Pərizamanlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Pərizamanlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Pərizamanlı kəndi Qoşabulaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Pərizamanlı kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Pərizamanlı | |
---|---|
40°48′ şm. e. 45°47′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Tovuz rayonunun Alakol kəndindən gəlmiş Pəri adlı qadın və onun əri Zaman saldığı üçün kənd onların adı ilə adlandırılmışdır. Kəndin adını pərizamanlı nəslinin adı ilə bağlayanlar da vardır.[3]
Kəndin tarixi XIX əsrin əvvəllərindən başlayır. XX əsrin 70-ci illərində kənd Tovuz rayonunun inzibati ərazisindən ayrılaraq Gədəbəy rayonuna birləşdirilib. 2005-ci ildən bəri inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılıb.
Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir.
Yayda kənddə quraq keçən mülayim isti iqlim hakim olur. Orta temperatur yanvarda -2S-dən 10S-dək, iyulda isə 12S-dən 35S-dəkdir.
İllik yağıntı 600–900 mm-dir. Yağıntılar müxtəlifdir: yay-yaz aylarında yağış və dolu, qış aylarında isə qar yağır. İlk qar oktyabr-noyabr aylarında yağır, mart ayının sonlarında havalar mülayimləşir.
Kərəm bulağı bu kənddə yerləşir. El qəhrəmanı Qaçaq Kərəmin adıyla adlandırılıb. Söylənilənlərə görə, Qaçaq Kərəm bu bulağın başında Pərizamanlı camaatının dəfələrlə qonağı olub. Gözəl havası var.
Əhalisi azərbaycanlılardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 691 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
2018-ci ildə kəndə asfalt yol çəkilib.
Xocalı-Gədəbəy mədəniyyətinə aid edilir.
Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |