Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Praporşik
Praporşik (köhnə slavyanca prapor – bayraq, parça) — bir sıra ordularında rütbə. Çar Rusiyasında (1712-ci ildə kiçik zabit rütbəsi kimi I Pyotr təsis etmişdi) və ADR ordusunda hərbi rütbələrdən biri olmuşdur. XVIII yüzildə XIV klas çini ilə bərabər idi. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Azərbaycan Xalq Cümhuriyyətinin Praporşiklər Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Praporşiklər Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu üçün zabit kadrları hazırlayan ilk hərbi təhsil müəssisəsi. == Yaradılması == 1918-ci il dekabrın 1-də Gəncə hərbi məktəbinin əsasında yaradılmışdı. == Strukturu == Yeni şəraitdə məktəbin statusu da genişləndirildi. Belə ki, praporşiklər məktəbinin məzunu buraxılış imtahanlarım uğurla verdikdə dərhal ilk zabit rütbəsinə — praporşik rütbəsinə layiq görülürdü. 1918-ci il dekabrın 24-də polkovnik Şirin bəy Kəsəmənli Praporşiklər məktəbinin rəisi təyin olundu. Hərbi nazirin 1919-cu il 8 aprel tarixli 186 saylı əmri ilə Şirin bəy Kəsəmənli 2-ci Bakı piyada alayının komandiri təyin olunduğundan həmin əmrlə 1-ci qaubitsa-topçu divizionunun komandiri polkovnik Rüstəm Şıxlinski Praporşiklər məktəbinin rəisi təyin edildi. 1919 ilin aprelində Praporşiklər məktəbinin yeni statusda ilk buraxılışı oldu. Azərbaycan Parlamenti sədrinin müavini Həsən bəy Ağayev və digər rəsmi şəxslər bu əlamətdar hadisə münasibətilə Gəncəyə gəldilər. İlk buraxılıŞda PraporŞiklər məktəbinin 135 məzunu zabit rütbəsinə layiq görüldü. Məktəbin 1919-CU ilin sentyabrındakı ikinci buraxılıŞında isə onu 119 nəfər bitirdi.