Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oğulbəy
Oğulbəy (Tikantəpə) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. Oğulbəy-i Düzkənd (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Dilbər
Dilbər — qadın adı. Dilbər Axundzadə — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. Dilbər Zeynalova — ədəbiyyatşünas, dosent, fəlsəfə doktoru. Dilbər Əjdərova — kimya elmləri doktoru.
Oğulbəy (Tikantəpə)
Oğulbəy (fars. اوغول بيگ‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,236 nəfər yaşayır (320 ailə).
Dilbər Axundzadə
Dilbər Hacı qızı Axundzadə (29 may 1914, Yelizavetpol – 21 oktyabr 1990) — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. == Həyatı == İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır.Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir. Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir.Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib. == Əsərləri == "Müşfiqli günlərim" Bakı-1968. == Xatirəsi == 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub.
Dilbər Zeynalova
Dilbər Zeynalova (Dilbər Vəkil qızı Zeynalova) — ədəbiyyatşünas, dosent, fəlsəfə doktoru. == Həyatı == 1962-ci il, iyul ayının 10-da, Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuşdur. 1979—84 cu illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstiutunda təhsil almış və 1984-cü ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 1984—1999-cu illərdə Cəlilabad rayonun Ocaqlı kənd 1 saylı orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləmişdir. 1999—2001-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetinin Fəlsəfə kafedrasında laborant vəzifəsində çalışmışdır. 2001—2005-ci illərdə Azərbaycan Dillər Universitetinin Ədəbiyyat kafedrasında müəllim kimi fəaliyyətini davam etdirmişdir. 2005-ci lldən bu günə kimi Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent kimi fəaliyyət göstərir. 2006-cı ildə "İsmayıl Şıxlının yaradıcılığında milli özünüifadənin bədii inikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2006-cı ildən Xəzər Universiteti ilə əməkdaşlıq edir. Evlidir, iki oğlu var.
Dilbər məscidi
Dilbər məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi. Naxçıvan memarlıq məktəbinə aid edilir. Məhəllə məscidi kimi fəaliyyət göstərmişdir. Memarlıq kompzisiyası baxımından XVII əsrə xas olan üslub və tipoloji xüsusiyyətləri özündə əks etdirmişdir. Məscidin mehrabı, şəbəkəli pəncərələri, fasadında giriş portalı var. Şəbəkə pəncərələrinin işlənməsi, baş tağın asimmetrik yerləşməsi və s. məscid binasının Ordubad xalq yaşayış evləri ilə uyğunluq təşkil etdiyini göstərir.
Dilbər Əbdürrəhmanova
Dilbər Gülyamovna Əbdürrəhmanova (özb. Dilbar Gʻulomovna Abdurahmonova; 1 may 1936, Moskva – 20 mart 2018, Daşkənd) — SSRİ və Özbəkistan dirijoru, skripkaçı, pedaqoq, SSRİ xalq artisti (1977). Özbəkistanda ilk qadın dirijor. == Həyatı == 1 may 1936-cı ildə Moskvada anadan olmuşdur. 1948–1955-ci illərdə R. Qlier adına Daşkənd Musiqi Məktəbinin (indiki R. Qlier adına Respublika Xüsusi Musiqi Akademik Liseyi) skripka sinfində oxumuş, eyni zamanda 110 saylı riyaziyyat məktəbində təhsil almışdır. 1959-cu ildə Daşkənd Dövlət Konservatoriyasında (indiki Özbəkistan Dövlət Konservatoriyası) B. Titel yanında skripka sinfini, 1960-cı ildə opera və simfonik dirijorluq şöbəsində Muxtar Əşrəfinin sinfini bitirmişdir. Özbəkistan Dövlət Konservatoriyasında opera ifaçılığından professor kimi dərs demişdir. 1965-ci ildən Sov.İKP üzvüdür. O, 20 mart 2018-ci ildə, 82 yaşında Daşkənddə vəfat etmişdir. "Minor" qəbiristanlığında dəfn edilmişdir.
Seyfəddin Bilbəy
Seyfəddin Bilbəy və ya Yelbəy (II minillik – 1468) — 4 dekabr 1467-ci il tarixlərində Misirin Məmlük sultanı.
Səyfəddin Bilbəy
Seyfəddin Bilbəy və ya Yelbəy (II minillik – 1468) — 4 dekabr 1467-ci il tarixlərində Misirin Məmlük sultanı.
Oğulbəy-i Düzkənd (Mahnişan)
Oğulbəy-i Düzkənd (fars. اوغلبيك دوزكند‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 480 nəfər yaşayır (109 ailə).
Odissey
Odissey (yun. Ὀδυσσεύς; lat. Ulysses) — qədim yunan mifologiyasında personaj və İtaka çarı, Penelopanın əri və Telemaxın atası. Onun Troya müharibəsində iştirakından Homer özünün İliada poemasında söhbət açır. Onun on il ərzində evə dönüş sərgüzəştlərini Homer ikinci böyük poeması olan Odisseyada göstərmişdir. Odisseyin atası Laert, İtaki çarı olub.
Oiley
Oiley, Eley (q.yun. Οἰλεύς və ya Ὀϊλεύς) — qədim yunan mifologiyasında Lokrida padşahı. Hesiod, Stesixor və Likofron əsərlərində onun adı İley kimi qeyd olunur.Leodak və Narikalı Aqrianomun övladı idi; və ya onun valdeyinləri Apollon və Ureya idilər və ya Qodedokun oğlu idi. Arqonavtlar yürüşündə iştirak etmişdir və orada o, Stimfal quşlarının mis lələyi ilə çiynindən yaralanmışdır. Onun həyat yoldaşının adı Eriopa (digər adı Alkimaxa) idi. Bundan başqa, o, Eant (Kiçik Ayaks) və Medontun atasıdır.
Adilbek Mussin
Adilbek Mussin (4 oktyabr 1999) — Qazaxıstanlı üzgüçü. Adilbek Mussin Qazaxıstanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adilbek Mussin birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.13 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 31-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
2001: Kosmik Odissey
2001: Kosmik Odissey 1968-ci ildə Amerikalı rejissor Stenli Kubrik tərəfindən çəkilmiş elmi-fantastika filmidir. Ssenarisi Artur Klarkın qısa hekayələrindən ilhamlanan film yadplanetlilər tərəfindən yerləşdirilən və insanlıq tarixinə təsir edən bir qayanın kəşfindən sonra 5 kosmonavtın şüurlu kompüter HAL ilə Yupiterə səyahətindən bəhs edir. Film insan təkamülü, ekzistensializm, texnologiya, süni intellekt, və yerdənkənar həyat kimi mövzulara toxunur. Filmdə kosmik səyahətin elmi cəhətdən dəqiq təsviri və misli görülməmiş vizual effektlər xüsusilə diqqət çəkir. Kubrik filmin hekayəsini dialoqdan daha çox görüntülərlə nəql edir. Filmdə Rixard Ştraus, İohan Ştraus, və Aram Xaçaturyan kimi bəstəkarların klassik musiqisi geniş yer alır. 2001 çoxları tərəfindən dünya tarixinin ən önəmli və nüfuzlu filmlərindən biri hesab olunur. Bəziləri filmi müəmmalı və apokaliptik olaraq şərh etsə də, digərləri filmin insanlığa optimist nöqteyi-nəzərdən baxdığını irəli sürüb. 4 kateqoriyada Oskar nominasiyası alan film Vizual Effektlər kateqoriyasında mükafata layiq görülmüşdür. 1991-ci ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi, və ya estetik cəhətdən əhəmiyyətli" hesab edilən film ABŞ Milli Film Arxivində qorunub saxlanılır.
Ağılbəy-i Süfla (İcrud)
Ağılbəy-i Süfla (fars. اغلبيك سفلي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 930 nəfər yaşayır (229 ailə).
2001: Kosmik Odissey (film, 1968)
2001: Kosmik Odissey 1968-ci ildə Amerikalı rejissor Stenli Kubrik tərəfindən çəkilmiş elmi-fantastika filmidir. Ssenarisi Artur Klarkın qısa hekayələrindən ilhamlanan film yadplanetlilər tərəfindən yerləşdirilən və insanlıq tarixinə təsir edən bir qayanın kəşfindən sonra 5 kosmonavtın şüurlu kompüter HAL ilə Yupiterə səyahətindən bəhs edir. Film insan təkamülü, ekzistensializm, texnologiya, süni intellekt, və yerdənkənar həyat kimi mövzulara toxunur. Filmdə kosmik səyahətin elmi cəhətdən dəqiq təsviri və misli görülməmiş vizual effektlər xüsusilə diqqət çəkir. Kubrik filmin hekayəsini dialoqdan daha çox görüntülərlə nəql edir. Filmdə Rixard Ştraus, İohan Ştraus, və Aram Xaçaturyan kimi bəstəkarların klassik musiqisi geniş yer alır. 2001 çoxları tərəfindən dünya tarixinin ən önəmli və nüfuzlu filmlərindən biri hesab olunur. Bəziləri filmi müəmmalı və apokaliptik olaraq şərh etsə də, digərləri filmin insanlığa optimist nöqteyi-nəzərdən baxdığını irəli sürüb. 4 kateqoriyada Oskar nominasiyası alan film Vizual Effektlər kateqoriyasında mükafata layiq görülmüşdür. 1991-ci ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi, və ya estetik cəhətdən əhəmiyyətli" hesab edilən film ABŞ Milli Film Arxivində qorunub saxlanılır.