Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neftçilər
"Neftçilər" — Azərbaycan rəssamı Tofiq Cavadovun 1956-cı ildə çəkdiyi rəsm əsəri.
Neftçilər Günü
Neftçilər Günü — neft-qaz sahəsində çalışanların peşə bayramı. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. "Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri- Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.
Neftçilər metrostansiyası
Neftçilər metrostansiyası — Bakı metrosunda stansiya.
Neftçilər prospekti
Neftçilər prospekti — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçədir. Küçə öz başlanğıcını Azneft meydanından götürür, Bakı bulvarı boyunca uzanaraq, Yusif Səfərov küçəsi səviyyəsində Nobel prospektinə keçir. Küçənin uzunluğu 3,3 km-dir.
Azərbaycanda neftçilər günü
Neftçilər günü — Azərbaycanda, Neft-qaz sənayesində çalışan mütəxəssislər, mühəndislər, fəhlələr, geoloqlar və bu sahənin müxtəlif sahələrinə rəhbərlik edən şəxslərin əməyinin qiymətləndirilməsi ilə bağlı peşə bayramı. == Azərbaycanda neftçilər günü — tarixi == Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.Qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. "Neftçilər günü"ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir. 20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib. Bu görüşdən sonra hər il 20 sentyabrda Azərbaycan Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivləri ilə görüşləri mütəmadi xarakter alıb.
Neftçilər prospekti (Bakı)
Neftçilər prospekti — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçədir. Küçə öz başlanğıcını Azneft meydanından götürür, Bakı bulvarı boyunca uzanaraq, Yusif Səfərov küçəsi səviyyəsində Nobel prospektinə keçir. Küçənin uzunluğu 3,3 km-dir.