Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parsiyan
Parsiyan və ya Qavbəndi — İranın Hörmüzgan ostanının şəhərlərindən və Parsiyan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,549 nəfər və 2,377 ailədən ibarət idi.
Pirtikan
Aşağı Pirtikan
Aşağı Pirtikan
Aşağı Pirtikan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimalda, Mastara çayının yanında yerləşir. Kəndin digər adı Türk Pirtikarı (Pirtikan Türk) olmuşdur. Toponim qıpçaqların tikan etnonimi əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən söz kimi iştirak edir. Pir sözü isə dini məbəd mənasında işlənir. «Tikan tayfasının tikdiyi pirin yanındakı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.
Parsiyan şəhristanı
Parsiyan şəhristanı və Qavbəndi şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Parsiyan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37,369 nəfər və 7,972 ailədən ibarət idi.
Yuxarı Pirtikan
Yuxarı Pirtikan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən «yuxarı» sözü ilə «dini məbəd» mənasında işlənən pir sözünün qıpçaqların tikan etnoniminə yanaşması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkasar qoyulmuşdur.
Həsən Pirniya
Həsən Pirniya (fars. حسن پیرنیا‎ , D.1872 – Ö.08/11/1935) – İranın baş naziri, Müşirüddövlə, tarixçi, siyasətçi. == Həyatı == Həsən Pirniya 1872-ci ildə Nayində anadan olmuşdur. Rusiyada hüquq təhsili aldıqdan sonra İrana qayıdan Həsən Pirniya, 1902-ci ildə Rusiyada diplomat kimi fəaliyyət göstərməyə başladı. Daha sonra İranda müxtəlif yüksək vəzifələrdə çalışan Hasan Pirniya 4 dəfə İranın baş naziri təyin edilmişdir. == Əsərləri == Həsən Pirniya, İranın qədim tarixi, 3 ciliddə == Mənbə == Ghani, Cyrus, Iran and the Rise of Reza Shah: From Qajar Collapse to Pahlavi Power (I. B. Tauris: London, 2000). ISBN 1-86064-629-8 Jane Lewisohn, Flowers of Persian Song and Music: Davud Pirniā and the Genesis of the Golhā Programs, Journal of Persianate Studies, Vol. 1, No. 1, pp.
Pirican Cəbiyev
Pirican Ağahüseyn oğlu Cəbiyev (15 avqust 1928, Bakı – 17 mart 2000, Bakı) — Azərbaycanın ilk televiziya operatoru, əməkdar incəsənət xadimi (1991). == Ailəsi == Pirican Cəbiyev 1928-ci ildə Balaxanıda anadan olmuşdur. Babası Pirican Cəbiyev xırda neft sahibkarı, əmisi Həbib Cəbiyev xalq düşməni kimi repressiya qurbanları olmuşlar. Atası Ağahüseyn, qardaşı Həbib həbs edildikdən sonra uzun müddət evindən-eşiyindən didərgin düşmüş, gizli yaşamışdır. Qonşusu, o zaman Keşlə Rayon Milis Şöbəsinin rəisi Şirihüseyn Rəhimov Ağahüseynin həyat yoldaşı Mənsurə xanıma ərinin ehtiyatlı olmasını xəbərdarlıq etmişdi. Digər qonşusu isə Ağahüseynin evə gəldiyini görən kimi lazımi orqanlara məlumat verib, həbs olunmasına nail olmuşdu. 1947-ci ildə həbs edilən Ağahüseyn Cəbiyev uzaq Mordoviyaya sürgün edilmiş, orada vəfat etmişdir. Pirican Cəbiyevin Raya xanımla ailə həyatı qurmuşdur. Onun bir qız övladı- Nərgiz Cəbiyeva, üç qız nəvəsi- Fəridə , Nərminə, Təhminə Rzazadə vardır. == Fəaliyyəti == Kənd klubunda kinooperator işləyən Pirican Cəbiyev 1956-cı ildə Bakının Fioletov küçəsində yerləşən Respublika Radio Verilişləri Komitəsinə gəlir, orada xeyirxah insan, komitənin sədri mərhum Ənvər Əlibəyli ilə görüşür.
Ziriyan (Kəleybər)
Ziriyan (fars. زيريان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 179 nəfər yaşayır (35 ailə).
Daniel Bek-Pirumyan
Daniel Bek-Pirumyan (erm. Դանիել բեկ Փիրումյան) və ya Daniel Bek-Pirumov (rus. Даниел-бек Абисогомонович Пирумов) — Rusiya və Ermənistan hərbi komandiri. Birinci Dünya müharibəsi illərində Rusiya İmperator Ordusunda və Birinci Ermənistan Respublikasının ordusunda xidmət etmişdir. Sərdarabad döyüşündə erməni qüvvələrinin komandirlərindən biri olub. 1920-ci il Türkiyə–Ermənistan müharibəsi zamanı o, Qarsın uğursuz müdafiəsinə komandanlıq etmiş və əsir düşmüşdür. == İrsi == 2013-cü ildə Daniel-Bekin nəvəsi Yuri Pirumyan babasının həyatından bəhs edən "Daniel-Bek Pirumyanın həyatı" (rus. Жизнь Даниэл-бека Пирумяна) adlı kitab nəşr etdirmişdir. Pirumyan kitabı arxiv məlumatlarından istifadə edərək yazmış və qeyd edib ki, sonrakı tarixi nəşrlərdə bir-biri ilə ziddiyyət təşkil edən çoxlu faktlar var, onun kitabında isə sənədləşdirilmiş tarixi faktlar yerləşdirilmişdir.