Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaraqsız nemertinlər
Yarpaqsız akasiya
Yarpaqsız akasiya (lat. Acacia aphylla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür.
Yarpaqsız cuzqun
Yarpaqsız cuzqun (lat. Calligonum aphyllum) — qırxbuğumkimilər fəsiləsinin cuzqun cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Türküstan, Şərqi Çin və Aşağı Volqa sahillərindən təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə qədər olan koldur. Yaşıl budaqlarının qabığı qırmızımtıl və ya alabəzək-qonur, mərciməkli, otvarı budaqları en kəsikdə dairəvi, nazik, yaşıl və ya açıq yaşıl, hamar, 2-6-ya qədər topa halında budaqların buğumlarından çıxır. Buğumarası hissələrin üst tərəfi ağ, pərdəvari, kənarlı, kütuclu, sonralar isə iki dilimə bölünən, qınvarı yarpaqaltlığı borusu ilə nəhayətlənir. Yarpaqları xırda, 2–3 mm uzunluqda, asan tökülən, yarımdairəvi, uc hissədən azca genişlənmişdir. Zoğları otvari, düz buğumlu, yarpaqsızdır. Çiçəklərin 2-si (1-3) birlikdə yarpaq qoltuğundan çıxaraq, uzunluğu 4–5 mm olan, çılpaq və aşağı yarısı buğumlu olan çiçək saplaqlarında yerləşir. Çiçək yanlığının hissələri qeyri-bərabər, xaricdəkilər enli-yumurtavari, uzunluğu 3 mm, arxa tərəfdən yaşıl, kənarlardan geniş, ağ bürüncəkli, daxildəkilər nisbətən ensiz, qısa və ağ, arxa tərəfdən çəhrayıdır.
Yarpaqsız öldürgən
Yarpaqsız öldürgən (lat. Anabasis aphylla) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Orta Asiya və İranda yayılmışdır. Xəzər dənizi sahillərində təsvir edilmişdir. == Botaniki xarakteristikası == Hündürlüyü 30-80 sm olan kolcuqdur. Oducaqlaşmış gövdələri və budaqları bozumtul qabıqla örtülüdür. Cavan zoğları şaxələnmiş, buğumlu, şirəli, çılpaq, yaşıl və ya göyümsov-yaşıldır. Yarpaqları pulcuqşəkilli, az gözə çarpandır. Çiçəkləri sümbülvari çiçək qrupunda tək-tək yerləşir. Çiçəkyanlığının uc yarpaqları meyvəvermə zamanı inkişaf edərək, sarımtıl və ya qırmızımtıl rəngli böyrəkvari qanadlara çevrilir, iki yarpaqcığı qanadsızdır.
Ayaqsız kərtənkələ
Ayaqsız kərtənkələ (lat. Anniella) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin ayaqsız kərtənkələlər fəsiləsinə aid heyvan cinsi.
Ayaqsız kərtənkələlər
Ayaqsız kərtənkələlər (lat. Anniellidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Papaqçı (personaj)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Roma Papası
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. == Tarix == Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Ceronim ayaqsız kərtənkələsi
Anniella geronimensis (lat. Anniella geronimensis) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Kaliforniya ayaqsız kərtənkələsi
Anniella pulchra (lat. Anniella pulchra) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Elevferi (Roma papası)
Elevferi (q.yun. Ἐλευθέριος; bilinmir – 189 və ya 185) — 22 may 174-cü ildən 26 iyul 189-cu ilə qədər Roma yepiskopu. == Həyatı == "Pontifiklər kitabı"na görə, Elevferi Epir regionunda yerləşən Nikopol şəhərində, bir yunan ailəsində anadan olmuşdur. Onun müasiri olmuş Habundi bildirmişdir ki, o, Romada Papa Aniketin rəhbərliyi altında diakon təyin edilmişdi və Soterin dövründə də bu vəzifəni daşımışdır. Elevferi 174-cü ildə Roma yepiskopu olmuşdur.Elevferi pontifikatlığı dövründə kilsədə montanizm ilə bağlı mübahisə yaranmışdır. Bu hərəkat Kiçik Asiyada yaranmışdı və ardıcılları peyğəmbərlərinin vəcdli transları vasitəsilə yeni ruhani vəhylərin əldə oluna biləcəyinə inanırdılar.
Lin (Roma papası)
Lin (10, Toskana – 79, Roma) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papasıdır. 67–76-cı illərdə papalıq etmişdir. == Həyatı == Papa olmamışdan öncəki həyatına dair tam olaraq dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə; Volterra, Toskanada İtalyan bir ailənin uşağı olaraq dünyaya gəlmişdir. Atasının adı: Herkulanus, anasının adı isə: Klodiya idi. İsa və 12 həvarilərinin qrupuna daxil olmuşdur. İsadan sonra Pyotrunda çarmıxa çəkilməsi ilə Linusun papa olmasına qərar verilmişdir. == Papalıq dövrü == Müqəddəs həvarilərin qurduğu "Roma Kilsəsi", Müqəddəs Linusu seçməyə qərarlı idi. Xüsusilə Papa Pyotr, şəhid olmasından əvvəl Müqəddəs Linusu özündən sonra papa olmasından yanaydı. Müqəddəs Papa Pyotr şəhid olduqdan sonra digər həvarilərin də dəstəyi "Papa" seçilmişdi.
Miltiad (Roma papası)
Miltiad (Melxiad) (lat. Miltiades; bilinmir, Roma – 11 yanvar 314, Roma, Roma imperiyası) — 2 iyul 311-ci ildən 11 yanvar 314-cü ilədək Roma yepiskopu. == Mənşəyi == Liber Pontificalis-ə görə, Miltiad afrikalı idi, Şimali Afrika mühaciri hesab olunur, daha dəqiq Berbera mənşəli ola bilərdi, baxmayaraq ki alim Riçard P. MakBrayn onun Romalı olduğunu iddia edir. == Pontifikat == Onun seçilməsi Sede Vacante dövrünün sona çatması ilə qeyd olunur; dövr İmperator Maksentsinin papa Yevsevini Siciliyaya sürgün etməsindən az bir müddətdən sonra, 17 avqust 310-cu il (bəzi mənbələrə görə 309) tarixində Yevsevinin vəfatı ilə başladı Miltiadın pontifikasiyası zamanı, 312-ci il oktyabr ayında I Konstantin Maksentsi məğlub edərək Romaya nəzarəti ələ keçirdi. Konstantin Lateran sarayını papaya təqdim etdi və bura papanın iqamətgahı və kilsənin hökumət mərkəzi oldu. 313-cü ilin əvvəlində Konstantin və onun hakimiyyət şəriki Lisini Milanda razılaşma əldə edərək, xristianlar və digər dinlərin nümayəndələri üçün din azadlığı və kilsə əmlakının bərpasını elan edən Milan ediktini (fərman) hazırladılar. == Vəfatı == Daha sonra, 313-cü ildə Miltiad Karfagenli Setsiliana bəraət verən və donatistləri qınayan Romada Lateran yığıncağına sədrlik etdi. O, Arelat yığıncağına dəvət olunsa da, keçirilməzdən əvvəl öldü. == İrsi == 5-ci əsrdən bəri hazırlanan Liber Pontificalis əsərində Miltiadın bir neçə yeni qanun tətbiq etdiyi yazılıb, o cümlədən cümə axşamı və bazar günlərində oruc tutmamaq adəti. 13-cü əsrdə müqəddəs Melxiad bayramı yanlış "məzlum" xülasəsi ilə "Baş Roma təqvimi"nə" əlavə olunmuşdur, qeyd olunduğu gün 10 dekabr oldu.
Dəlisov Papaqçı (Kerrolun personajı)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
III Aleksandr (Roma papası)
III Aleksandr (lat. Alexander III), dünyəvi adı Rolando Bandinelli (təq. 1100, Siena, Toskana – 30 avqust 1181, Çivita-Kastellana[d], Latsio) — 1159–1181-ci illərdə Roma papası. Papa teokratiyasını möhkəmləndirməyə calışmışdır. İmperator I Fridrix Barbarossa ona qarşı bir necə antipapa qoyduğuna görə, III Aleksandr I Fridrixə qarpı mübarizə aparmışdır. İngiltərə kralı II Henri ilə münaqişədə onu papaların hakimiyyət üstünlüyünü tanımağa vadar etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Myriam Soria Audebert, "Pontifical Propaganda during the Schisms: Alexander III to the reconquest of Church Unity," in Convaincre et persuader: Communication et propagande aux XII et XIIIe siècles. Ed. par Martin Aurell. Poitiers: Université de Poitiers-centre d'études supérieures de civilisation médiévale, 2007, == Xarici keçidlər == Vikianbarda III Aleksandr (Roma papası) ilə əlaqəli mediafayllar var.
I Gelasi (Roma papası)
I Gelasi (Gelasius; təq. 410, Afrika[d], Roma imperiyası – 21 noyabr 496 və ya 22 noyabr 496, Roma) — 492–496-cı illər pontifikatı, Roma papası. == Həyatı == I Gelasi Romanın 49-cu yepiskopu və ona bir müqəddəs kimi hörmət edən Katolik Kilsəsinin Papası idi. Onun papalığı 492-ci il martın 1-dən ölümünə qədər davam etdi. O, Afrika əsilli sonuncu papa idi.
XI Lev (Roma papası)
XI Lev (Leo PP. XI; dünyəvi adı Alessandro Ottaviano Mediçi, italyan dilində Alessandro Ottaviano de' Medici; 2 iyun 1535, Florensiya – 27 aprel 1605[…], Roma) — 1-27 aprel 1605-ci il tarixlərdə Roma papası. == Həyatı == Mediçilər soyadını daşıyan dördüncü papa. Alessandro 02 iyun 1535-ci ildə Florensiyada anadan olmuşdur. O, Ottaviano Mediçinin və Françeski Salviatinin oğlu, Roma papası X Levin qohumu idi. Onun atası Alessandro 1569-1584-cü ildə papa V Piyin sarayında Florensiyanın səfiri kimi xidmət etmişdir. O, papa XIII Qriqori tərəfindən 1573-cü ildə Pistoyidə yepiskop, sonralar isə Florensiyada arxiyepiskop titullarını almışdır. O, 1583-cü ildə papadan kardinal papağını almışdır. == Mənbə == Richard P. McBrien, Lives of the Popes, (HarperCollins, 2000). Sally J. Cornelison, Art and the Relic Cult of St. Antoninus in Renaissance Florence, (Ashgate Publishing, 2012).
Frigiya papağı
Frigiya papağı və ya azadlıq papağı — Şərqi Avropa, Kiçik Asiya, o cümlədən, Frigiya, Dakiya və Balkanlarda yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaq. Müasir Avropada o, azadlıq və müstəqilliyə işarədir və tez-tez qədim Romada qulların sərbəst buraxılamasının rəmzi olan papaq-pilosla qarışıq salınır. Qədim dövrdə monarxiya rejimlərində tac hakimiyyətdə olan sülaləni təmsil edirdisə, respublika qurulmuş dövlətlərdə gerb Frigiya papağı ilə təsvir olunurdu. Müxtəlif dövlətlərin milli simvollarında, o cümlədən də Fransanın Mariannasında bu papağı görmək olar. == Qədim dövrlərdə == === İlkin ellin dövlətlərində === Frigiya papağı e.ə. 4-cü əsrə qədər frigiyalıların ana ilahəsi Kibelanın əri Attislə simvolizə olunub. Sonralar qədim yunan vazalarında və memarlıq abidələrində əfsanəvi hökmdar Midas və başqa frigiyalılar bu papaqla təsir olunmağa başladılar. Rəvayət görə Midas bu papaqdan Apollonun lənətinə görə ona verilən uzun qulaqlarını gizlətmək üçün istifadə edirdi. Tezliklə Frigiya papağına qeyri-yunan xalqlarının mədəniyyətlərində də rast gəlinir. Troyalılar və Kiçik Asiyanın qərbində yaşayan digər xalqlar, həmçinin onların qəhrəmanları - Paris, Eney, Hanimed bu papaqla təsvir olunurlar.
Panama papağı
Panama papağı (isp. sombrero panamá) — Ekvador mənşəli ənənəvi kənarlı saman papaq.
Sind papağı
Sind topisi -— Sind milli baş geyimi. == Haqqında == Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.