİ-nin Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1988-ci ildə Ermənistan Dövlət İqtisad Universitetindən məzun olmuşdur. Amiryan 1988–1989-cu illərdə ticarətçilik üçün nəzərdə tutulmuş Oğuz təlim kollecində müəllim kimi işləmişdir. O, 1999–2000-ci illərdə Təbiət Mühafizə Nazirliyinin Respublika Dövlət Ekoloji Ekspertizasının sədri olmuşdur. 1990–1994-cü illərdə Hadrut, Ağdərə və Füzuli cəbhələrində 5-ci Üçkilsə könüllü briqadasının Üçkilsə könüllü batalyonununda hərbi həkim olaraq fəaliyyət göstərmişdir. Hadturdakı döyüşlərdə əsir götürülən Amiryan bir neçə döyüşçü ilə Şuşadakı həbsxanaya göndərilmişdir. Onlar Şuşanın erməni qüvvələri tərəfindən işğal edilməsindən sonra sərbəst buraxılmışdılar.
Nazik bağırsaq
Nazik bağırsaq, orta bağırsaq (lat. intestinum tenue; yun. enteron ona görə də onun iltihabı enteritis adlanır) ― həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır. Böyüklərdə meyitdə uzunluğu 6–7 m-dir və üç hissəyə bölünür: Onikibarmaq bağırsaq – lat. duodenum (intestinum duodenum – BNA) Acı bağırsaq – lat. jejunum (intestinum jejunum – BNA) Qalça bağırsaq – lat. ileum (intestinum ileum – BNA)Acı bağırsaq və qalça bağırsaq peritondan əmələ gəlmiş çöz (müsariqə) – lat. mesenterium vasitəsilə qarın boşluğunun arxa divarına bağlanmışdır; ona görə bunlara biryerdə çözlü (müsariqəli) bağırsaq – lat. intestinum tenue mesenteriale s.
Nazik dağnanəsi
Nazik dağnanəsi (lat. Ziziphora tenuior) - dağnanəsi cinsinə aid bitki növü.
Nazik pazdimdik
Nazik pazdimdik (lat. Mergellus albellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik pazdimdik cinsinə aid heyvan növü.
Nazik qovaq
== Ümumi yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30 m-dək olan düz, piramidal formalı ağacdır. Gövdə və budaqların qabığı ağdır, hətta qocaldıqda azca kobudlaşır. Çətiri torpaq səthindən başlayır. Budaqları çox nazik, düz, gövdəyə çox yapışıqdır. Qısa zoğların yarpaqları rombvari, uzanmışdır. == Ekologiyası == Rütubətli, çimli, qumsal, gillicə torpaqlarda yaxşı bitir. Günəşə, istiyə, soyuğa davamlıdır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir. == İstifadəsi == Dekorativ görünüşə malikdir.
Aşağı Nazik (Puldəşt)
Aşağı Nazik (fars. نازك عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 435 nəfər yaşayır (117 ailə).
Nazik barmaq gekkonlar
Nazik barmaq gekkonlar (lat. Cyrtopodion) — Gekkonlar fəsiləsinə aid cins. Bədəninin uzunluğu 8 sm-dir. Uzun barmaqlara sahibdirlər. == Klassifikasiya və yayıldığı ərazilər == Bu cinsə 35 növ daxildir: Cyrtopodion agamuroides — Kələzəbənzər nazik barmaq gekkon Pakistan və İranın cənub-şərqində yayılıb. Cyrtopodion baigii; Pakistanın endemik canlısı, (2008) Cyrtopodion battalense; Pakistanın endemik canlısı, (1993) Cyrtopodion baturense; Pakistanın endemik canlısı, (1992) Cyrtopodion brachykolon; Pakistanın endemik canlısı, (2007) Cyrtopodion brevipes — Qısaayaq nazik barmaq gekkon; İranın endemik canlısı Cyrtopodion caspium — Xəzər gekkonu İranın şimalı, şimal-qərbi Əfqanıstan, Azərbaycan, Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan. Cyrtopodion dattanense; Pakistanın endemik canlısı Cyrtopodion elongatum — Qobi gekkonu Cyrtopodion fedtschenkoi; Özbəkistan, Takikistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İranda. Cyrtopodion fortmunroi (Indogekko fortmunroi); Pakistanın endemik canlısı, (1993) Cyrtopodion gastrophole; İranın endemik canlısı Cyrtopodion golubevi; Pakistanın endemik canlısı, (2010) Cyrtopodion himalayanum — Himalay gekkonu; Hindistan və Nepal Cyrtopodion indusoani; Pakistanın endemik canlısı, (1988) Cyrtopodion kachhense — Sindx cılpaqəl gekkonu İran, Pakistan, Hindistan. Cyrtopodion kirmanense — Kirman gekkonu İranın endemik canlısı Cyrtopodion kohsulaimanai; Pakistanın endemik canlısı, (1991) Cyrtopodion lawderanum; Hindistanın endemik canlısı Cyrtopodion longipes — Uzunayaq gekkonu; İran, Əfqanıstan, Özbəkistan və Türkmənistan. Cyrtopodion medogense; Çinin endemik canlısı Cyrtopodion mintoni — Minton gekkonu; Pakistanın endemik canlısı Cyrtopodion montiumsalsorum — Punyab nazil barmaq gekkonu; Pakistanın endemik canlısı Cyrtopodion persepolense; İranın endemik canlısı, (2010) Cyrtopodion potoharense; Pakistanın endemik canlısı, (2001) Cyrtopodion rhodocaudum; Pakistanın endemik canlısı (Bəlucıstan), (1990) Cyrtopodion rohtasfortai; Pakistanın endemik canlısı, (1990) Cyrtopodion scabrum — Misir çılpaqəl gekkonu Türkiyə, Misir, İsrail, Oman, Səudiyyə Ərəbistanı, Efiopiya, İraq, İran, Əfqanıstan, Pakistan, Küveyt (ABŞ Texas ştatına aparılmışdır).
Yuxarı Nazik (Puldəşt)
Yuxarı Nazik (fars. نازك عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan şəhər. == Əhalisi == 2006-cı il məlumatına görə şəhərdə 2,466 nəfər yaşayır (613 ailə).
Nаşiçе
Nаşiçе (xorv. Našice) — Xorvatiyanın Оsiеçkо-Bаrаnskаya vilayətində yerləşən şəhər. == Tarixi == Şəhər ilk dəfə 1229-cu ildə "Nekche" adı ilə xatırlandı. 13-cü əsrdə Məbəd cəngavərləri Naşiçeyə gələrək kilsə qurdular. Şəhər 1945-ci ilə qədər Pejaçeviç ailəsinin feodal mülkü idi. 1541-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth edildi və 1687-ci ildə Avstriyanın fəthinə qədər Poyeqanın Sanyak hissəsi oldu. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Naşiçe, Xorvatiya-Slavoniya krallığının Virovititsa qraflığında bir paytaxt rayonu idi. 1991-ci ilin sentyabrında Xorvatiya qüvvələri Naşiçedə Yuqoslaviya Xalq Ordusunun hərbi kazarmalarını ələ keçirdilər. == Əhalinin məskunlaşması == 2011-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə 7,888 əhali var, bütün bələdiyyədə isə 16,224 nəfər. Əhalinin 88%-ni xorvatlar təşkil edir.