Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pedosfer
Pedosfer (yun. πέδον "torpaq" + σφαίρα "kürə") — Yer kürəsinin torpaq örtüyü, torpaq, onun altında yerləşən torpaqəmələgətirən süxur və aşınma (canlı orqanizmlərin yaşayış mühiti hesab olunan), yerin torpaqəmələgəlmə prosesi gedən qatı, digər qatlara — geosferlərə (litosfer, hidrosfer, atmosfer) bənzər qat, litosfer, hidrosfer və yerin canlı qabığının birbirilə əlaqəli olan zonası.
Mezosfer
Mezosfer (yun. μεσο — "orta" və σφαῖρα — "sfera") — atmosferin stratosfer ilə ionosfer arasındakı təbəqəsi. Təqribən 50 km-dən 80–85 km-dək yüksəklikdə yerləşir.
Geosfer
Geosfer (yun. γῆ — "Yer" və σφαῖρα — "kürə") — Yer kürəsini əmələ gətirən sferik qatların (bütöv və ya fasiləli) ümumi adı. Geosfer qatları bir-birindən kimyəvi tərkibinə, aqreqat vəziyyətinə və fiziki xüsusiyyətinə görə fərqlənir. Kənardan Yerin mərkəzinə doğru maqnitosfer, atmosfer, hidrosfer, litosfer (yer qabığı və substrat), mantiya və Yerin ayrılır. Həmçinin xüsusi təbəqələr — biosfer və coğrafi təbəqə ayrılır.