NAZİK

прил.
1. тонкий:
1) имеющий небольшую, незначительную толщину. Nazik kağız тонкая бумага, nazik taxta тонкая доска, nazik divar тонкая стена, nazik qar örtüyü тонкий снежный покров, nazik pərdə тонкая плёнка, nazik lay тонкий слой
2) сделанный, изготовленный из нетолстого или неплотного материала (ткани, стекла и т.п. ). Nazik paltar тонкое платье, nazik corablar тонкие чулки, nazik stəkan тонкий стакан
3) небольшой в обхвате, в окружности. Nazik məftil тонкая проволока, nazik sap тонкая нитка, nazik qaytan тонкий шнур, nazik bağırsaq мед. тонкая кишка
4) узкий в кости, не полный (о человеке, его фигуре, частях тела). Nazik qız тонкая девушка, nazik barmaqlar тонкие пальцы, nazik bel тонкая талия
5) небольшой в ширине, узкий. Nazik xətt тонкая линия, nazik qaşlar тонкие брови, nazik qırışlar тонкие морщинки
6) перен. сложный, требующий искусного и умелого подхода. Nazik (incə) məsələ тонкое дело
2. лёгкий:
1) неплотный, воздушный. Nazik köynək лёгкая сорочка
2) мало, плохо греющий, не тёплый. Nazik pencək лёгкий пиджак
3) несильный, слабый. Nazik yel лёгкий ветерок
3. нежный:
1) выражающий ласку, любовь. Nazik təbəssüm нежная улыбка
2) исполненный мягкости, ласки, любви. Nazik qəlb нежная душа
◊ nazik damarını tutmaq (tapmaq) kimin найти слабую струнку чью, кого ; задеть за живое кого
NAZƏNİN-NAZƏNİN
NAZİKANƏ
OBASTAN VİKİ
Nazik Amiryan
Nazik Amiryan (tam adı: Nazik Hovanessi Amiryan, erm. Նազիկ Հովհաննեսի Ամիրյան; 14 mart 1967, İrəvan) — Qarabağ müharibəsi iştirakçısı, Ermənistan Silahlı Qüvvələri polkovniki (1999), Ermənistan Arxivləşdirmə Federasiyanın Prezidenti (1999-cu ildən). O, Manvel Qriqoryanın həyat yoldaşıdır. Nazir Hovanessi Amiryan 14 mart 1967-ci ildə SSRİ-nin Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1988-ci ildə Ermənistan Dövlət İqtisad Universitetindən məzun olmuşdur. Amiryan 1988–1989-cu illərdə ticarətçilik üçün nəzərdə tutulmuş Oğuz təlim kollecində müəllim kimi işləmişdir. O, 1999–2000-ci illərdə Təbiət Mühafizə Nazirliyinin Respublika Dövlət Ekoloji Ekspertizasının sədri olmuşdur. 1990–1994-cü illərdə Hadrut, Ağdərə və Füzuli cəbhələrində 5-ci Üçkilsə könüllü briqadasının Üçkilsə könüllü batalyonununda hərbi həkim olaraq fəaliyyət göstərmişdir. Hadturdakı döyüşlərdə əsir götürülən Amiryan bir neçə döyüşçü ilə Şuşadakı həbsxanaya göndərilmişdir. Onlar Şuşanın erməni qüvvələri tərəfindən işğal edilməsindən sonra sərbəst buraxılmışdılar.
Nazik bağırsaq
Nazik bağırsaq, orta bağırsaq (lat. intestinum tenue; yun. enteron ona görə də onun iltihabı enteritis adlanır) ― həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır. Böyüklərdə meyitdə uzunluğu 6–7 m-dir və üç hissəyə bölünür: Onikibarmaq bağırsaq – lat. duodenum (intestinum duodenum – BNA) Acı bağırsaq – lat. jejunum (intestinum jejunum – BNA) Qalça bağırsaq – lat. ileum (intestinum ileum – BNA) Acı bağırsaq və qalça bağırsaq peritondan əmələ gəlmiş çöz (müsariqə) – lat. mesenterium vasitəsilə qarın boşluğunun arxa divarına bağlanmışdır; ona görə bunlara biryerdə çözlü (müsariqəli) bağırsaq – lat. intestinum tenue mesenteriale s.
Nazik dağnanəsi
Nazik dağnanəsi (lat. Ziziphora tenuior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dağnanəsi cinsinə aid bitki növü.
Nazik pazdimdik
Nazik pazdimdik (lat. Mergellus albellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik pazdimdik cinsinə aid heyvan növü.
Nazik qovaq
Nazik barmaq gekkonlar
Nazik barmaq gekkonlar (lat. Cyrtopodion) — Gekkonlar fəsiləsinə aid cins. Bədəninin uzunluğu 8 sm-dir. Uzun barmaqlara sahibdirlər. Bu cinsə 35 növ daxildir: Cyrtopodion agamuroides — Kələzəbənzər nazik barmaq gekkon Pakistan və İranın cənub-şərqində yayılıb. Cyrtopodion baigii; Pakistanın endemik canlısı, (2008) Cyrtopodion battalense; Pakistanın endemik canlısı, (1993) Cyrtopodion baturense; Pakistanın endemik canlısı, (1992) Cyrtopodion brachykolon; Pakistanın endemik canlısı, (2007) Cyrtopodion brevipes — Qısaayaq nazik barmaq gekkon; İranın endemik canlısı Cyrtopodion caspium — Xəzər gekkonu İranın şimalı, şimal-qərbi Əfqanıstan, Azərbaycan, Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan. Cyrtopodion dattanense; Pakistanın endemik canlısı Cyrtopodion elongatum — Qobi gekkonu Cyrtopodion fedtschenkoi; Özbəkistan, Takikistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İranda. Cyrtopodion fortmunroi (Indogekko fortmunroi); Pakistanın endemik canlısı, (1993) Cyrtopodion gastrophole; İranın endemik canlısı Cyrtopodion golubevi; Pakistanın endemik canlısı, (2010) Cyrtopodion himalayanum — Himalay gekkonu; Hindistan və Nepal Cyrtopodion indusoani; Pakistanın endemik canlısı, (1988) Cyrtopodion kachhense — Sindx cılpaqəl gekkonu İran, Pakistan, Hindistan. Cyrtopodion kirmanense — Kirman gekkonu İranın endemik canlısı Cyrtopodion kohsulaimanai; Pakistanın endemik canlısı, (1991) Cyrtopodion lawderanum; Hindistanın endemik canlısı Cyrtopodion longipes — Uzunayaq gekkonu; İran, Əfqanıstan, Özbəkistan və Türkmənistan. Cyrtopodion medogense; Çinin endemik canlısı Cyrtopodion mintoni — Minton gekkonu; Pakistanın endemik canlısı Cyrtopodion montiumsalsorum — Punyab nazil barmaq gekkonu; Pakistanın endemik canlısı Cyrtopodion persepolense; İranın endemik canlısı, (2010) Cyrtopodion potoharense; Pakistanın endemik canlısı, (2001) Cyrtopodion rhodocaudum; Pakistanın endemik canlısı (Bəlucıstan), (1990) Cyrtopodion rohtasfortai; Pakistanın endemik canlısı, (1990) Cyrtopodion scabrum — Misir çılpaqəl gekkonu Türkiyə, Misir, İsrail, Oman, Səudiyyə Ərəbistanı, Efiopiya, İraq, İran, Əfqanıstan, Pakistan, Küveyt (ABŞ Texas ştatına aparılmışdır).
Nazik bağırsaq xərçəngi
Nazik bağırsaq xərçəngi — Nazik bağırsağın şişləri. Leyomioma nazik bağırsağın mezenximal hüceyrələrindən inkişaf edən və differensasiya olunmuş saya əzələlərindən ibarət törəmələrdir. Törəmələr ekstraluminal istiqamətdə inkişafa meyilli olduqları üçün klinik əlamətlər törətmədən böyük ölçülərə çata bilirlər. Lipoma OBB və qalça bağırsaqda çox rast gəlir. Selikaltı əsas və ya seroz qişanın yağ toxumasından inkişaf edir. Malignizasiya ehtimalı yox dərəcəsindədir. Çoxsaylı hamartomalar Peutz-Jegher sindromunda rast gəlir (dəri və selikli qişalarda piqmentasiyalar və mədə-bağırsaq sistemində çoxsaylı poliplər). Hamartomaların malignizasiya ehtimalı çox aşağıdır. Lakin qanaxma və BK kimi ağırlaşmalar törədirlər. Adenokarsinomalar nazik bağırsağın ən çox rast gələn bədxassəli törəmələridir (25–40%).
Nazik bağırsaq keçməzliyi sindromu
Nazik bağırsaq keçməzliyi sindromu — Kəskin bağırsaq keçməzliyi möhtəviyyatın bağırsaqdan keçişinin kəskin dayanması nəticəsində meydana çıxan təcili cərrahi vəziyyətdir, bağırsağın kəskin genişlənməsi, hipovolemiya və sepsis ilə xarakterizə olunur. Bu patoloji vəziyyət erkən müddətlərdə aradan qaldırılmadıqda ölüm ehtimalı yüksək olur.
Nazik bağırsağın qaz sistləri
Nazik bağırsağın qaz sistləri — Bu xəstəlik nadir rast gəlir və nazik bağırsağın divarında qazla dolu sistlərin formalaşması ilə xarakterizə olunur. Sistlər tək və çoxsaylı olur, diametri bir neçə millimetrdən bir neçə santimetrə qədər dəyişir. Qaz sistləri həm yoğun, həm də nazik bağırsaqda rast gəlir.
Aşağı Nazik (Puldəşt)
Aşağı Nazik (fars. نازك عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 435 nəfər yaşayır (117 ailə).
Yuxarı Nazik (Puldəşt)
Yuxarı Nazik (fars. نازك عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan şəhər. 2006-cı il məlumatına görə şəhərdə 2,466 nəfər yaşayır (613 ailə).
Nazikbarmaq ağacqurbağası
Nazikbarmaq ağacqurbağası (lat. Aplastodiscus) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi. Aplastodiscus albofrenatus (A. Lutz, 1924). Aplastodiscus albosignatus (A. Lutz and B. Lutz, 1938). Aplastodiscus arildae (Cruz and Peixoto, 1987). Aplastodiscus callipygius (Cruz and Peixoto, 1985). Aplastodiscus cavicola (Cruz and Peixoto, 1985). Aplastodiscus cochranae (Mertens, 1952). Aplastodiscus ehrhardti (Müller, 1924). Aplastodiscus flumineus (Cruz and Peixoto, 1985).
Nazikbarmaq gekkonlar
Nazik barmaq gekkonlar (lat. Cyrtopodion) — Gekkonlar fəsiləsinə aid cins. Bədəninin uzunluğu 8 sm-dir. Uzun barmaqlara sahibdirlər. Bu cinsə 35 növ daxildir: Cyrtopodion agamuroides — Kələzəbənzər nazik barmaq gekkon Pakistan və İranın cənub-şərqində yayılıb. Cyrtopodion baigii; Pakistanın endemik canlısı, (2008) Cyrtopodion battalense; Pakistanın endemik canlısı, (1993) Cyrtopodion baturense; Pakistanın endemik canlısı, (1992) Cyrtopodion brachykolon; Pakistanın endemik canlısı, (2007) Cyrtopodion brevipes — Qısaayaq nazik barmaq gekkon; İranın endemik canlısı Cyrtopodion caspium — Xəzər gekkonu İranın şimalı, şimal-qərbi Əfqanıstan, Azərbaycan, Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan. Cyrtopodion dattanense; Pakistanın endemik canlısı Cyrtopodion elongatum — Qobi gekkonu Cyrtopodion fedtschenkoi; Özbəkistan, Takikistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İranda. Cyrtopodion fortmunroi (Indogekko fortmunroi); Pakistanın endemik canlısı, (1993) Cyrtopodion gastrophole; İranın endemik canlısı Cyrtopodion golubevi; Pakistanın endemik canlısı, (2010) Cyrtopodion himalayanum — Himalay gekkonu; Hindistan və Nepal Cyrtopodion indusoani; Pakistanın endemik canlısı, (1988) Cyrtopodion kachhense — Sindx cılpaqəl gekkonu İran, Pakistan, Hindistan. Cyrtopodion kirmanense — Kirman gekkonu İranın endemik canlısı Cyrtopodion kohsulaimanai; Pakistanın endemik canlısı, (1991) Cyrtopodion lawderanum; Hindistanın endemik canlısı Cyrtopodion longipes — Uzunayaq gekkonu; İran, Əfqanıstan, Özbəkistan və Türkmənistan. Cyrtopodion medogense; Çinin endemik canlısı Cyrtopodion mintoni — Minton gekkonu; Pakistanın endemik canlısı Cyrtopodion montiumsalsorum — Punyab nazil barmaq gekkonu; Pakistanın endemik canlısı Cyrtopodion persepolense; İranın endemik canlısı, (2010) Cyrtopodion potoharense; Pakistanın endemik canlısı, (2001) Cyrtopodion rhodocaudum; Pakistanın endemik canlısı (Bəlucıstan), (1990) Cyrtopodion rohtasfortai; Pakistanın endemik canlısı, (1990) Cyrtopodion scabrum — Misir çılpaqəl gekkonu Türkiyə, Misir, İsrail, Oman, Səudiyyə Ərəbistanı, Efiopiya, İraq, İran, Əfqanıstan, Pakistan, Küveyt (ABŞ Texas ştatına aparılmışdır).
Nazikbaş çömçəxul
Nazikbaş çömçəxul (lat. Benthophilus leptocephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növüdür. Orta və Cənub Xəzərdə yayılıb. Əvvəlki növlərə nisbətən bədəni və başı az enlənmişdir. Başın eni uzunundan xeyli azdır (ortalama 71%), burnu gödək və girdədir. Başın üst tərəfində çökək yalnız gözlərin arasında nəzərə çarpır. Başın alt tərəfində dəri qırışlar və bığcıq adətən olmur. Başın səthi çılpaqdır. Samurdan Abşerona qədər dənizin cənub-qərb sahillərində seyrək, Cənubi Xəzərin bütün qərb sahilində isə azsaylıdır.
Nazikburun çömçəxul
Nazikburun çömçəxul (lat. Benthophilus leptorhynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növüdür. Azərbaycan sahillərində ancaq Yalamadan Giləziyə qədər qeydə alınmışdır. Bədəni bir qədər uzunsov, öndən və üstdən basıq, başı ensiz, burnu uzunsovdur. Başı üstdən demək olar ki, düzdür. Çənəsində kiçik dəri bığcıq, ağızın küncləri arxasında isə dəri qırış əvəzinə iki sıra xırda dişcik vardır. Bədəni və başı üstdən və böyürlərdən yeknəsəq ziyillərlə örtülmüşdür. Belində və böyürlərində iri xallar yoxdur. 1915-ci ildə təxminən 4,0 sm uzunluğunda təxminən yetkin bir dişi fərd tutuldu.
Nazikdimdik balinaquşu
Nazikdimdik balinaquşu (lat. Pachyptila belcheri) — Fırtınaquşular fəsiləsinə aid növ. Nazikdimdik balinaquşular 25–26 sm uzunluğa malik olurlar. Qanadlarının uzunluğu isə 16,6–19,1 sm arasında dəyişir. Qanadları arasında məsafə 56 sm, çəkiləri isə 115–180 q olur. Bir qayda olaraq erkəklər dişilərdən iri olur. Bədəninin üst hissəsi mavi-bozdur. Qanadlarında tünd rəngli "М" hərfinə bənzər ləkə vardır. Bədəninin ön hissəsi ağımtıldır. Növ əsasən Folklend adaları, Kergelen, Kroze adaları və olabilsin ki Cənubi Georgiya adalarında yayılmışdır.
Naziklifli lepiota
Naziklifli lepiota (Elmi adı - Lepiota tomentella) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. meyvə cismi torpaqda və döşənəkdə inkişaf edir. Papaqcıq 1,5-2 sm diametrindədir, nazik lətlidir, qabarıq zəngvari, sonradan qabarıq sərilmiş, mərkəzdə kiçik şişkin, quru, gilvari-qəhvəyi, nazik lifli-pulcuqludur. Lövhələr sərbəst, nazik, sıx, əvvəl ağ, sonradan krem, krem-oxra rənglidir. Ayaqcıq 2-5 x 0,1-0,3sm, düz, əsasa doğru bir qədər əyilmiş və qalınlaşmış, yuxarı hissədə ağ-ocralı, aşağı hissədə oxralı – qəhvəyi, keçəvari örtüklüdür. Ayaqcıqdakı halqa tez itib gedir. Yeməli və ya zəhərli olması məlum deyi. Humus və döşənək saprotrofudur. Quercus cə Carpinus növlərindən ibarət qarışıq enliyarpaq meşədə aşkar edilmişdir.
Nazikmeyvə dəlitərə
Nazikmeyvə dəlitərə (lat. Hypecoum leptocarpum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin dəlitərə cinsinə aid bitki növü.
Nazikquyruq tıs-tıs
Nazikquyruq tıs-tıs (lat. Acantholimon lepturoides) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Qafqaz, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqi və Gürcüstan ərazisində təsvir olunmuşdur. Yastıqları çox sıx, kürəvari formalı olub, 10-15 (20) sm diametrində alçaq kolcuqdur. Yay yarpaqları açıq göyümtül, hamar, üç hissəli, neştərşəkilli- xətvari və ya xətvari-bizvari, cod, bünövrəsində uzunluğu 12-25 (30) mm və eni 1-2 mm, ucu biz, iynəli, çılpaq olub, kənarları xırda tükcüklüdür. Yaz yarpaqları qısa və bir az enlidir. Çiçək saplaqları yarpaqlardan çox uzun, hündürlüyü 10-20 sm, sadə, bəzən 1-2 yan budaqlı, çılpaq və ya bəzən qısa tükcüklüdür. Çiçəkləri çiçək qrupunda seyrək yerləşir. Sünbüllər arasındakı məsafə onların uzunluğundan çoxdur və ya uzunluğuna görə sünbüllərə bərabərdir. Sünbüllər 10-11 mm olub, bir çiçəklidir.
Nazikyarpaq pion
Nazikyarpaq pion (lat. Paeonia tenuifolia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Nazikyarpaq qulançar
İran qulançarı (lat. Asparagus persicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. Volqa çayında və Cənubi Qafqazın şərqinə, Şimali İrana və Şərqi Sibirə qədər olan ərazilərdə, sahilyanı tuqay meşələrində. Hündürlüyü 2m-ə çatan çoxillik bitkidir. Budaqları düz bucaq altında yerləşir və sallanır. Kladodiləri 1-5 ədəd, bəzən dəstədə 8 ədəd olub, öz aralarında qeyri-bərabər yerləşir, uzunluğu 1-5 sm, düz və ya bir az əyilmişdir. Gövdəsi əyilmiş, çox vaxt sarmaşan, çılpaq və çox budaqlıdır. Çiçək saplaqları 1-4 ədəd olub, uzunluğu 1.2 sm-dir. Çiçəkləri uzunsov-qıfşəkillidir, erkək çiçəklərinin uzunluğu təxminən 0,6 sm-dir. Toxumla çoxaldılır.
Nazikyarpaq südotu
Nazikyarpaq südotu (lat. Polygala tenuifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin südotukimilər fəsiləsinin südotu cinsinə aid bitki növü.
Nazikyarpaq süsən
Nazikyarpaq süsən (lat. Iris tenuifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Nazikyarpaq tikanburun
Nazikyarpaq tikanburun (lat. Echinophora tenuifolia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tikanburun cinsinə aid bitki növü.
Nazikçiçək tıs-tıs
Nazikçiçәk ilan soğanı
Nazikəda Qadınəfəndi
Nazikəda Qadınəfəndi (d. 1850 — ö. 11 aprel 1895) — 34. Osmanlı sultanı II Əbdülhəmidin ilk xanımı və qızı Ülviyə Sultanın anası. Çərkəz əsilli zadəgan ailəsində dünyaya gəlmişdir. Atası Arzaxan bəy Çanba, anası isə Əsma Qılıc idi. Kiçik yaşlarında İstanbula gətirilərək Cəmilə Sultanın sarayına təslim edilmiş, burada saray təhsili almışdır. Piano və rəsmə güclü meyli vardı. Hündür boyu, uzun qara saçları və qəhvəyi gözləri ilə qısa zamanda sarayda tanındı. 1863-cü ildə Dolmabağça sarayında Şahzadə Əbdülhəmidlə evləndirilmişdir.

Digər lüğətlərdə