Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Üfləmə kanalı
Üfləmə kanalı – (rus. канал продувания, ing. blowhole, puffing hole, buller) göl və dənizlərin abrazion sahilini təşkil edən süxurlarda bir qurta­racağı klifin aşağı hissəsinə, digər ucu isə sahilyanı platonun səthinə açılan maili kanal. Klif çıxıntısına dalğanın zərbəsi zamanı, intensiv hava axınının təsiri altında süxur­lardakı çatlarda əmələ gəlir. Güclü dalğalanma zamanı kanalın yuxarı dəliyindən su fontanı atıla bilər.
Tüləmə
Tüləmə — quşlarda və məməli heyvanlarda tük örtüyünün təzələnməsi prosesi. Tüləmə ilin fəsillərinə görə gedir. Tüləmə nəticəsində lələk və tüklər sıxlaşır, lələklərin, bəzi məməlilərdə isə tüklərin də rəngi dəyişir. Tüləmə bütün bədəni əhatə etməyə də bilər. Buna qismən tüləmə deyilir.
Düzləmə səthləri
Düzəlmə səthləri — adətən güclü parçalanmış, dağlıq ərazilərdə dik yamaclarla əhatələnən və qırışıq strukturları bucaq altında kəsən, zəif dalğalı dağüstü düzənliklərdən ibarət olub, relyefin inkişaf tarixində tektonik hərəkətlərin sabitlik və ya relyefin enmə mərhəlləlrində formalaşmışdır. Düzəlmə səthləri yaşı, yüksəkliyin, onların kəsdiyi süxurların litoloji tərkibin və qırışıqlıq dərəcəsi, yeni tektonik hərəkətlərin intensivliyi, torpaq-bitki örtüyü, iqlim şəraiti və b. amillərlə əlaqədar relyefin parçalanma dərəcəsçindən, ekzogen proseslərin intensivliyindən asılı olaraq müasir relyefdə müxtlif formada (vəziyyətdə) saxlanmışlar. Onlar Böyük və Kiçik Qafqazın, Talışın və Arazyanı silsilələrin xarakterik relyef formalarından biridir. Böyük Qafqazın Azərbaycan hissəsində düzəlmə səthləri kifayət qədər geniş yayılmışdır. Burada düzəlmə səthləri ayırmışlar. Ancaq bu düzəlmə səthlərinin morfologiyası, yaşı, mənşəyi haqqında daha ətraflı məlumat B. Ə. Budaqovun (1957, 1969, 1973) və Lilienberqin (1958) əsərlərində verilmişdir. B. Ə. Budaqov burada 8, D. A. Lilienberq 7 düzəlmə səthi ayrılmışlar: Şahdağ (3800–4000 m – 4200 m), Şahyurdu (3500–3600 m), Salavat (2800–3100 m), Qovdaq-Dibrar (2000–2400 m), Taxtayaylaq (1500–1600 m), Çuxuryurd (1200–1300 m), Şamaxı (600–800 m), Qobustan (300–500 m). B. Ə. Budaqovun ayırdığı Şahyurdu (3500–3600 m) düzəlmə səthi Şahdağ düzəlmə səthindən aşağıda yerləşir və sərbəst düzəlmə səthi kimi ayrılmışdır. Kür çökəkliyində Kür və Qabırrı çayları arası ərazinin qərb hissəsində antiklinal silsilə və platolarda 700–1000 m yüksəklikdə yerləşən hamar suayrıcıları Müseyibov M. A. (1975) düzəlmə səthlərinə aid edir və onların son pliosendə formalaşdığını qeyd edir.
Musiqi yükləmə
Musiqi yükləmə — internetə bağlı bir kompüterdən və ya bir veb saytdan bir istifadəçinin kompüterinə musiqi transferi. Bu anlayışa həm qanuni endirmələr, həm də təlifli məzmunun icazəsiz və ya ödəniş ödəmədən endirilməsi daxildir. Nielsen tərəfindən hazırlanan bir hesabata görə, 2012-ci ildə ABŞ-dakı musiqi satışının 55,9 %-i endirmələrdən meydana gəlməkdədir.