Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paleogen
Paleogen və ya paleogen dövrü — kaynozoy erasının birinci geoloji dövrü; davamiyyəti 40-42 milyon il. Paleogen dövrü alp qırışıqlıq strukturlarının və müasir Pireney, Alp, Karpat, Krım, Qafqaz, Kopetdağ, Pamir, Atlas, habelə Himalay dağlarının mərkəzi hissələrinin geomorfoloji formalaşma döv­rüdür. Paleogen dövrü yerüstü onurğalı heyvanlardan məməlilər inkişaf etmişdir. Qədim yırtıcılar (kreodontlar) səciyyəvidir. Dövrün axırında xüsusiləşmiş cütdırnaqlılar və təkdırnaqlılar, xortumlular və primatlar meydana gəlmişdir. Cənub Amerikada kisəli, natamamdişli və ibtidai meymunların, Avstraliyada isə monotermlərin və kisəlilərin sərbəst inkişaf mərkəzləri yaranmışdır. Primitiv məməlilərin əksəriyyəti dövrün axırında məhvolmuşdur. Dəniz faunasında qarınayaqlı (qastropoda) və ikitayqabıqlı molluskalar inkişaf etmiş, braxiopodlar isə kəskin şəkildə azalmışdır. İri foraminiferlərin (nummulitlər, diskotsiklinlər və orbitoidlər) yeni qrupları xüsusilə geniş inkişaf tapmışdır. Kiçik plankton foraminiferlərin tərkibində əsaslı dəyişikliklər baş vermişdir: tipik qlobigerina və onlara yaxın olan cinslər (qloborotalilər, akarininalar və b.) daha da inkişaf etmişlər.
Paleogen dövrü

Paleosen
Paleosen ( q.yun. παλαιός - "qədim" + καινός - "yeni") - Paleogen dövrünün və bütün Kaynozoy dövrünün ilk epoxası. 66,0 milyon il əvvəldən 56,0 milyon il əvvələ qədər olan dövrü əhatə edir. Paleosendən sonra Eosen gəlir. Paleosen, dinozavrlar da daxil olmaqla, canlı orqanizmlərin 75% -ni məhv edən Təbaşir-Paleogen yox olma dövrü ilə başladı. Dövrün sonu Paleosen-Eosen termal maksimumu ilə üst-üstə düşür, böyük iqlim hadisəsi zamanı təxminən 2,5-4,5 trilyon ton karbon atmosferə və okeana daxil olur və bu, temperaturun qlobal artmasına və okeanların turşulaşmasına səbəb olur. Paleosendə şimal yarımkürəsinin qitələri bir neçə quru körpü ilə birləşirdi. Eləcə də Cənubi Amerika, Antarktida və Avstraliya hələ tam ayrılmamışdı. Qayalı dağlar yüksəlməyə davam edirdi. Hindistan plitəsi Asiya ilə toqquşmağa başladı.
Paleosen dövrü

Paleogeya
Paleogeya (q.yun. παλαιóς — qədim, q.yun. γῆ — Yer üzü) — qurunun ən böyük zoocoğrafi bölgüsündən biri olub, Efiopiya və Hind-Malayya sahələrini tutur. Bəzi alimlər bu bölgünü qəbul etmir, Efiopiya və Hind-Malayya sahələrini Palearktika və Nearktika sahələri ilə birlikdə Arktogeyaya aid edirlər.
Halogen
Halogenlər (yun. ἁλός — duz və γένος — mənşə) — VII qrup elementləri (energetik səviyyələrini doldurmaq üçün 1 elektronları çatmayanlar). Halogenlər reaksiya zamanı daha çox elektron alırlar. Bu xassə daha çox flüora aiddir. Halogenlər təbiətdə sərbəst şəkildə tapılmır,yalnız birləşmə şəklində tapılırlar. Xlor ilk dəfə 1774-cü ildə xlorid turşusunun manqan oksidi ilə oksidləşməsindən alınmışdır. Flüor yalnız oksidləşdiricidir, onu duz məhlullarının elektrolizi yolu ilə almaq olar. Flüor yalnız −1 və 0 oksidləşmə dərəcəsi göstərir.Yerdə qalan elementlər isə- xlor, brom, yod −1 — +7 aralağında oksidləşmə dərəcəsi göstərir. Qrup üzrə yuxarıdan aşağı getdikcə (F->Cl->Br->J sırası boyunca); elektromənfilik, oksidləşdiricilik, qeyri-metallıq xassəsi, aktivlik azalır. atom radiusu, reduksiyaedicilik isə artır.
Paleotsen dövrü