Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rafael Bayramov (neyrocərrah)
Rəfael Rafiq oğlu Bayramov (23 fevral 1982, Sumqayıt) — Azərbaycan alimi, neyrocərrah, neyroradioloq. Azərbaycanda ilk dəfə intrakranial damarlara axının istiqamətini dəyişən stentlərin PIPELINE və ACANDIS DERIVO yerləşdirilməsi əməliyyatını və Azərbaycanda ilk dəfə 2 günlük uşağın anadangəlmə beyin damarının inkişafqüsuru – Galen veni Malformasiyasının endovaskulyar embolizasiyası əməliyyatını icra etmişdir. Həmçinin Azərbaycanda ilk dəfə arteriovenoz malformasiyaların embolizasiyası üçün ONYX istifadəsi və Azərbaycanda ilk dəfə trombekstraksiya prosedurunun icrası ona məxsusdur. == Həyatı == Rafael Bayramov 1982-ci il fevralın 23-də Sumqayıt şəhərində anadan olmuşdur. İlk təhsilini 1989–1999-cu illərdə Sumqayıt şəhər 33 nömrəli məktəbdə almışdır. 1999-cu ildə Ulu Öndər Heydər Əlievin təşəbbüsü ilə yaradılmış "Dövlət Xətti" proqramı ilə İ. M. Seçenov adına Moskva Tibb Akademiyasının müaliçə işi fakültəsinə qəbul olmuş və 2005-ci ildə məzun olduqdan sonra, həmin ildən həmin universitetin cərrahiyyə kafedrasında internaturaya başlamışdır. 2006–2008-ci illərdə Rusiya Diplomdansonra Təhsil Tibb Akademiyasının Neyrocərrahiyə kafedrasında ordinatura üzrə təhsil almış, daha sonra isə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramı" çərçivəsində 2008 – 2011-ci illərdə A. L. Polenov adına Russiya Elmi-Tədqiqat Neyrocərrahiyə İnstitutunda əyani aspirantura üzrə neyrocərrahiyə ixtisası üzrə təhsilini davam etdirmişdir. 22 noyabr 2011-ci ildə tibb elmləri namizədi elmi dərəcəsini almışdır.2012-ci ilin fevral-may aylarında Novosibirsk şəhərində Novosibirsk Dövlət Tibb Universitetinin ürək-damar cərrahiyyəsi kafedrasında kurs keçərək "Rentgen endovaskulyar müalicə və dianqostika" ixtisasına yiyələnmişdir. 2022-ci ilin iyun-iyul aylarında Sürix Universitet Klinikasının Neyrocərrahiyyə mərkəzində Hospitasiya keçmişdir. Ailəlidir, 2 övladı var.
Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanası
Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanası — Londonun Kraliça Meydanı ərazisində yerləşən nevroloji xəstəxana. UCLH (ing. University College London Hospitals NHS Foundation Trust) hissələrindən biridir. İngiltərədə sırf sinir sistemi xəstəliklərinin müalicəsinə həsr olunmuş ilk xəstəxanadır. O, London Universitet Kolleci (UCL) ilə sıx bağlıdır və eyni sahənin UCL Nevrologiya İnstitutu ilə müştərək nevrologiya tədqiqatları üçün əsas mərkəzdir. == Tarixi == Xəstəxana 1859-cu ildə İohanna Çandler tərəfindən Kraliça Meydanında İflic və Epileptiklər üçün Milli Xəstəxana olaraq təsis edilmişdir. Xəstəxana 1880-ci illərin əvvəllərində tamamilə yenidən quruldu: Şərq Qanadı 1881-ci ildə Şahzadə Yelena tərəfindən, Qərb Qanadı isə 1885-ci ildə VII Eduard tərəfindən yenidən açıldı. 1904-cü ildə o, İflic və Epilepsiya Xəstələrinə Yardım və Müalicə Milli Xəstəxanası adlandırıldı. == Xidmət == Xəstəxanada 244 stasionar çarpayı və doqquz əməliyyat otağı (iki angioqrafiya əməliyyat otağı daxil olmaqla) mövcuddur.
Neyrocərrahiyyə
Neyrocərrahiyyə (ing. Neurosurgery) — Neyrocərrahiyyə və ya nevroloji cərrahiyyə, ümumi dildə beyin cərrahiyyəsi kimi tanınan, beyin, onurğa beyni, mərkəzi və periferik sinir də daxil olmaqla sinir sisteminin hər hansı bir hissəsini təsir edən xəstəlilkərin qarşısının alınması, diaqnostikası, cərrahi müalicəsi və reabilitasiyası ilə məşğul olan tibbi ixtisasdır. == Təhsil və kontekst == Müxtəlif ölkələrdə fərdin qanuni olaraq neyrocərrahiyyə ilə məşğul olması üçün müxtəlif tələblər var . Əksər ölkələrdə neyrocərrah təhsili üçün tibb fakültəsini bitirdikdən sonra minimum yeddi il müddətinə ehtiyac duyur == Tarix == Ağrıları aradan qaldırmaq üçün baş üzərində əvvəlcədən düşünülmüş əməliyyatlar min illərdir mövcuddur, lakin neyrocərrahiyyədə nəzərəçarpacaq irəliləyişlər yalnız son yüz ildə baş verib. === Qədim neyrocərrahiyyə === Görünür, İnkalar Avropanın müstəmləkəçiliyindən əvvəl trepanasiya kimi tanınan proseduru tətbiq ediblər. 936-cı ildən 1013-cü ilə qədər Əl-Əndəlusda orta əsrlərdə Əl-Zəhravi baş xəsarətləri, kəllə sınıqları, onurğa zədələri, hidrosefaliya, subdural efüzyonun cərrahi müalicəsini həyata keçirib. . Hua Tuo mafeisan adlı ilk ümumi anesteziya yaratdı. o bunu beyində cərrahi əməliyyatlarda istifadə etdi. Neyrocərrahlar aşağıdakı tibbi problemlərlə məşğul olur: Onurğa sütunu xəstəlikləri, Fəqərə arası disk yırtqları, degenerativ xəstəliklər, skalioz, fəqərələrin patoloji sınıqları, Baş beyin şişləri, İntraserebral və ekstraserebral şişlərin mikrocərrahiyyəsi, Hipofiz adenomaların endoskopik cərrahiyyəsi, Onurğa beyin şişləri, İntramedulyar və ekstramedulyar şişlərin mikrocərrahiyyəsi, Uşaq neyrocərrahiyyəsi, İnkişaf qüsurları, anadangəlmə baş və onurğa beyin yırtıqları, hidrosefaliyalar, kraniostenozlar, uşaqlarda rast gəlinən şişlər, Bas və onurğa sütunun travmaları, İntraserebral, Epidural, Subdural hematomalar, basılmiş sınıqlar, kəllə sümüyünün defektləri, Fəqərələrin sınıqları və s.Nevrologiyada həkim-nevropatoloqlar tərəfindən müalicəsi mümkün olmayan, cərrahi müdaxilələrlə sağaldılan bir sıra xəstəliklər Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə Kafedrasında Neyrocərrahiyyə üzrə müxtəlif dərəcəli elmi dissertasiyalar müdafiə etmiş professorlar, tibb elmləri namizədləri, tibb üzrə fəlsəfə doktorları həm kafedranın nəzdində, həm də müxtəlif klinikalarda fəaliyyət göstərirlər. Respublika Neyrocərrahiyyə Mərkəzində çalışan neyrocərrahlarla yanaşı, ATU Tədris Cərrahiyyə Klinikasında, Mərkəzi Klinikada, Mərkəzi Neftçilər Xəstəxanasında, Respublika Müalicə Diaqnostika Mərkəzində və digər xəstəxanalarda xaricdə və ölkə daxilində neyrocərrahiyyə üzrə ixtisaslaşmış çox sayda mütəxəssislər çalışır.
Pediatrik neyrocərrahiyyə
Pediatrik neyrocərrahiyyə sinir sistemi, beyin və onurğa beyni ilə əlaqəli cərrahi prosedurları özündə cəmləşdirən və operativ nevroloji xəstəlikləri olan uşaqları müalicə edən neyrocərrahiyyənin alt ixtisasıdır. == Tarixi == 1929-cu ildə Harvi Kuşinq və Frank İnqreham tərəfindən əsası qoyulan Boston Uşaq Xəstəxanası ABŞ-də uşaqlar üçün ixtisaslaşdırılmış neyrocərrahiyyə xidməti göstərən ilk xəstəxana idi.2009-cu il etibarı ilə ABŞ-də 200-dən az uşaq neyrocərrahı var idi. Onların təxminən 80%-ni kişilər təşkil edirdi. Son 25 ildə uşaq neyrocərrahiyyəsi proqramını 391 həkim bitirib. Onların yalnız 70%-i böyüklər üçün neyrocərrahiyyədən ilk növbədə uşaq neyrocərrahiyyəsinə yönəlib. Onların təxminən 70%-i isə akademik tibbdədir.