Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Odometr
Odometr (yun. ὁδός — yol + μέτρον — ölçü) — velosiped, motosikl və s. təkərlərinin fırlanması vasitəsilə gedilən yolun uzunluğunu ölçən cihazdır.
Bolometr
Bolometr – şüalanma enerjisini ölçən cihaz. İstilik şüalanmasının qəbuledicilərinin ən həssası, daxili fotoeffek hesabına işləyən bolometrlərdir. Fotomüqavimətdən fərqli olaraq, bu cihazda şüalanma udularkən müqavimət artır. == Quruluşu == Adətən bolometr qalınlığı 0,1 mkm olan metal folqadan ibarətdir, metal çıxışları var. Konveksiyaya itkini azaltmaq üçün onu vakuumda yerləşdirirlər. Bolometr körpü sxemi üzrə birləşdirilir, hər qola iki identik bolometr yerləşdirilir. Onlardan birinə işıq salınır, digərinə yox. Bolometrin qoşulma sxemi şəkil-1 dəki kimidir. == İşləmə prinsipi == İşləmə prinsipi cihazdakı termik həssas element qızdırıldıqda onun elektrik müqavimətinin dəyişməsinə əsaslanır. Termik həssas element ,adətən çox nazik (0.1-1mkm) metal lövhələrdən hazırlanır və üzəri böyük udma əmsalına malik olan qara təbəqə ilə örtülür.
Spidometr
Spidometr (ing. speed — sürət+yun. μέτρον — ölçü) — nəqliyyat vasitəsinin hərəkətinin ani sürətini təyin edən ölçü cihazı. == Tarix == Sürətölçən 1888-ci ildən əvvəl Josip Belušić tərəfindən icad edilmişdir. 1888-ci ildə Vyanada ixtirasını patentləşdirmiş və 1889-cu ildə Parisdəki Exposition Universelle-də təqdim etmişdir. İlk dəfə cihaz 1923-cü ildə "Oldsmobile" avtomobillərinə əlavə olundu. Bu günə qədər spidometrlər əhəmiyyətli dəyişikliklərə məruz qalmamışdır. == Təsnifat == Xronometrik — odometr və saat mexanizminin kombinasiyasıdır. Mərkəzəqaçma qüvvəsi ilə işləyən — yayla saxlanan tənzimçi şpindellə birlikdə fırlanır və tərəflərə mərkəzə qaçma qüvvəsi təsir göstərir, yerdəyişmə məsafəsi sürət ilə mütənasibdir. Vibrasiyalı — sürətli dönmə qabiliyyəti olan maşınlarda istifadə olunur.