Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cennifer Parilla
Cennifer Parilla (d. 9 yanvar 1981; Nyuport-Biç, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən batut gimnastı. Cennifer Parilla, 2000 və 2004-cü illərdə Birləşmiş Ştatları Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Cennifer Parilla, 2000-ci ildə Birləşmiş Ştatların bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Parilla, 60.70 xal topladı və 12 idmançı sırasında 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Cennifer Parilla növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Parilla, 52.70 xal topladı və 16 idmançı sırasında 14-cü yeri tutaraq mübarizəni dayandırdı.