Qoşadizə nekropolu

Qoşadizə nekropoluBabək rayonunda eyniadlı kəndin yaxınlığında antik dövrə aid arxeoloji abidə.

Qoşadizə nekropolu
Ölkə  Azərbaycan
Şəhər Babək
Yerləşir Babək kəndi
Aidiyyatı antik dövr
Tikilmə tarixi 1-3-cü əsrlər
Üslubu arxeoloji abidə
KateqoriyaNekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Qoşadizə nekropolu (Azərbaycan)
Qoşadizə nekropolu

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Qazıntılar nəticəsində iki qəbir aşkar edilmişdir. İçərisində yaşlı qadın skeleti olan birinci qəbir qapaqla örtülü idi. İkincisində gənc oğlan basdırılmışdır. Skeletlər küpün içinə qoyulmuş, dizləri çənəsinə sıxdırılmış vəziyyətdədir. Küplər qırmızı gildən olub, dulus kürəsində hazırlanmışdır. Belə küplər məişətdə də işlədilirdi. Tapıntılar (saxsı qab qırıqları, muncuqlar, dəmir bıçaq, şüşə qab qulpu və s.) qəbirlərin 1–3-cü əsrlərə aid olduğunu göstərir.[1]

  1. Naxçıvan ensiklopediyası. II cilddə. I cild. Naxçıvan.2005.