Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. == Tarix == XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Olimpiya posteri
Olimpiya posteri— Olimpiya Oyunları haqqında məlumat verir.Olimpiya posteri Olimpiya Oyunlarınının başlanmasını təsvir etmək üçün tərtib olunur. Hər bir Olimpiya Oyunlarının Olimpiya Oyunlarını Əlaqələndirmə Komissiyası və Milli Olimpiya Komitəsi tərəfindən təklif olunan və yaradılan xüsusi Olimpiya posteri var. Olimpiya Oyunları üçün Olimpiya posterinin təsdiqi Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətindədir. Olimpiya posteri, reklam materiallarında Olimpiya emblemi kimi, Olimpiadanın sponsorları tərəfindən istifadə oluna bilər.
Postum (imperator)
Markus Cassianius Latinius Postumus (III əsr, Qalliya – 269, Mayns) Roma imperiyasının qərbində imperator Qallienusa qarşı hakimiyyəti ələ keçirmiş komandir idi və Qalliya İmperiyası kimi də tanınan qısa ömürlü İmperatorluğun qurucusu olmuşdur. Postumus eramızın 260-cı ildən eramızın 269-cu ilinə qədər Qalliya İmperiyasının başında duraraq hökmranlıq etmişdir. == Ədəbiyyat == John F. Drinkwater: The Gallic empire. Separatism and continuity in the North-Western provinces of the Roman empire A.D. 260–274 (= Historia Einzelschriften. Band 52). Steiner, Stuttgart 1987, ISBN 3-515-04806-5. Ingemar König: Die gallischen Usurpatoren von Postumus bis Tetricus (= Vestigia. Band 31). C.H.Beck, München 1981, ISBN 3-406-04801-3.
Oqaki Poster Muzeyi
Yaponiya Milli Poster Muzeyi (日本国際ポスター美術館, Nihon Kokusay Posuta Bicutsukan) və ya Oqaki Poster Muzeyi – Yaponiyanın Gifu prefekturasının Oqaki şəhərində yerləşən muzey. Yaponiyada poster incəsənətinə həsr olunmuş ilk və yeganə beynəlxalq muzeydir. == Tarixi == Dünyada ilk poster muzeyi 1968-ci ildə Varşavada açılmışdır və Polşa poster incəsənəti sahəsi üzrə qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Polşada keçirilən poster sərgiləri Yaponiyada da poster incəsənətinin inkişafına təkan vermişdir. 1985-ci ildən etibarən Oqakidə posterlərə həsr olunmuş sərgilər keçirilməyə başlanmışdır. 25 oktyabr 1996-cı ildə Oqaki Poster Muzeyinin açılışı baş tutmuşdur. == Xüsusiyyətlər == Muzeydə posterlərin rəqəmsal verilənlər bazası yaradılmışdır. Burada poster sənətçilərinin sərgiləri fərdi keçirilir, müxtəlif ölkələrə aid posterlər sərgilənir. Bundan əlavə, Anri de Tuluz-Lotrek və Jül Şere kimi poster sənətinin qurucusu olmuş şəxslərin işləri də muzeydə nümayiş etdirilir. Muzeydə 10.000-dən çox poster saxlanılır.
American Beauty: Original Motion Picture Score
“American Beauty: Original Motion Picture Score” 1999-cu ildə təqdim edilmiş “Amerikansayağı gözəllik” filminin Tomas Nyuman tərəfindən yazılmış orijinal film musiqisidir. Film, Ən Yaxşı Orijinal Film Musiqisi nominasiyasında Oskar mükafatına (“Qırmızı violonçel” filmi qazanmışdır) və eyni nominasiyada Qızıl Qlobus mükafatına ("1900-ün əfsanəsi" filmi qazanmışdır) namizd göstərilmiş BAFTA mükafatlarının təqdim edilməsi mərasimində “Film Musiqisinə görə Entoni Osquit Mükafatı”na layiq görülmüşdür. Film musiqisi albomu “Bədii film, televiziya və ya digər visual mediada Ən Yaxşı Orijinal Musiqi” nominasiyasında Qremmi mükafatına layiq görülmüş, prodüsser Bill Bernşteyn, mühəndis Dennis Sends və Nyuman mükafat almışlar. Film musiqisi albomu 5 oktyabr 1999-cu ildə həm də “American Beauty: Music from the Original Motion Picture Soundtrack” adı ilə çıxarılmışdır. Həmin alboma müxtəlif ifaçıların mahnıları daxil edilmişdi ki, onlardan ikisi - "Dead Already" və "Any Other Name." – də Nyumanın yazdığı musiqilər idi. 'Any Other Name', 'Dead Already' və 'American Beauty' musiqilər filmin treylerlərində də istifadə edilmiş və film musiqiləri arasında ən məşhurları olmuşlar. == Treklərin siyahısı == "Dead Already" 3:17 "Arose" 1:05 "Power of Denial" 1:43 "Lunch with the King" 2:26 "Mental Boy" 1:43 "Mr.
Brokeback Mountain: Original Motion Picture Soundtrack
Brokeback Mountain: Original Motion Picture Soundtrack - Enq Linın "Qozbel dağ" filminin musiqilərinin satışa çıxarıldığı albom. Albom 1 noyabr 2005-ci ildə buraxılmışdı. == Musiqi albomu == "Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü.Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi. == CD trek siyahısı == "Opening" - Qustavo Santaolalla – 1:31 "He Was a Friend of Mine" - Villi Nelson – 4:42 "Brokeback Mountain I" - Qustavo Santaolalla – 2:32 "A Love That Will Never Grow Old" - Emmylou Harris – 3:20 "King of the Road" - Teddi Tompson & Rufus Ueynrayt – 2:53 "Snow" - Qustavo Santaolalla – 1:18 "The Devil's Right Hand"- Stiv Örl – 2:34 "No One's Gonna Love You Like Me" - Meri Mak Brayd – 3:06 "Brokeback Mountain II" - Qustavo Santaolalla – 1:59 "I Don't Want to Say Goodbye"- Teddi Tompson – 3:12 "I Will Never Let You Go" - Ceki Qrin – 1:55 "Riding Horses" - Qustavo Santaolalla – 1:24 "An Angel Went Up in Flames" - The Gas Band – 2:36 "It's So Easy" - Linda Ronstadt – 2:27 "Brokeback Mountain III" - Qustavo Santaolalla – 2:14 "The Maker Makes" - Rufus Ueynrayt – 3:50 "The Wings" - Qustavo Santaolalla – 1:52 == "The Wings" CD sinqlı üçün trek siyahısı == "The Wings" (Gabriel & Dresden's Organized Nature Remix) "The Wings" (Manny Lehman, Tony Moran & Warren Rigg Collaboration Remix) "The Wings" (Manny Lehman Remix) == Tam soundtrek siyahısı == Filmdə orijinal kompozisiyalar istifadə olunmuşdu: "Universal Pictures fanfara" – Ekranda Universal Pictures titrları "Focus Features fanfara" – Ekranda Focus Features titrları "River Road Entertainment fanfare" – Ekranda River Road Entertainment titrları "Opening" - Qustavo Santaolalla – Filmin əvvəli; Ennis Signala (Vayominq) gəlir "Brokeback Mountain #1" - Qustavo Santaolalla – Cek & Ennis qoyunları otarmağa gedirlər "Camp" - Qustavo Santaolalla – Cek və Ennis qoyunları otaran vaxt №1 lagerinə üz tuturlar. "Streets of Laredo (song)" ("Laredo küçəsi" ilə də tanınır) – Ennis dağda ayının izinə düşür "Carrying Sheep" - Qustavo Santaolalla – Montaj: Cek düşərgədən çıxaraq Ennislə birgə palatka qurur. Amma Cek, palatkaların "düz quraşdırılmadığını" deyir "Harmonica #1" - Qustavo Santaolalla – Cek riffdə "O mənim dostum idi" mahnısını çalır (No. 53) "Water Walkin' Jesus" – Cek və Ennis ocağın ətrafında din haqqda söhbət edirlər. "Getting Drunk" - Qustavo Santaolalla – Ennis, viskidən çox içərək sərxoş olur və ocağın yanında yatır "Horse Love" - Qustavo Santaolalla – Ennis düşərgəni tərk edir; ölü qoyunları tapır; palatkada Cek və Ennis cinsi əlaqədə olurlar.
Poştə
Poştə (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Nəhre Poştə — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898-1951)—İranın ictimai xadimi. == Həyatı == Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Üsturə (Salmas)
Üsturə (fars. استوره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 583 nəfər. yaşayır (84 ailə).
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir.Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
Nəhre Poştə
Nəhre Poştə (fars. نهرپشته‎; azərb. Neyra Poşta‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 67 ailədə 142 nəfəri kişilər və 153 nəfəri qadınlar olmaqla cəmi 295 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Poştə (Talış)
Poştə (fars. پشته‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,149 nəfər yaşayır (259 ailə).