Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dactylis glomerata subsp. oceanica
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid bitki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.
Dead Oceans
Dead Oceans — 2007-ci ildə ABŞ-də yaradılmış müstəqil musiqi şirkəti.
Ocean Eyes
"Ocean Eyes" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən birinci sinql. Mahnını əvvəlcə Finneas öz qrupu üçün yazmışdı, lakin Aylişin səsinə uyğun olduğunu gördükdən sonra mahnını ona vermək qərarına gəldi. Mahnı ilk dəfə 18 noyabr 2015-ci ildə SoundCloud-da buraxılıb. Bir il sonra 2016-cı ildə Darkroom və Interscope Records tərəfindən yenidən yayımlanmışdır.
Atlantik Okeanı
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Cənub Okeanı
Cənub Okeanı və ya Antarktik okean — Yerin 5 okeanından biri hesab edilir. Antarktida qitəsini əhatə edir. Bu okeanın sahəsi 20 327 min km². (okeanın şimal sərhəddi cənub eninin 60 dərəcəsindən keçir). Ən böyük dərinliyi (Cənubi Sandviç novu) — 8428 m. Antarktida ətrafında 13 dəniz var: Ueddell dənizi, Skotia dənizi, Bellinshauzen dənizi, Ross dənizi, Amundsen dənizi, Deyvis dənizi, Lazarev dənizi, Riser-Larsen dənizi, Kosmonavtlar dənizi, Birlik dənizi, Mouson dənizi, Dürvil dənizi, Somov dənizi. Okeanın əsas adaları: Kergelen adası, Cənubi Şetland adaları, Cənubi Orkney adaları. Antarktik şelfi 500 metr dərinliyə qədərdir. Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir, ancaq bu qərar həmin vaxt təsdiq edilmir.
Dünya okeanı
Dünya okeanı — hidrosferanın 96,5 %-ni təşkil etməklə onun əsas hissəsini təşkil edir. Yerin kəsilməz, ancaq bir sahədə yerləşməyən, materik və adalarını əhatə edən və ümumi duzluluğu ilə xarakterizə olunan su sahəsi. Qitələr və böyük arxipelaqlar dünya okeanlarını dörd böyük hissəyə bölür: Atlantik , Hind , Sakit və Şimal Buzlu okeanları. 2000-ci ildə Beynəlxalq Hidroqrafiya Təşkilatı beşinci Cənubi Okeanın ayrılmasını təklif etdi. Atlantik okean Hind okeanı Şimal Buzlu okean Sakit okean Cənub okeanı Okeanların böyük sahəli hissələri dəniz, körfəz, boğaz və s. adlanır. Okeanlar haqqında elm okeanologiya adlanır. == Dünya okeanının öyrənilməsi == Uzun tarixi dövr ərzində okeanlara aid toplanan biliklər okeanologiya elminin yaranmasına səbəb oldu. Elmi tədqiqatlar aparmaq məqsədi ilə ilk dünya səyahəti 1872–74-cü illərdə "Çellencer" ingilis gəmisində həyata keçirilmişdir İlkin su vulkan püskürmələri zamanı ayrılan yuvenil suların hesabına xloridli xassəyə malik olmuşdur. Daha sonra okean suyunun silisiumlu süxurlarla və çaylar vasitəsi ilə gətirilən karbonatlrla qarşılıqlı əlaqəsi nəticəsində, o xloridli karbonatlı suya çevrilmişdir.
Hind Okeanı
Hind Okeanı — dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 70,560,000 km2-dir. Bu okean dünyada sahəsinə görə 3-cü yeri tutur. Ekvatora yaxın ərazilərdə sahəsi kiçikdir. Burada suyun orta temperaturu 17°C-dir. Bunun səbəbi, dalğaların Şimaldan gələn küləklərin qarşısını kəsməsidir. Ən dərin hissəsi Zond çökəkliyidir. == Ümumi təsviri == Dənizləri Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzidir (dəniz hesab olunur).
Tetis okeanı
Tetis (yun. Θέτις, ing. Thetis) — qədim okean olaraq Mezozoy erası dövründə mövcud olmuş, Qondvana və Lavrasiya kimi materiklərin arasında yerləşmişdir. Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi və Aral gölü bu okeanın qalıqlarıdır. == Tarixi == Avropanın hündür nöqtələri Alp, Karpat dağlarında və Asiyanın Himalay dağlarının zirvələrində dəniz canlılarının qalıqları aşkarlanır. Bu isə onu deməyə əsas verir ki, bu ərazilər tarixən suyun altında olmuşdur. Bunu əsas gətirən Zyoss Eduard 1893-ci ildə bu qədim okeanı Tetis adlandırmışdır. Bu ad yunan ilahəsinin adıdır. Bəzən isə bu okeanı Sarmat dənizi və ya Ponti dənizi adlandırılır. == Müasir baxış == Tetis okeanı milyard il önçə Qondvana və Lavraziya qitələrinin arasında meydana gəlmişdir.
Şimal Buzlu Okeanı
Şimal Buzlu okean — Şimal yarımkürəsində, əsasən Arktika zonasında yerləşən okean. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Skandinaviya yarımadası ölkələri, Kanada, həmçinin İslandiya və Qrenlandiya adaları vasitəsilə digər okeanlardan ayrılır. Dünyada sahəcə ən kiçik okeandır — 13 000 000 km². Şimal Buzlu okeanında bir çox adalar vardır: Novaya Zemlya, Şimal Torpağı, Qrenlandiya, Vrangel, Novosibirsk, Kanada-Arktika arxipelaqı. Dünyanın ən böyük adası olan Qrenlandiya adası da bu okeanda yerləşir. Okeanın bir çox boğazları vadır ki, onlara misal kimi Avstriya boğazı, Matoçkin Şar boğazı, Smit boğazı, Qdansk boğazı, Robeson boğazı, Kennedi boğazı, Parri boğazı, Danimark boğazı, Forlandsundet boğazı,Şahzadə Regent boğazı, Taymır boğazı, Friman boğazı, Lonq boğazı, Sterleqov boğazı, Disko boğazı (körfəz), Franklin boğazı, Qırmızı Ordu boğazı, Kara darvazası (boğaz), Stur-ford boğazı, Şərq boğazı (Şərqi Sibir dənizi), Dis boğazı, Şimal boğazı (Şərqi Sibir dənizi), Yaqorski Şar boğazı, Şokalski boğazı, Fram boğazı, Fram (boğaz), Kuroçkin boğazı, Dmitri Laptev boğazı, Kiçik Caun boğazı, Kostin Şar boğazı, Vilkiç boğazı, Pomorski boğazı, Fari və Hekla boğazı, Eterikan boğazı, Hinlopen boğazı, Cons boğazı, Yevqenov boğazı, Uels Şahzadəsi (boğaz), Malıgin boğazı, Sannikov boğazı, Kildinski boğazı, Şimal boğazı (Laptevlər dənizi), Blaqoveşenski boğazı, Pevek boğazı, Radzeevski boğazı, Zaya boğazı, Kolıma boğazı, Yeddiada Reydi boğazı, Dolfin və Yunion boğazı, Hudzon boğazı, Mak-Klinton boğazı, Ağ dənizinin boğazı, Simpson boğazı və s. göstərmək olar. Şimal Buzlu okean ən şirin okean hesab olunur. Okeanın akvatoriyasında bir sıra dənizlər vardır: Linkoln dənizi, Bofort dənizi, Baffin dənizi, Şərqi Sibir dənizi, Vandel dənizi, Şahzadə Qustav-Adolf dənizi, Norveç dənizi, Barens dənizi == Etimologiya == Okean müstəqil okean kimi 1650-ci ildə coğrafiyaşünas Varenius tərəfindən Hyperborean Ocean - “Həddindən artıq şimalda okean” (qədim yunan Βορέας - şimal küləyinin mifik tanrısı və ya başqa sözlə Şimal, qədim yunan ὑπερ -) adı ilə müstəqil okean kimi müəyyən edilmişdir. bir şeyin artıqlığını göstərən prefiks).
Sakit Okeanı Ölkələri
Sakit Okeanı Ölkələri sakit okean sahillərinə aiddir. Bu terminə həmçinin Sakit okeanda yerləşən adalar da daxildir və materikdə Sakit okeana sahili olan ölkələr də daxildir. Sakit okean seysmik kəməri termini də bu terminin miqyası ilə üst-üstə düşür. == Sakit Okeanı Ölkələri yerləşən ölkələrin siyahısı == Aşağıda qeyd olunan ölkələr Sakit okeanla həmsərhəd ölkələrdir və bu ölkələr Sakit okean sahili kimi tanınır. == Ticarət == Sakit okean dünya ölkələri arasında su nəqliyyatı üçün əsas fəaliyyət sahəsi. Belə ki, Sakit okean sahilində dünyanın ən gur 50 konteyner limanından 29-da yerləşir. Bu limanlar aşağıda qeyd edilmişdir. == Sakit okeandakı təşkilatlar == Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Şərq-Qərb Mərkəzi, Davamlı Sakit Okean Sahil Şəhərləri layihəsi Asiya Tədqiqat İnstitutu kimi təşkilatlar, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları Sakit okeana diqqət yetirirlər. Bundan başqa, Abş Sakit Okean Komandanlığı Sakit okeanda RIMPAC Hərbi Əməliyyatlarını həyata keçirir.
Did You Know That There's a Tunnel Under Ocean Blvd
Did You Know That There's a Tunnel Under Ocean Blvd — amerikalı müğənni Lana Del Reyin doqquzuncu studiya albomu. 24 mart 2023-cü ildə Polydor və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Del Reyin özü, Mike Hermosa, Jack Antonoff, Drew Erickson, Zak Daues və Benji etmişdir. Bəzi trekləri Jon Batiste, Bleachers, Father John Misty, Tommy Genesis, SYML və Riopy ifa edib.
Britaniya Hind okeanı əraziləri
Britaniya Hind okeanı əraziləri (ing. British Indian Ocean Territory) — Böyük Britaniyadan asılı olan və Hind okeanında 55 adadan ibarət bölgə. Böyük Britaniyanın Hind okeanında yerləşən müstəmləkəsi olan bu bölgə ancaq Çaqos adalarından ibarətdir. Bölgəyə aid Dieqo Qarsiya adası 1966-cı ildə imzalanan müqaviləyə görə 50 illiyinə ABŞ-yə kirayəyə verilmişdir. == Coğrafiya == Bölgə bir çoxunda yaşayış olmayan 55 adadan ibarətdir. Britaniya Hind okeanı ərazilərinin ən böyük adası Dieqo Qarsiya adasıdır. Bu adadan başqa Böyük Çaqosbank adası, Peros Banhos adası, Solomon adası, Eqmont adası ilə ancaq aşağı dəniz səviyyəsində görünən Blenheym rifi də bölgəyə aiddir. Britaniya Hind okeanı ərazilərinin sahəsi 54.400 km² olsa da çox böyük hissəsi su olub torpaq sahəsi cəmi 60 km²-dir. == Əhali == Adanın yerlisakinləri olan çaqoslular 1960-cı illərdə Böyük Britaniya hökuməti tərəfindən güclə Mavriki, Seyşel adaları və Böyük Britaniya göndərilmişdir. Hazırda adalarda heç bir yerli yaşamır və 3.500 ABŞ və Böyük Britaniya əsgəri vardır.
Dünya okeanı və dənizlərin kirlənməsi
Okean və dənizlərin- çirklənməsində karbohidrogenlər, xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər), toksiki metallar və radioaktiv maddələrdir. == Okean və dənizlər == Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlledici rol oynayır, Yerin iqliminə təsir göstərir və onun ekoloji sisteminin balansını təmin edir. Dünya okeanını kirləndirən mənbələr üç qrupa ayrılır : Dəniz – hərbi gəmilər, hərbi təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması. Yerüstü– çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab və qızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və digər xüsusi zərərli maddələrdən daxil olması. Atmosfer — zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlərdir. Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər patogen mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Kirlənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar. 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusklarla qidalanmışlar.