Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nomadizm
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. == Köç və köçərilik == Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Qoşadizə
Qoşadizə (Babək) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Qoşadizə (Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Aza bələdiyyəsinin tərkibindədir.
Qoşadizə (Babək)
Qoşadizə (əvvəlki adı: Qoşa Dizə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşa Dizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşa Dizə kəndi Qoşadizə kəndi, Qoşa Dizə kənd inzibati ərazi dairəsi Qoşadizə kənd inzibati ərazi dairəsi adlandırılmış, Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Araz qəsəbəsi və Təzəkənd kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2015-ci il tarixli, 1342-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşadizə kəndinin 658 ha (bundan dövlət mülkiyyətində olan 28 ha, bələdiyyə mülkiyyətində olan 311 ha və xüsusi mülkiyyətdə olan 319 ha) təşkil edən ərazisi Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin ərazisinə birləşdirilmiş, Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi ləğv edilmiş, Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. == Toponimikası == Məlumatlara görə oykonim qoşa və İran dillərinə məxsus olan dizə, "qala", "kənd", "istehkam", "hasar" mənalarında işlədilən sözlərdən ibarət olub, "qoşa qala, istehkam" deməkdir. == Tarixi == === Tarixi abidələri === Qoşadizə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində yerləşirdi. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qoşadizə (Ordubad)
Qoşadizə (əvvəlki adı: Qoşa Dizə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşa Dizə kəndi Qoşadizə kəndi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Mədəniyyəti == Klubu, kitabxanası, tibb məntəqəsi var. == Coğrafiyası və iqlimi == Rayonun mərkəzindən 22 km şimalda, Gilançayın sağ sahilindədir. == Əhalisi == Əhalisi 467 nəfərdir. == İqtisadiyyatı == Əhalisi meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğuldur.
Qoşadizə nekropolu
Qoşadizə nekropolu — Babək rayonunda eyniadlı kəndin yaxınlığında antik dövrə aid arxeoloji abidə. == Ümumi məlumat == Qazıntılar nəticəsində iki qəbir aşkar edilmişdir. İçərisində yaşlı qadın skeleti olan birinci qəbir qapaqla örtülü idi. İkincisində gənc oğlan basdırılmışdır. Skeletlər küpün içinə qoyulmuş, dizləri çənəsinə sıxdırılmış vəziyyətdədir. Küplər qırmızı gildən olub, dulus kürəsində hazırlanmışdır. Belə küplər məişətdə də işlədilirdi. Tapıntılar (saxsı qab qırıqları, muncuqlar, dəmir bıçaq, şüşə qab qulpu və s.) qəbirlərin 1-3-cü əsrlərə aid olduğunu göstərir.
Qoşadizə qəbiristanlığı
Qoşadizə qəbirstanlığı — Naxçıvan şəhəri yaxınlığında qədim qəbristanlıq. İki ədəd küp qəbir aşkar edilib. İçərisində yaşlı qadın skleti olan I qəbir qapaqla örtülüb, II qəbrin içərisində isə gənc oğlan skleti aşkarlanıb.Küplər qırmızı gildən olub dulus çarxında hazırlanmışdır. Qəbirlərin I-III əsrlərə aid olduğu güman edilir. Cəsədlər enenə və dizləri çənəsinə sıxılmışvəziyyətdə dəfn edilib.
Qoşadizə qəbristanı
Qoşadizə qəbirstanlığı — Naxçıvan şəhəri yaxınlığında qədim qəbristanlıq. İki ədəd küp qəbir aşkar edilib. İçərisində yaşlı qadın skleti olan I qəbir qapaqla örtülüb, II qəbrin içərisində isə gənc oğlan skleti aşkarlanıb.Küplər qırmızı gildən olub dulus çarxında hazırlanmışdır. Qəbirlərin I-III əsrlərə aid olduğu güman edilir. Cəsədlər enenə və dizləri çənəsinə sıxılmışvəziyyətdə dəfn edilib.