Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pilotlu kosmik gəmi
Kosmik gəmi — kosmosa uçmaq üçün istifadə edilən nəqliyyat vasitəsi, gəmi və ya aparatdır. Kosmik gəmilərin məqsədlərinə kommunikasiya, Yerin müşahidəsi, meterologiya, naviqasiya, kosmosda koloniyaların yaradılması, planetlərin tədqiq edilməsi və insan və yüklərin daşınması daxildir. Əsas hərəkətverici element kimi adi raket mühərriklərindən istifadə edilir. Günəş şüaları ilə işləyən mühərriklərdən hələ istifadə edilmir. Kosmik gəmilər yerə enmə qabiliyyətinə görə fərqlənirlər. Onlardan bir qismi paraşütlərlə (Soyuz, Vostok), digərləri isə bir başa yerin atmosferini keçdikdən sonra adi təyyarə kimi yerə enə bilirlər (məsələn Spase Shutle, Buran). Paraşütlə düşən kosmik gəmi hissəsinə stabilləşdirici aerodinamik forma verilir. Bu onların atmosferə daxil oduqdan sonra hərəkətini tənzimləyir.
Pilotlu kosmik uçuş proqramı
Pilotlu kosmik uçuş proqramı, heyəti insan olan və bəlkə insanları sərnişin kimi də daşıyan kosmik uçuşlara verilən addır. Bu robotik kosmik gəmilər, kosmik zondlardan və ya uzaqdan idarə olunan peyklərdən fərqlidir.
Cilovluq
Azərbaycan türklərinin Cilovluq faciəsi 1918-ci ilin qanlı mart günlərində Urmu, Xoy və Salmasda minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib. == Quzeydə mart faciəsi == Tarix boyu istər Quzey Azərbaycan, istərsə də Güney Azərbaycan türklərinə qarşı yadelli işğalçılar və qonşu xalqlar tərəfindən daim amansız qırğınlar törədilib. Azərbaycan türklərini faciəsi Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ikiyə bölünməsindən, bir az da keçmişə qayıtdıqda Çaldıran döyüşündən başlanır. Çaldıran döyüşündə zəmanənin iki superdövləti: Azərbaycan Səfəvilər dövləti ilə Osmanlı imperiyası qarşı-qarşıya gəldi və bu qanlı döyüşdən sonra Qızılbaş dövlətində Azərbaycan türklərinin mövqeyi zəiflədi. Şah İsmayıl Xətainin qurduğu böyük və bütöv Azərbaycan dövlətinin əsasları sarsılmağa, bütövlüyü pozulmağa başladı. Bunun məntiqi nəticəsi özünü Gülüstan və Türkmənçay müqavilələrində göstərdi. Azərbaycan Rusiya və Qacar dövləti (o vaxt paytaxtı Tehran olan dövlət hələ İran adlanmırdı – red) tərəfindən iki yerə parçalandı. Və Azərbaycan türklərinin faciələri başlandı. Tülkü kimi marıqda dayanmış azsaylı millətlər millətimizi zəif və parçalanmış görüb böyük müttəfiqlərinə arxalanaraq üstümüzə ayaq açmağa başladılar. Vətənin Quzeyində yaşayan Azərbaycan türkləri rus-erməni fitnəkarlığına, vəhşiliklərinə hədəf oldu, Güney türkləri isə fars-kürd-assur birləşmələrinin basqılarına məruz qaldı.
Senecio pilotus
Senecio pilotus (lat. Senecio pilotus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü. Çili üçün endemik növdür.
Test pilotu
Test pilotu — yeni yaradılmış olan təyyarələrdə meydana çıxması ehtimal edilə bilən hər cür qəza və yanğını bir sınaq uçuşu ilə araşdıran təhkim edilmiş şəxs. Test pilotlarının yaxşı uçuş mühəndisliyi təhsili alması vacibdir. 1950-ci illərdən sonra bir çox test pilotu kosmonavt olmuşdur. == Xarakterik xüsusiyyətləri == Test uçuşundan anlamalıdır; Təyyarənin xüsusiyyətlərini bütün tərəfləri ilə bilməlidir; Hər test uçuşunun nəticəsini çıxarmağı bacarmalıdır; Yaxşı ön müşahidə qabiliyyətinə sahib olmalıdır, problem yarandıqda müdaxilə etməyi bacarmalıdır. == Məşhur test pilotları == Neil Armstrong, X-15 pilotu və Ay səthində gəzmiş ilk insan.
Pilotsuz uçan aparat
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. == Etimologiya == İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Pilotsuz uçuş aparatı

Pilotun elektron planşeti
Pilotun elektron planşeti (ing. Electronic Flight Bag (EFB)) — Təyyarə heyətinə elektron sənədlərə giriş imkanı təmin etmək, naviqasiya hesablamaları və digər köməkçi funksiyaları yerinə yetirmək üçün nəzərdə tutulmuş bir kompüter, məsələn, nəzarət kameralarından görüntülər çıxarmaq və s. EFB planşeti stasionar PC-nin ayrı sxeminin (sistem bloku / monitor) variantında və ya portativ planşet kompüterin variantında fərdi kompüterdir. EFB planşeti, çəkisi 20 kq və ya daha çox ola biləcək təyyarənin (Uçuş Əməliyyatı Təlimatı, Uçuş Təlimatı, naviqasiya tabloları, Minimum avadanlıq siyahısı və s.) sənədlərinə ehtiyacını aradan qaldırır. Elektron sənədlərlə işləmək sənədlər üzrə naviqasiya vasitələrindən (istinadlar, əlfəcinlər, axtarış)istifadə etməklə ənənəvi kağız sənədləşmə işləri ilə müqayisədə daha səmərəlidir. EFB planşetindəki mühəndis və naviqasiya hesablamalarının avtomatlaşdırılması, müxtəlif qrafiklər, cədvəllər (uçuş və enmə xüsusiyyətlərinin asılılığı, xarici şəraitdən yanacaq sərfiyyatı, düzəliş amilləri və s.) istifadə edərək ənənəvi çoxfaktorlu hesablamaların istifadəsindən imtina səbəbindən təyyarə heyətinə daha səmərəli işləməyə imkan verir. == Aparat tətbiqi sinifləri == FAA AC 120–76C tövsiyə olunmuş dairəsinə əsasən, EFB planşetləri onların aparat satışından asılı olaraq üç sinfə bölünür: Sinif 1 — təyyarənin göyərtəsində sabitlənməmiş, təyyarənin məlumat avtobuslarına qoşulmayan və təyyarənin enerji təchizatı sistemindən enerji almayan mobil kütləvi istehsal olunan müstəqil kompüterlər. 1-ci sinif planşetlər təyyarə quruluşunun bir hissəsi deyildir, buna görə də onlar təyyarə tipi sertifikatına daxil deyildir. Sinif 2 — təyyarənin kokpitinə quraşdırılmış və çıxarıla bilən mobil kütləvi istehsal olunan kompüterlər. 2-ci sinif bir planşeti təyyarədən güc alır və təyyarə sistemlərindən məlumat alır, məsələn, təyyarənin yeri haqqında bir siqnal, nəzarət kameralarından video siqnal.2-ci sinif planşetləri təyyarənin quruluşuna daxil deyil.
Hərbi Pilotsuz Uçuş Aparatı
Hərbi Pilotsuz Uçuş Aparatı (qısaca: HPUA), Hərbi məqsədlər üçün istifadə olunan Pilotsuz Uçuş Aparatı, Hərbi PUA, Silahlı Pilotsuz Uçuş Aparatı (qısaca: SPUA), Silahlı PUA olaraq da bilinən bu Pilotsuz uçuş aparatı növü, adətən bomba, raket və/yaxud ATGM kimi təyyarə sursatlarını daşıyır və dron hücumları üçün istifadə edilirlər. Bu texnikalar adətən real vaxt rejimində insan nəzarəti altında fəaliyyət göstərirlər və müxtəlif səviyyələrdə avtonomluğa malikdirlər. Bu tip təyyarələrdə oturaq bir pilot yoxdur. Operator bu texnikanı uzaq terminaldan idarə etdiyi üçün bu texnikalarda pilot üçün lazımi avadanlıqlara ehtiyac qalmır, nəticədə pilotlu təyyarədən daha az çəki və daha kiçik ölçüyə malik olurlar. Bir çox ölkədə operativ yerli pilotsuz uçuş aparatları mövcuddur və daha bir çox pilotsuz uçuş aparatları da ya idxal olunur və yaxud da inkişaf proqramları vasitəsilə inkişaf etdirilir.
Zərbə (Pilotsuz uçuş aparatı)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". == İstehsalı == Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.
Azərbaycan Respublikasının əməkdar pilotu
Azərbaycan Respublikasının əməkdar pilotu — yeni aviasiya texnikasının öyrənilməsində, uçuş kadrlarının hazırlanmasında və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan, ixtisası üzrə azı 25 il işləyən və ən azı 10000 saat uçuş yerinə yetirən Azərbaycan Respublikasının mülki aviasiya uçuş heyətinin üzvlərinə verilən fəxri ad.
İti qovan (Pilotsuz uçuş aparatı)