Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oraqşəkilli qulançar
Oraqşəkilli qulançar (lat. Asparagus falcatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda bu bitkiyə Şri-Lankada və Afrikanın tropik və ya cənub-şərq regionlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə qədər oln sarmaşan bitkidir. Yarpağının uzunluğu 7-8 sm, oraqşəkillidir. Oraqşəkilli qulançar yeməli qulançarın qohumudur və bu cinsin əksər növləri kimi ensiz "yarpaqları" ilə fərqlənir. "Yarpaqları" əslində şəklini dəyişmiş zoğlardır (fylokladium); onlar 3-4 ədəd olmaqla dəstələrə yığılmışdır. Sonradan yarpaqları uzanır və oduncaqlaşır. Çiçəkləri ağdır. Yazda çiçəkləyir.