Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Precision və recall
Dəqiqlik və tanıma (ing. Precision and recall) — informasiyanın alınması (en:informational retrieval) və obyektlərin tanınmasında, precision alınan informasiyanın nə qədərinin uyğun (relevant) olmasını, recall isə uyğun nümunələrin nə qədərinin alındığını göstərən nisbətdir. Misal üçün, fərz edək ki, proqram göstərilən şəkildən 7 it şəklini tanıyır. Şəkildə isə 9 it və bir neçə pişik şəkli var. Proqramın 4 şəkli doğru tanıyıb, 3 şəkil isə pişikdir. Onda proqramın precisionı 4/7, recall isə 4/9 olur.
II Presian
II Presian — Birinci Bulqar dövlətinin XXVII imperatoru və son hökmdarı. == Hakimiyyəti == İvan Vladislavın ən böyük oğlu olub Bulqarların azadlıq mücadiləsinə rəhbərlik etmişdir. 1018-ci ildə Tomorr dağında bir neçə ay qardaşları Aaron və Alusianla birlikdə mübarizə aparan çar sonda təslim olmağa məcbur oldu və Bizans hakimiyyətində yaşamağa başladı. == Sürgün == Presian magistros rütbəsi verilərək saray əyanına çevrilmişdi. 1020-ci illərdə VIII Konstantinə qarşı saray çevrilişi etməyə cəhd etmiş və sürgün olunmuşdu. 1029-cu ildə III Romanın hakimiyyəti zamanı yenidən saraya qayıdan Presian imperatorun qızı ilə evlənib taxtı ələ keçirməyə cəhd etdi. Lakin planın üstü açıldı və Presian 1030-cu ildə kor edilərək yenidən sürgünə göndərildi. 1060-cı ilə aid qəbri Slovakiyada tapılmışdır. Onun məğlubiyyəti ilə Birinci Bulqar dövlətinə rəsmən son qoyulmuş oldu.
I Presian
Presian xan (bolq. Кан Пресиян; bilinmir, Bolqarıstan – 852) — Bulqar xanı (836–852). == Həyatı == Presian xan övladsız, cavan yaşında ölən Malamir xanın qardaşı Zvinitsanın oğlu idi. Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi. === Bizansla münasibətlər === İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Feofil serb knyazı Vlastimirin vassallığını tanıyaraq bulqarlar üçün yeni təhlükə mənbəyi yaratmağı planlaşdırırdı. 3 il çəkən Serb-Bulqar müharibələri imperatorun ölümü bitdi. == Son illəri == Presian 852-ci ildə vəfat etdi.
Presian yazısı
Presian yazısı — Yunanıstanın Filippi antik şəhərində tapılmış, I Presian xan tərəfindən qoydurulan abidə. == Hadisələr == İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Presian yazısı bu dövrdə xan tərəfindən qoydurulmuşdur. == Mətni == Orijinal mətn: Το]ν πολων Βου(λ)γα-ρον [ο] εκ θεου αρχον ο Π-ερσιανος απεστιλενΙ[σ]βουλον τον καυχανον δοσας αθτον φοσα-τα κ(ε) τοω ητξιργου βοιλ-αν κ(ε) τον κανα βοιλα κολοβρον κ(ε) ο καυχανοσεπι τουσ Σμολεανους ο-ν......Η [τησ] την αληθηναν γ-υρευη, ο θ(εος) θεορι.κ(ε), η τησ ψ-ευδετε, ο θ(εος) θεορι. ΤουσΧριστηανους οι βουλγαρι-σ πολα αγαθα επυισα[ν] κ(ε) οι Χριστηανοι ελησμον-ησαν, αλλα ο θ(εο)ς θεορι. Tərcümə: Bir çox bulqarların hökmdarı, Tanrı tərəfindən qoyulmuş Presian, kovxan İsbula ordular verərək, içirqu-boyul və xanboyul kolobronu Smolyanlara qarşı göndərdi...Əgər kimsə gerçəyi axtarırsa Tanrı baxır. Əgər kimsə yalan deyirsə, Tanrı baxır.
I Presian xan