Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aeroterapiya
Aeroterapiya (q.yun. ἀέριος – «hava» + θεραπεία – «müalicə») və ya hava müalicəsi — açıq havada müalicə. Aeroterapiya orqanizmi oksigenlə təmin edir və xarici mühit temperaturunun təsirinə müqavimətini artırır. Aeroterapiya günəş şüaları ilə müalicə və talassoterapiya (dənizdə çimməklə müalicə) ilə birlikdə iqlim müalicəsinin bir hissəsidir. Təbii şəraitdə oksigenlə zənginləşmiş, tərkibində dəniz suyu elementlərinin faydalı ion qarışığı, yaxud bitkilərin həyat fəaliyyəti məhsulları olan havada aeroterapiya xüsusilə faydalıdır. Havada olma müddəti hava şəraitinə, sağlamlıq vəziyyətinə görə müəyyən edilir və gün ərzində 1–2 saatdan, tədricən, 12–24 saata qədər uzadılır. Aeroterapiya su proseduraları ilə birlikdə yaxşı nəticə verir. Aeroterapiya istilik mübadiləsini və termotənzimləməni qaydaya salır, qanın oksigenlə təchizini yaxşılaşdırır, iş qabiliyyətini yüksəldir, orqanizmi möhkəmlədir. Kəskin iltihab və ya temperaturla keçən xəstəliklərdə aeroterapiya zərərdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Griffin, W. A. The Open-Air Treatment of Tuberculosis : [англ.] // Boston Medical and Surgical Journal.
Ampeloterapiya
Ampeloterapiya (ing. Grape therapy) — Xroniki xəstəliklərin müalicəsində üzüm və onun təzə sıxılmış şirəsindən istifadə ampelotepiya adlanır. Ampeloterapiya dietoterapiyanın bir hissəsi olub, həkimin təyinatı əsasında medikamentoz müalicə, dietoterapiya və ya klimatoterapiya ilə birgə tətbiq edilir.Ampeloterapiya zamanı qidada müəyyən məhdudiyyətlərə yol vermək lazımdır. Daha yaxşı olar ki, müalicə müddətində kvas, şirin qazlı içkilər, hisə verilmiş, turşuya, duza qoyulmuş, çox yağlı məhsullar, çiy kələm, çuğundur və turp yeyilməsin. Həmçinin digər giləmeyvə, meyvə və göyərtilərin qəbulu dayandırılmalıdır. Ampeloterapiya prosedurlarına başlamazdan əvvəl xəstə dişlərin müalicə edilməsi məsləhətdir. Üzüm şirəsi içiləndən sonra ağız boşluğu su ilə yaxalanmalıdır.Ampeloterapiya şəkərli diabet, mədənin xora xəstəliyi, xroniki vərəmin kəskinləşmə mərhələsi, piylənmə, hipertoniya və xroniki ishal zamanı aparılmır. Prosedur zamanı əsasən üzümün şasla, rislinq, semilyon, qaus, tağüzüm, ağ kişmiş və çeleki sortlarından istifadə edilir.
Mezoterapiya
Mezoterapiya (yun. μέσος – orta və yun. θεραπεία – müalicə sözlərindən) — mikro iynələr vasitəsilə dərinin daxilinə və alt təbəqələrinə vitamin, mineral, ferment və digər lazımi maddələrin yerləşdirilməsi prosesi. Mütəxəssislərin fikirlərinə əsasən, krem və ya digər qidalandırıcı maskalardan fərqli olaraq, mezoterapiyanın tətbiqi zamanı qidalandırıcı maddələr dərinin alt qatlarına yeridilir və buna görə də daha effektiv təsir alaraq arzu olunan nəticələri daha tez bir zamanda əldə etmək mümkün olur. Mezoterapiyanın tətbiqi insan dərisini lazımi təbii maddələrlə təmin edərək cavanlaşmasına və öz təbii estetikliyini qorumasına gətirib çıxarır.Mezoterapiyadan istifadə tam təhlükəsizdir və həkim məsləhətilə, cinsindən aslı olmayaraq, hər kəs istənilən yaşda bu təbii metoddan yararlana bilər. Ancaq burada bəzi istisnalar da vardır: belə ki, hamilə qadınlar, şəkərli diabet xəstələri, iflic keçirmiş insanlar, qanın laxtalanması problemindən əziyyət çəkənlər, ürək xəstəliyi olanlar və xərçəng xəstələri mezoterapiyadan istifadə edə bilməzlər. Qeyd edilmiş istisnalar xaric, həkimlər mezoterapiyanı dəri problemlərindən əziyyət çəkən hər bir insan üçün əvəz olunmaz müalicə vasitəsi hesab edir. == Faydaları == Nəzərə alsaq ki, bu proses dərinin ancaq bəzi arzu olunan yerlərinə tətbiq olunur, bu səbəbdən də vitamin və təbii maddələrin lazım olduğundan daha artıq istifadəsinin qarşısı alınır. Bu müalicəvi proses bədənin ancaq bəzi hissələrinə tətbiq olunduğundan, vitamin və dərmanların bədənin müalicəyə ehtiyacı olmayan digər hissələrinə lazımsız təsirinin qarşısı alınmış olunur. Həmçinin, qan dövranının sürətləndirilməsi və dəri hüceyrələrinin fəaliyyətinin asanlaşdırılması da mezoterapiyanın əsas faydalarındandır.
Paleoterapiya
Palçıq müalicəsi, Paleoterapiya – Müxtəlif mənşəli palçıqların və palçığabənzər maddələrin müalicə məqsədi ilə işlədilməsi. Palçıq müalicəsi əsasən, hərəkət-dayaq sistemi orqanlarının xroniki iltihablarında, periferik və mərkəzi sinir sisteminin müxtəlif xəstəliklərində tətbiq olunur. Kəskin iltihab proseslərdə: vərəmdə, ürək çatışmazlığında, hipertoniya və aterosklerozun ağır formalarında, qan, habelə böyrəklərin iltihabi xəstəliklərində Palçıq müalicəsindən istifadə etmək olmaz. == Palçıq vulkanı == Vulkan palçığı materiallarından əmələ gəlmiş, zirvəsində krateri olan yastı konus formalı təpə. Fasiləsiz və yaxud vaxtaşırı vulkan palçığı, qaz, süxur qırıntıları, su (bəzən neftli) püskürür. Abşeronda Lökbatan Palçıq vulkanı ətrafdakı sahələrdən 300 m yüksələn konus əmələ gətirmişdir, konusun zirvəsindəki kraterin diametri isə 400 m-ə çatır. Azərbaycan Respublikasında 220-dən artıq P.v. (dünyada ən çox) var. Bakı arxipelaqında 8 ada (Qarasu, Gil, Zənbil, Sənki-Muğan və s.) Palçıq vulkanın fəaliyyəti nəticəsində əmələ gəlmişdir. Ümumiyyətlə Xəzər dənizində 140-dan çox sualtı Palçıq vulkanı məlumdur.
Proloterapiya
Proloterapiya və ya Qeyri-cərrahi müalicə metodu və ya proliferativ müalicə — həmçinin qeyri-cərrahi liqament və vətər rekonstruksiya və regenerativ oynaq inyeksiyası kimi də tanınır, orqanizmin sağalma prosesini stimulyasiya edərək zədələnmiş və ağrılı oynaqları və birləşdirici toxumanı gücləndirir və bərpa edir. == Haqqında == Bu ona əsaslanır ki bağlar və vətərlər gərilir və ya cırılır, bu zaman onlar oynağın qeyri-stabil olmasına və ağrılı olmasına səbəb olur. Proloterapiyanın nadir bacarığı onun birbaşa qeyri-stabilliyin səbəbinə təsir etməsi, zəifləmiş nahiyəni bərpa edir və yeni kollagen toxuma hazırlayaraq oynağın davamlı olaraq stabilizasiyası ilə nəticələnir. Oynaq stabilləşdikdə ağrı itir. Ənənəvi cərrahi yanaşmaların daha çox riskləri vardır və oynaq stabilizasiyasını poza bilirlər. İltihab əleyhinə və ya ağrıkəsici dərman müvəqqəti ağrını kəsir. === Təsir mexanizmi === Proloterapiya orqanizmin təbii sağaldıcı mexanizmlərini stimulyasiya edərək zəifləmiş nahiyyədə toxumanı yeniləyir. Bu birbaşa zədə nahiyyəsinə inyeksiya edilməsi ilə aparılır. Yeridilən iynə vasitəsi ilə yaradılan zəif mikrobsuz iltihab yeni və sağlam bağ və ya vətər liflərinin yaranması nəticəsində zəifləmiş strukturlar möhkəmlənir. Bir neçə dəfə bu prosesin təkrar edilməsi həmin nahiyədə toxumanın təbii möhkəmliyini bərpa etməsinə səbəb olur.