Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pastorius əməliyyatı
Pastorius əməliyyatı — ABŞ-nın daxilindəki bəzi hədəflərin təxribatlar yolu ilə məhv etməyi özündə hədəf qoyan Nasist Almaniyasının planıdır. Əməliyyat 1942-ci ilin iyununda qüvvəyə minmiş və ABŞ-dəki strateji iqtisadi istiqamətlərə yönləndirilmişdir. Əməliyyatın adı Alman Kəşfiyyat və Əks-kəşfiyyat idarəsinin (Abver) rəhbəri Admiral Vilhelm Kanaris tərəfindən Amerika qitəsinə ilk yerləşən almanlardan olan Frensis Daniyel Pastoriusun şərəfinə qoyulmuşdur. == Agentlər == Əməliyyat üçün seçilən almanlar əvvəllər ABŞ-də yaşamış olan səkkiz nəfər idi. Onlardan ikisi Ernest Burger və Herbert Hans Haupt ABŞ vətəndaşları idilər. Digərləri Corc Con Dasç, Edvard Con Kerling, Riçard Kurin, Henri Harm Henk, Herman Otto Nebauer və Verner Siel ABŞ-də müxtəlif işlərdə fəaliyyət göstərmişdilər. == Tapşırıq == Tapşırıqları ABŞ-dəki iqtisadi hədəflərə təxribatlar həyata keçirmək idi. Hədəfləri arasında Niaqara Şəlalələrindəki hidroelektrik stansiyaları, İllionis, Tenessi və Nyu Yorkdakı Aliminium Şirkətləri, Ohayo Çayı qarşısındakı bənd qapaqları, Pensilvaniyadakı dəmiryolları təmir əyalətləri, Filadelfiyafakı fabrikalar, Nyu Yorkdakı Hel Geyt Körpüsü, Nevarkdakı Pensilvaniya qatar stansiyası var idi. Qrupa təxribatçılıq mövzusunda təcili olaraq təlim keçirilmiş və 175.000 dollar verilərək iki ədəd sualtı yolu ilə ABŞ-in şərq sahillərinə doğru yola çıxılçışdır. == Quruya çıxış == 1942-ci il 13 iyulda ilk sualtı olan U-202, Amanganset Nyu York sahillərinə gəldi.