Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pərizamanlı
Pərizamanlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Pərizamanlı kəndi Qoşabulaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Pərizamanlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Tovuz rayonunun Alakol kəndindən gəlmiş Pəri adlı qadın və onun əri Zaman saldığı üçün kənd onların adı ilə adlandırılmışdır. Kəndin adını pərizamanlı nəslinin adı ilə bağlayanlar da vardır. == Tarixi == Kəndin tarixi XIX əsrin əvvəllərindən başlayır. XX əsrin 70-ci illərində kənd Tovuz rayonunun inzibati ərazisindən ayrılaraq Gədəbəy rayonuna birləşdirilib. 2005-ci ildən bəri inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılıb. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. Yayda kənddə quraq keçən mülayim isti iqlim hakim olur. Orta temperatur yanvarda -2S-dən 10S-dək, iyulda isə 12S-dən 35S-dəkdir.