Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paleocoğrafiya
Paleocoğrafiya (rus. палеогеография, ing. palaeogeography) — Yer kürəsində geoloji keçmişdə mövcud olmuş fiziki-coğrafi şəraiti öyrənən elm. Paleocoğrafiya landşaftda əks olu­nan bütün fiziki-coğrafi prosesləri və hadisələri əhatə edir. Bunun üçün qədim relyef, iqlim, orqa­nizm­lər və orqanik maddələrin yayıl­ması bərpa olunur; paleo-tektonika və litoloji- fasial təhlili birləşdirən paleocoğrafi xəritələşdirmə tətbiq edilir. Paleocoğrafiya bir sıra xüsusi sahələri: paleogeomorfologiya, paleoiqlimşünaslıq, paleobiocoğ­rafiyanı və s. əhatə edir. Paleocoğrafiya müxtəlif kontekstlərə əsaslana elmi anlayışlar üçün vacib olan məlumat verir. Məsələn, çökmə süxurların paleocoğrafik təhlili neft və digər sərvətlərin sahəsində əsas rol oynayır, çünki stratiqrafik qeydlərdə Yer səthinin qədim geomorfoloji mühitləri daim qorunub saxlanılır. Paleocoğrafik dəlillər həmçinin kontinental hərəkət nəzəriyyəsinin inkişafına töhfə vermiş, Pangeya kimi superqitələrin və Pantalas kimi qədim okeanların şəkli və yerləşməsi haqqında məlumat verərək cari tektonik plitələr haqqında nəzəriyyələri məlumatlandırmaqda davam edir.
Paleocoğrafi xəritələr
Paleocoğrafi xəritələr- (rus. палеогеографические карты, ing. palaeogeographical maps) geoloji keçmişdə mövcud olmuş fiziki-coğrafi şə­raiti, o cümlədən qurunun və dəni­zin paylanmasını, materiklərin relye­finin xarakterini, təbii zonaların sərhədlərinin vəziyyətini və s. əks etdirən xəritələr. Müxtəlif miq­yasda və müəyyən geoloji zaman üçün tərtib edilir, məqsəd və vəzi­fəsindən asılı olaraq müxtəlif məz­munda olur.
Paleoqrafiya
Paleoqrafiya — qədim yazılı abidələrin müəllifinin müəyyən edilməsini, bu yazılı abidələrin yaranma tarixini və yerini, onun qrafik formalarının inkişaf qanunauyğunluqlarını öyrənən köməkçi tarixi-filoloji fənn. == Haqqında == Paleoqrafiya bir elm kimi XVII əsrdə Avropada sənədlərin həqiqiliyinin və ya saxtakarlığının təyin edilməsi zərurəti ilə bağlı meydana çıxmışdır. Paleoqrafiya yazılma tarixi məlum olan əlyazmaların kağızını, xəttini, hərflərinin növünü, ornamentini, cildini və s. cəhətlərini öyrənərək müqayisə yolu ilə tarixi məlum olmayan əlyazmalar haqqında müəyyən nəticəyə gəlir. Bütün bu tədqiqat prosesində tarix, dilçilik, ədəbiyyat tarixi, mətnşünaslıq və s. elmlərin köməyinə müraciət edilir. Paleoqrafiya (Yunanca palaiós παλαιός köhnə, grapheía γραφεία yazmaq) qədim yazı növlərini öyrənən elmdir. Tarix boyu istifadə edilmiş olan əlifbaları öyrənərək bu əlifbalar ilə yazılmış olan sənədlərin oxunmasını təmin edir və beləliklə tarixi hadisə və proseslərin öyrənilməsinə yardım edir. Misal olaraq, eramızdan əvvəl 1226-cı Qədim Misir dövləti ilə Qədim Het dövləti arasında baş vermiş müharibədən sonra bağlanmış olan Kadeş müqaviləsinin oxunmasını göstərmək olar. Bir millətin dilini bilmək, tarixi tədqiqatlar üçün kifayət deyildir.