Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Farra Fouset
Farra Fouset (d. 2 fevral 1947 - ö. 25 iyun 2009) ABŞ aktrisadır. Məşhur Hollivud ulduzu Farra Fouset Santa-Moniki xəstəxanasında (Los-Anceles, Kaliforniya) 25 iyun 2009-cu ildə 62 yaşında vəfat edib. Aktrisa xərçəng xəstəliyindən dünyasını dəyişib. Ən yaxşı filmlərindən biri "Top nüvəsi qaçışı" filmidir. Dəfələrlə "Emmi" və "Qızıl qlobus" mükafatlarına layiq görülən Hollivud ulduzu 1976-cı ildə "Çarlinin mələkləri" filmində aldığı roldan sonra dünya şöhrəti tapıb. == Həyatı == 1965-ci ildə liseyi bitirdi. 1969-cu ildə bir Hollivud jurnalistinin, bir fotoşəkilini görməsiylə "kəşf edildi". 1970lərin başlarında taraş kremi, diş pastası, şampun reklamlarında oynamağa başladı.
Offutt aviabazası
Offutt aviabazası (ing: Offutt Air Force Base) (İATA: OFF, ICAO: KOFF, FAA LID: OFF) - ABŞ-nin Omaha şəhəri yaxınlığında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin bazası. Baza, ABŞ Strategiya Komandanlığının (USSTRATCOM), Hərbi Hava Qüvvələri Hava Vəziyyəti Agentliyinin və əsas bölmə kimi fəaliyyət göstərən Havadan Müdaxilə Komandanlığının (ACC) 55-ci Qanadının (55. Wing) qərargahıdır. Offuttun aviasiya sahəsində ilk istifadəsi 1918-ci ilin sentyabrında Birinci Dünya Müharibəsi əsnasında Ordu Hava Xidmətinin şar sınağı bölgəsi olaraq başlamışdır. Bazanın adı 1924-cü ildə Birinci Dünya Müharibəsi pilotu leytenant Jarvis Offuttun xatirəsinə Offutt olaraq dəyişdirilmişdir.
İffət
İffətli bir insan əxlaqsız hesab edilən cinsi fəaliyyətdən və ya hər hansı bir cinsi fəaliyyətdən çəkinər. İslamda evli və ya subay qadın və kişilər üçün qanuniliyin xaricində cinsi əlaqədə olmaq qadağandır. İslamda qadağan edilmiş hökmlər kişilərə və qadınlara eyni dərəcədə aiddir.
Övsət Abdinov
Ovsət Bəhram oğlu Abdinov (23 fevral 1944, Balakən – 29 oktyabr 2016) — fizika-riyaziyyat elmləri doktoru (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014). == Həyatı == Ovsət Abdinov 23 fevral 1944-cü ildə Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə etmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. == Əmək fəaliyyəti == Ovsət Abdinov müxtəlif illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1973–1975-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim vəzifəsini icra edib. 1975-ci ildən AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri olub.1993–2002-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna şəh., Rusiya) baş elmi işçi vəzifələrində çalışıb. === Üzv olduğu şuralar === Ovsat Abdinov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının tamhüquqlu nümayəndəsinin müavini, həmçinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Elmi Şurasının üzvü olub. O, AMEA Fizika İnstitutunun Elmi Şurasının, habelə AAK-ın Fizika üzrə Ekspert Şurasının üzvü olub.
İffət Mərəşi
İffət Mərəşi (1 yanvar 1935, Kirman) — İran siyasətçisi və sabiq prezidenti Haşimi Rəfsəncaninin həyat yoldaşı.