Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
British Petroleum
BP — Böyük Britaniyanın enerji şirkəti. Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir. 1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq ($10 milyard) gəlir gətirir. BP şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBS jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub. 50-ci illərdə İranda baş verən siyasi böhran nəticəsində, Şımal dənizində neft yataqlarının kəşfinə, sonralar isə istismarına başlayıb. 80-ci illərin əvvələrindən, BP Şimal dənizində geniş həcmli neft hasilatına başlayıb.
Britiş Petroleum

Qatar Petroleum
"Qatar Petroleum" — Qətər Əmirliyinin neft şirkəti.
Petrobium
Petrobium (lat. Petrobium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Petrobium arboreum (J.R.Forst. & G.Forst.) R.Br. ex Spreng. == Sinonimləri == Drimyphyllum helenianum Burch.
Petrolatum
Petrolatum (petroleum , lat.-“neft”) – neft yağlarının deparafinləşməsi nəticəsində alınan karbohidrogenlərin qarışığından ibarət olan mürəkkəb kombinasiyadır. == Petrolatumun tərkibi == Petrolatumun tərkibi -əsasən doymuş kristallik və maye halda olan, və tərkibində karbonun miqdarı C25-dən çox olan karbohidrogenlərdən ibarətdir. Xarici görünüşü – qatı, açıq-qəhvəyi rəngdə, damcı düşmə temperaturu 55-650C, qaynama temperaturu 230-2550C-yə malik məhsuldur. == Tətbiqi == Petrolatum kosmetik vasitələrdə və şəxsi gigiyena vasitələrində geniş istifadə olunur, dünyanın bu sahədə olan aparıcı istehsalçılar tərəfindən zərərsiz maddə kimi qəbul edilib. Azərbaycanın unikal neft yataqlarından alınan və naften karbohidrogenlərin əsasında istehsal olunan Ağ petrolatum (ing. White Petrolatum) olduqca effektiv tibbi və kosmetik vasitə sayılır. Ağ petrolatum – tam təmizlənmiş, rafinə edilmiş, iysiz və rəngsiz, böyük istifadə müddəti olan petrolatumdur. Eyni zamanda ağ petrolatum müvəqqəti ağrı ilə müşahidə olunan müəyyən dəri xəstəliklərində ağrıkəsici vasitə kimi də istifadə olunur. Naftalan nefti iltihab proseslərinin qarşısını alır, qan dövranını yaxşılaşdırır, ağrıların azalmasına təsir göstərir. Ənənəvi neftdən alınan petrolatum texnikada və sənayedə serezin üçün xammal kimi istifadə edilir; sürtkülərin, elektrik izolyasiya tərkiblərin komponentlərindən birisi kimi istifadə olunur.
Petrobium arboreum
Petrobium (lat. Petrobium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Petrobium arboreum (J.R.Forst. & G.Forst.) R.Br. ex Spreng. == Sinonimləri == Drimyphyllum helenianum Burch.
Ribes petraeum
Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir.
Villa Petrolea
Villa Petrolea (lat. Villa Petrolea) – XIX əsrin sonlarında Nobel Qardaşları Neft İstehsal Cəmiyyəti (Branobel) tərəfindən şirkətin işçiləri üçün Bakı ətrafında Qara şəhərin sərhəddində salınmış yaşayış qəsəbəsidir. Həmçinin qəsəbədə yerləşən Nobel qardaşlarının şəxsi iqamətgahı da belə adlanır. Hazırda burada Nobel Qardaşları Muzeyi və bir neçə təşkilatın ofisi fəaliyyət göstərir. == Tarixi == 19-cu əsrin sonlarında Bakının şərq ətraf əraziləri bütünlüklə sənaye bölgəsi olduğuna görə, yaşayış üçün əlverişli deyildi. Burada yalnız neft sənayesində çalışan işçilər yaşayırdılar. Maddi vəziyyəti yaxşı olan sakinlər isə şəhərin daha təmiz bölgəsində Bakının mərkəzində məskunlaşmışdılar. Branobel şirkətinin inzibati-texniki işçilərini(o cümlədən Finlandiyadan, İsveçdən, Norveç və Almaniyadan da dəvət olunmuş) bu bölgəyə cəlb etmək üçün burada yaşayış üçün hər cür şəraiti olan bir qəsəbə salındı. Qəsəbə Qara Şəhərin şərq sərhəddində Keşlə kəndində yerləşirdi. Qəsəbənin ərazisində işçilər üçün evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının Bakıdakı iqamətgahı tikilmişdir.
Petrolul Ployeşti FK
Petrolul — Rumıniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 9 dəfə Avropa kuboklarında iştirak edib.