Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dalğa paketi
Dalğa paketi — hər bir zamananında fəzanın məhdud oblastını tutan yayılan dalğa sahəsi. == Təsviri == İstənilən təbiətli dalğalarda (akustik, elektromaqnit və b.) baş verə bilər. Dalğa paketi, tezlikləri (f) və dalğa vektorları (k) bir-birinə yaxın olan (Δf, Δk qiymətlərinin kiçik intervallarında yerləşən) müstəvi monoxromatik dalğaların superpozisiyasıdır (cəmidir). f və k arasındakı əlaqə xəttidirsə, yəni f = υk, burada υ dalğaların yayılma sürətidir, onda Dalğa paketi öz formasını dəyişmədən υ sürəti ilə yayılır və zaman keçdikcə “yayğınlaşır”. == Xüsusiyyətləri == Kvant mexanikasında müəyyən impulslu zərrəciyin halına müstəvi monoxromatik de Broyl dalğası – bütün fəzanı tutan müəyyən tezlikli dalğa uyğundur. Bu onu göstərir ki, həmin zərrəciyin koordinatı məlum deyil. Zərrəcik fəzanın məhdud oblastında olduqda isə, onun impulsunun mümkün qiymətləri bir qədər səpələnmiş olur. Belə zərrəciyin halı impulsun mümkün qiymətlərinin intervalına uyğun tezliklərə malik monoxromatik dalğaların cəmi ilə təsvir edilir. Təxminən eyni yayılma istiqaməti olan və tezlikləri qismən fərqlənən belə dalğaların superpozisiyası Dalğa paketi yaradır: yekun dalğanın amplitudu fəzanın yalnız müəyyən məhdud oblastında sıfırdan fərqli olacaq. Bu oblastda zərrəciyi müşahidə etmək ehtimalı böyük, onun xaricində isə praktiki olaraq sıfra bərabərdir.
Genişləndirmə paketi
Genişləndirmə paketi, genişləndirmə dəsti və ya əlavə paketi, mövcud videooyuna yeni xüsusiyyətlər vermək üçün istehsal olunan paketlərdir. Bu paketlər tez-tez oyuna yeni ərazilər, silahlar, simvol və funksiyalar əlavə edir. Həmçinin mövcud oyunun ssenarisini genişləndirir. Ümumiyyətlə, videooyunun genişləndirmə paketləri oyun təkmilləşdiriciləri tərəfindən istehsal olunur, lakin istehsalçı şirkətlər genişləndirmə paketlərini başqa bir şirkətə də düzəltdirə bilərlər. Ümumiyyətlə, oyunun genişləndirilməsi paketlərinin qiyməti orijinal oyuna nisbətən daha aşağıdır. Genişləndirmə paketləri oyuna yeni xüsusiyyətlər gətirməyi hədəflədiyi üçün istifadəçi orijinal oyuna sahib olmalıdır. Zaman-zaman oyun istehsalçıları genişləndirmə paketlərini oyunun özü ilə birlikdə “kolleksiya versiyası” və ya “qızıl versiya” paketi kimi də satırlar.
Ofis paketi
Ofis paketi (İnteqrallaşdırılmış paket) — müxtəlif funksiyaları yerinə yetirən proqram komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış tətbiqi proqram paketinə (TPP) mətn prosessoru, elektron cədvəl, qrafiki redaktor, verilənlər bazası idarəetmə sistemi (VBİS) və s. daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport-importu, kalkulyator, təqvim, proqramlaşdırma sistemləri də daxil edilir. Bu cür paketlərə misal olaraq Microsoft Office, FrameWork, Ashampoo Office 2010 və s. göstərmək olar.
Yutaka İkeuçi
Yutaka İkeuçi (d. 25 avqust 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Çay paketi
Çay paketi və ya Birdəfəlik çay - çay yarpaqların ehtiva edən və dəmləmə çay üçün istifadə edilən kiçik, məsaməli möhürlü paket. Çay paketləri daha çox kağız, ipək və ya plastikdən hazırlanır.
Corc Miller (kriketçi)
Corc Miller (19 avqust 1929 – 1 yanvar 2017) — Şotlandiyalı kriketçi. 1955-ci ildə o, birinci sinif kriket idmançısı olmuşdur. Şotlandiya Milli Kriket komandasında bir neçə oyunda iştirak etmişdir. 1966-cı ildən 1976-cı ilə qədər Şotlandiya Kriketçilər Birliyinin katibi vəzifəsini icra etmişdir.
Sterna pikei
Qütb susüpürəni (lat. Sterna paradisaea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Pikərdi
Pikardiya (fr. Picardie) Fransanın şimalında tarixi vilayət və bölgədir. Əsas şəhəri - Amyen. Əhalisi 1.9 milyondan çoxdur (regionlar arasında 12-ci yer). == Coğrafiyası == Ərazisi 19399 km²-dir. Ərazisindən Ena , Uaza və Somma çayları axır. == Tarixi == "Pikardiya" adına ilk dəfə XIII əsrə aid yazılı mənbələrdə rast gəlinmişdir. O zamanlar [pikardiya ləhcəsinin] yayıldığı əraziləri bu cür adlandırırdılar. İngilislər və Burqundiya hersoqları Pikardiyanın fransız tax-tacına məxsus olmasına qarşı çıxırdılar. Parisi ələ keçirməyə çalışan bütün işğalçıların yolu Pikardiyadan keçirdi.
Pikəçik (Salmas)
Pikəçik (fars. كاچوك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (39 ailə).
Vilyam Koplend (pivəçi)
Vilyam Koplend (ing. William Copeland; 10 yanvar 1834, Arendal[d] – 11 fevral 1902, İşikavaço[d]) və ya əsl adı ilə Yohan Martinius Toresen (norv. Johan Martinius Thoresen) – Norveç əsilli ABŞ pivəçisi. 1869-cu ildə Yaponiyada Spring Valley Brewery pivə şirkətinin əsasını qoymuşdur. O, Yaponiyada südçülük və pivəçilik ilə məşğul olmuş ilk əcnəbi şəxsdir. == İlk illəri == Vilyam Koplend 1834-cü ildə Norveçdə Yohan Martinius Toresen adı ilə doğulmuşdur. 1840-cı illərin sonlarında Norveçdə yaşayan bir alman pivə ustasının yanında 5 il işləmişdir. O, 1850-ci illərdə ABŞ-yə miqrasiya etdikdən sonra özünə Vilyam Koplend adını götürmüş və ABŞ vətəndaşı olmuşdur. == Yaponiyada fəaliyyəti == === 1864–1880 === Koplend 1864-cü ildə Yaponiyanın Yokohama şəhərinə köçmüş və araba biznesi ilə məşğul olmağa cəhd etmiş, daha sonra südçülüyə yönəlmişdir. Onun adı "Yokohama şəhərinin yazılı tarixi" əsərində 1868-ci ildə burada yaşayan avropalı və amerikalıların siyahısında göstərilmişdir.