Cavanşir Əhmədov (gizir, 1999)
Cavanşir Xeyrulla oğlu Əhmədov (12 noyabr 1999, Bakı – 15 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi.
== Həyatı ==
Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2005-ci ildə həmin qəsəbədə yerləşən orta məktəbin 1-ci sinifinə daxil olur. 2016-cı ildə orta məktəbi bitirərək, Bakı İnşaat Kollecində təhsilini davam etdirir. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edir. Cavanşir orada snayper bacarıqlarına yiyələnir və kursda eyni zamanda özü də təlim keçməyə başlayır. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitirərək, hərbi xidmətə yollanır.
== Hərbi xidməti ==
Müharibə başlayan ilk gündən O, yoldaşları ilə bir yerdə ön cəbhədə vuruşur. Cavanşir ilk öncə Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Hadrutun azad edilməsində də iştirak edən Cavanşir, 15 oktyabr tarixində həlak olmuşdur.