Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şadmehr
Şadmehr — İranın Rəzəvi Xorasan ostanının Məhvilat şəhristanının Şadmehr bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,369 nəfər və 848 ailədən ibarət idi.
Panzer IX/Panzer X
Panzerkampfwagen IX və Panzerkampfwagen X, Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Panzerkampfwagen Zirehli sinfində müasir tanklar hazırlamağı hədəfləyən lakin yalnız nəzəri olaraq qalan, bir layihədir. 1946-1947-ci illərdə istismara verilməsi planlaşdırılan texnikalar müharibəyə çatdırıla bilinmədi. Texnikalar yalnız proyekt kimi qalmışdır. İki layihə ilə də əlaqədar olan heç bir layihə tapılmamışdır. PzKpfw X Maus tankından daha geniş, lakin daha balaca idi. Tankın əsas silahı kimi 88mm-lik və ya 128 mm-lik top nəzərdə tutulmuşdur. Hər iki dizaynda da çox böyük dəyişikliklər həyata keçirilmişdir. Bu dəyişikliklər bu gün belə istifadə olunur.
Panzer I
Panzerkampfwagen (qısaldılmış: Pz. Kpfw. I) və ya Panzer I — 1930-cu illərdə alman yüngül tankı. == Tarixi == Birinci Dünya müharibəsi başa çatdıqdan sonra ilk alman seriyalı tankı olan Pz. Kpfw. I 1930–1934-cü illərdə Krupp və Daimler-Benz şirkətləri tərəfindən hazırlanmışdır. 1934-cü ildən 1937-ci ilədək ümumilikdə bu tip 1574 tank istehsal edilmişdir. 1930-cu illərin ikinci yarısında Pz. Kpfw. I yeni yaradılmış alman zirehli qüvvələrin əsasını təşkil etmiş və 1937-ci ilə qədər daha qabaqcıl tankların kütləvi istehsalı başlandıqda da bu rolda qalmışdır.
Panzer II
Panzerkampfwagen II (Zirehli döyüş tankı), alman istehsalı, II Dünya Müharibəsində istifadə olunan yüngül tank. 1934-cü ildə hazırlanmışdır. 1943-cü ilə qədər müxtəlif modifikasiyalarda istehsal edilmişdir. II Dünya Müharibəsinin əvvəllərində bu cür tanklar Vermaxt-ın tank donanmasının yüzdə 38-ni təşkil edirdi. == İnkişafı == 1934-cü ildə Panzer III və Panzer IV orta tanklarının dizaynında və istehsalında gecikmələr özünü göstərməyə başladı. Panzer I-nin zirehləri məğlub edəcək bir silahı yox idi və bu səbəbdən düşmən tanklarına qarşı uğur qazanma şansı yox idi. Dayanacaqlı bir tankın dizaynı Krupp, MAN, Henschel və Daimler-Benz-dən istənildi. Panzer II-də dizayn işləri 27 yanvar 1934-cü ildə başlad. İlk eksperimental model 1935-ci ilin fevralında hazır oldu. Son dizayn Panzer I-yə əsaslanırdı, lakin daha böyük və 20 mm-lik bir tank əleyhinə silahı quraşdıran bir qüllə ilə.
Panzer III
Panzerkampfwagen III, ümumiyyətlə Panzer III olaraq bilinir, 1930-cu illərdə Almaniya tərəfindən inkişaf etdirilən orta tank idi və II Dünya Müharibəsində geniş istifadə edilmişdir. Rəsmi Alman ordu təyinatı - Sd.Kfz141 idi. Digər zirehli döyüş maşınlarına qarşı döyüşmək, piyadalara dəstək və oxşar Panzer IV-lə yanaşı xidmət etmək üçün nəzərdə tutulmuşdu. Bununla birlikdə, Almanlar qorxunc T-34 ilə qarşılaşdıqları üçün daha güclü tank əleyhinə silahlara ehtiyac duyulurdu və Panzer IV daha böyük bir taret halqası ilə daha çox inkişaf potensialına sahib olduğundan, uzun lüləli 7,5 sm KwK 40 silahını quraşdırmaq üçün yenidən dizayn edilmişdi . Panzer III, 1942-ci ildən etibarən Panzer III-ün son versiyasında piyada dəstəyi üçün daha uyğun olan 7,5 sm KwK 37 L / 24'ü quraşdırdığından Panzer IV ilə təsirli bir şəkildə rol dəyişdirdi. Panzer III-in istehsalı 1943-cü ildə dayandırıldı. Buna baxmayaraq, Panzer III-ün bacarıqlı şassisi müharibənin sonuna qədər Sturmgeschütz III hücum silahı üçün gövdələr təmin etdi. == İnkişafı tarixi == === Arxa plan === Daimler-Benz, Krupp, MAN və Rheinmetall şirkətləri prototipləri istehsal etdilər. Bunların sınağı 1936 və 1937-ci illərdə baş verdi və nəticədə istehsal üçün Daimler-Benz dizaynı seçildi. Panzer III-in ilk modeli Ausführung A. (Ausf.
Panzer IV
Panzerkampfwagen IV, kimi tanınan tank,Nasist Almaniyası tərəfindən 1930-cu ilin sonlarında inkişaf etdirilməyə başlandı.İkinci dünya müharibəsində ən çox istifadə olunan tanklardan biridir. Əvvəllər Piyadaya dəstək məqsədi ilə istehsal olunan tank,Sonralar Panzer III tankının şərq cəbhəsində T-34 tanklarına qarşı heç bir şansı olmadığına görə Panzer IV tankına daha böyük toplar taxılaraq,Şərq cəbhəsində tanklara qarşı istifadə olundu.Amma bu müvəqqəti olduğundan Almanlar Panther tankını istehsal etməyə başladılar. == Dizayn == Panzer IV tankını 1936-cı ildə tanınmış alman general Heinz-Guderian dizayn etmişdir.Piyadalara dəstək məqsədi ilə dizayn olunan tank,Digər tanklara qarşı çox effektiv idi.1941-də qarşısına ilk dəfə çıxan T-34 tankına qarşı effektivliyi azaldı.MAN,Krupp və Rheinmetall-Borsig şirkətləri öz konstruksiyalarını iləri sürdü.Ancaq,istehsalın daha effektiv olması üçün Krupp dizaynı seçildi.Nəticədə,Krupp şirkətinə istehsal üçün tapşırıq verildi. == İstehsalı == Polşa işğalından əvvəl sadəcə 262 ədəd Panzer IV istehsal olunmuşdu.Sonralar Almanlar Avstriyada ki,Steyr-Daimler-Puch fabrikində tankı istehsal etməyə başladı.1941-ci ildə 462 tank Vermaxtın xidmətinə verildi.1942,1943,1944 illərində istehsal sayı yaxşı olsada,1945 tarixində Müttəfiklərin bombardımanı nəticəsində bu rəqəm 55 tanka düşdü. == Müharibədə Rolu == Müharibədə Vermaxtın 30 % müharibə gücünü təşkil edən tank,həmişə bütün müharibələrdə və planlarda istifadə olundu və bütün müharibə boyu istehsalı dayanmadı.Afrika cəbhəsində geniş istiadə olunan tanka xüsusi çöl kamuflyajı dizayn edildi.
Samirə Patzer İsmayılova
Samirə Patzer İsmayılova — Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin prezidenti, == Həyatı == Samirə Patzer-İsmailova 1963-cu il fevralın 26-da Bakı şəhərində dunyaya gəlib. O, 1970-ci ildə Bakı şəhərində Bulbul adına orta ixtisas musiqi məktəbinə qəbul olub Samirə Patzer-İsmailova 1981-ci ildə həmin məktəbi qızıl medalla bitirib. O, 1981-ci ildə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasına daxil olub, 1986-cı ildə isə konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. 1986-1990-cı illərdə Bakı Mədəniyyət Texnikumunda fortepiano ixtisası uzrə muəllim işləyib. 1989-1991-ci illərdə Samirə Patzer-İsmailova Muslum Maqomayev adına Azərbaycan Dovlət Filarmoniyasında musiqi redaktoru kimi calışıb, Azərbaycan Dovlət Televiziyasında klassik musiqi proqramlarının muəllifi və aparıcısı olub. O, 1990-1995-ci illərdə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasında muəllim vəzifəsində işləyib və mədəni- ictimai fəaliyyət gostərib. S.İsmailova 1995-ci ildə Almaniyanın Koln Universitetində musiqişunaslıq kursu keçib. 1998-2007-ci illərdə Koln şəhərində Koln Musiqi məktəbində fortepiano və musiqi uzrə muəllim işləyib və pedaqoji fəaliyyətindəki peşəkarlığa gorə Avropa Fortepiano Muəllimləri Cəmiyyətinin uzvu seçilib. 2008-ci ildən etibarən Samirə Patzer-İsmailova Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktorudur. O, 2009-cu ildə Avropa Azərbaycan Konqresinin vitse-prezidenti seçilib..2009- cu ildən bu gunə qədər isə Samirə Patzer-İsmailova “Xocalıya Ədalət” kampaniyasının Almaniya uzrə koordinatorudur.
Panzer VIII Maus
Panzerkampfwagen VIII "Maus" (Zirehli Döyüş Maşını VIII "Siçan") Porsche şirkəti tərəfindən istehsal olunan super ağır tankdır. Tankın istehsalına 1944-cü ildə başlanılmış və 141 ədəd istehsalı planlaşdırılırmışdır, lakin Kral Hərbi Hava Qüvvələrinin davamlı bombardmanı ilə bu plan yarımçıq qalmışdır. Nəticədə 8 ay ərzində Maus tankının istehsalı mümkün olmamışdır. Obyektlər bərpa edildikdən sonra isə sifarişlər də azaldılmış, 141 tank əvəzinə cəmi 2 tank və 1 qüllə istehsal edilmişdir. Kral Hərbi Hava Qüvvələri tərəfindən Alman hərbi obyektlərinin davamlı surətdə bombardmanı istehsalı dayanma səviyyəsində saxlamasaydı, çox sayda Maus tanklarının istehsalı və bu da öz növbəsində bu tankların İkinci Dünya Müharibəsində istifadə olunmasına yol aça bilərdi. Tankın hal-hazırda dünyada olan yeganə orijinal modeli Rusiyadakı Kubinka Tank Muzeyində sərgilənir. Tankın əsas silahı 12.8 sm-lik top olmuşdur. Maksimal sürəti isə 20 km/saat təşkil etmişdir.
Panzer VII Löwe
Panzerkampfwagen VII Löwe (Aslan) Bu tank, İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Krupp şirkəti tərəfindən hazırlanmış super ağır tank sinifli zirehli döyüş maşını idi. Bu layihə təkcə proyekt kimi qalmamışdır. 1942-ci ildə Panzer VIII Maus kimi istehsal edilmişdir. Löwe dizaynının iki modeli mövcud idi : Leichter Löwe — Onun 5 nəfərlik heyəti, 1000 at gücündə olan mühərriki və 76 ton çəkisi var idi. Ön tərəfdəki zirehinin qalınlığı 100 mm təşkil edib, arxaya quraşdırılmış olan qülləsinin üzərində isə, 105 mm-lik L/70 yüksək lülə sürətinə malik olan top və koaksial pulemyotla təchiz edilmişdir. Onun maksimal sürəti 27 km/s -dir. Schwerer Löwe – Onun 5 nəfərlik ekipajı, 1000 at gücündə olan mühərriki və 90 ton çəkisi var idi. Onun ön tərəfindəki zirehinin qalınlığı 120 mm təşkil edirdi. Onun qülləsi gövdəsinin mərkəzində yerləşirdi. Tank 105 mm-lik L/70 yüksək lülə sürətinə malik olan top və koaksial pulemyotla təchiz edilmişdir.
Panzer I Ausf. F
Panzerkampfwagen I Ausf. F, VK 18.01 kimi də tanınan, İkinci Dünya Müharibəsindən qalma Üçüncü Reyxin yüngül tankıdır. Panzer I yüngül tankının modifikasiyası kimi təyin edilməsinə baxmayaraq, VK.18.01 tamamilə yeni bir texnika idi və demək olar ki, onunla heç bir əlaqəsi yox idi. 1942-ci ildə Pz. Kpfw. I Ausf. F düşmənin möhkəmləndirilmiş müdafiə xətlərinə hücum etmək üçün nəzərdə tutulmuş yüngül tank kimi yaradılmışdır. Həmin ildə 30 ədəd istehsal edilmişdir (No 150301–150330). 1943-cü ildən Şərq Cəbhəsində və Yuqoslaviyada anti-partizan əməliyyatları üçün istifadə edilmişdir. 1942-ci ilin aprel və dekabr ayları arasında otuz Ausf F tankı istehsal edilmiş, onlardan səkkizi qiymətləndirilmək üçün Şərq Cəbhəsinə göndərilmişdir.Pz.