Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Perimetr
Perimetr (yun. περίμετρον — çevrə, yaxud yun. περιμετρέο — ətrafı ölçürəm) — fiqurun sərhəddinin ümumi uzunluğu (əsasən müstəvi üzərində). Uzunluq kəmiyyətləri ilə ölçülür. Bəzən həndəsi fiqurun sərhədini də perimetr adlandırırlar. == Həndəsi fiqurların perimetr düsturları == Müxtəliftərəfli üçbucaq: a+b+c; Bərabəryanlı üçbucaq: 2a+b; Bərəbərtərəfli (düzgün) üçbucaq: 3a; Düzbucaqlı və paraleloqram: 2(a+b); Kvadrat və romb: 4a; Müxtəliftərəfli trapesiya: a+b+c+d; Bərabəryanlı trapesiya: 2a+b+c. == Nümunə == Çoxbucaqlının perimetri onun tərəfləri cəminə bərabərdir. dairənin perimetri (onun çevrəsinin uzunluğu) ;;; P = 2 π r = π d , {\displaystyle P=2\pi r=\pi d,} -yə bərabərdir, burada π {\displaystyle \pi } =3.14159… -sabit, r {\displaystyle r} — dairənin radiusu; d {\displaystyle d} — dairənin diametridir. Üçbucaqla əlaqəli düsturlarda (məsələn üçbucağın sahəsinin Heron düsturu ilə hesablanması zamanı) yarımperimetr anlayışından da istifadə edirlər.
Spidometr
Spidometr (ing. speed — sürət+yun. μέτρον — ölçü) — nəqliyyat vasitəsinin hərəkətinin ani sürətini təyin edən ölçü cihazı. == Tarix == Sürətölçən 1888-ci ildən əvvəl Josip Belušić tərəfindən icad edilmişdir. 1888-ci ildə Vyanada ixtirasını patentləşdirmiş və 1889-cu ildə Parisdəki Exposition Universelle-də təqdim etmişdir. İlk dəfə cihaz 1923-cü ildə "Oldsmobile" avtomobillərinə əlavə olundu. Bu günə qədər spidometrlər əhəmiyyətli dəyişikliklərə məruz qalmamışdır. == Təsnifat == Xronometrik — odometr və saat mexanizminin kombinasiyasıdır. Mərkəzəqaçma qüvvəsi ilə işləyən — yayla saxlanan tənzimçi şpindellə birlikdə fırlanır və tərəflərə mərkəzə qaçma qüvvəsi təsir göstərir, yerdəyişmə məsafəsi sürət ilə mütənasibdir. Vibrasiyalı — sürətli dönmə qabiliyyəti olan maşınlarda istifadə olunur.
Odometr
Odometr (yun. ὁδός — yol + μέτρον — ölçü) — velosiped, motosikl və s. təkərlərinin fırlanması vasitəsilə gedilən yolun uzunluğunu ölçən cihazdır.